Qaracaəhməd qəbiristanlığı

Qaracaəhməd qəbiristanlığıTürkiyənin ən böyük məzarlığı. İstanbul ilinin Üsküdar ilçəsində yerləşir. Qaraca Əhməd Sultan dərgahının da içində olduğu qəbiristanlığın ərazisi 750 hektardır və İstanbulun ən köhnə qəbiristanlığıdır.

Qəbiristanlıq
Qaracaəhməd qəbiristanlığı
Ölkə
Yerləşdiyi yer Üsküdar
Sayt ibb.gov.tr/tr-TR/kurumsa…
41°00′40″ şm. e. 29°01′34″ ş. u.
Qaracaəhməd qəbiristanlığı xəritədə
Qaracaəhməd qəbiristanlığı
Qaracaəhməd qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məlumat

İlk olaraq İstanbulun ərəblər tərəfindən hücum edilməsi əsnasında şəhid olan əsgərlərin bura basdırıldığı sanılmaqdadır.Qəbiristanlıq adını, İstanbula Hacı Bəktaş Vəli tərəfindən İslam dinini yaymaq üzrə göndərilən Qaraca Əhməddən götürür. Qaracaəhməd Qəbiristanlığı 1917, 1940, 1956 və 1974 tarixlərində olmaq üzrə dörd dəfə müsadirə edilmişdir. Bu müsadirələrdə, xüsusilə 1974-də Qarayollarının müsadirəsi əsnasında ciddi şəkildə təhrif olmuşdur. Cəmi dəfn sayı keçmişdə qeyd tutulmadığı üçün qəti olaraq bilinməməkdə amma milyonlarla ifadə edilməkdədir.

Türk siyasət və mədəniyyət həyatının əhəmiyyətli bir çox şəxsiyyətlərinin məzarlarını saxlamaqdadır. Şahidələr və qəbirlər dəyişik növlərdəki başlıqlarıyla əhəmiyyətli bir sənət xüsusiyyəti ifadə edər. Şahidələrin üzərindəki kitabələr əgər bir xəttatın əliylə hazırlanmışsa sənət dəyəri daşımaqdadır. Başlıqlar məzarda yatan adamın cinsiyyəti, peşəsi, rütbəsi, ictimai mövqeyi, ailəsi, fəlsəfi və dünyagörüşü , ölüm şəkli və yaşadığı dövrlə əlaqədar məlumatlar verər. Bu xüsusiyyəti ilə şahidələr birinci dərəcədən sənəd xüsusiyyəti daşımaqdadır. Ayrıca şahidə və qəbirlərin üzərində olan dəyişik motivlər daş işçiliyinin şah əsərləri qəbul edilməkdədir. Çiçək və meyvə motivləri, dəyişik bitki betimlemeleri ən sıx istifadə edilən motivlər olmuşdur.Qəbiristanlıq böyük təxribata uğramış və baha biçilə bilməz bir çox qiymətli şahidə məhv edilmişdir. Xüsusilə yeni gömü sahəsi əldə etmək üçün edilən təxribatlarda saysız qiymətli şahidə və qəbir yox edilmişdir. Qəbiristanlıqda bir çox məşhur yatmaqdadır. Ancaq böyük qisiminin məzarları günümüzə çatmamışdır.

Dəfn edilmiş tanınmışlar

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.