Qaracalar (Saatlı)

QaracalarAzərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.

Qaracalar
39°52′49″ şm. e. 48°18′06″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Saatlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1033 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi Az 4919[1]
Qaracalar xəritədə
Qaracalar
Qaracalar

Əhalisi

Əhalisinin sayı 1033 nəfərdir.[2]

Toponimikası

Qaracalar oykonimi qılıclı tayfasının qaracalar tirəsinin adı ilə bağlıdır. Qılıclı/qılınclı tayfası keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir.[3] Hal-hazırda Azərbaycan Respublikasının müxtəlif rayonlarında Qılıclı adlı obyektlər vardır.[4]

Coğrafiyası və iqlimi

Saatlı rayonunun Varxan kəndinin inzibati ərazi vahidində yerləşir. Araz çayının sahilində, Muğan düzündədir.

Qaracalar kəndinin iqlimi əsasən mülayim-isti iqlim tipidir. Yayı isti, qışı isə mülayimdir.

İqtisadiyyatı

Kənddə əsasən pambıq, taxıl, arpa, şəkər çuğunduru, yonca və s. bitkilər becərilir. Torpağı münbit olduğuna görə ildə 2 dəfə məhsul almaq olur.

Həmçinin bax

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh. 21.
  4. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh. 53.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.