Qaracəmirli
Qaracəmirli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Qaracəmirli | |
---|---|
40°51′01″ şm. e. 46°13′05″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 222 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 6.000 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5721 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Qaracəmirli kəndinin yaranması haqqında bir neçə fərziyə mövcuddur: İlk fərziyəyə əsasən yaşayış məntəqəsinin əsasını qoyan Qara və Əmir adlı iki qardaşın at ilxısı olur. Bir gün həmin ilxı itir və onlar atları axtara-axtara gəlib indiki Qaracəmirli ərazisinə çatırlar. Bu yerlərin münbit topağı,gözəl havası çox xoşlarına gəlir və burada kənd salırlar. Elə o vaxtdan kəndin adı ilə qaracəmirli adlanır.
İkinci fərziyə daha dəqiqdir; deyilənlərə görə el arasında Qaraca Əmir adı ilə tanınan bir kişinin at ilxısı varimiş. Bir gün həmin kişinin atları itir, atları gəzə-gəzə gəlib kəndin indi yerləşdiyi əraziyə çatır. Bu yerlər onun xoşuna gəldiyi üçün burada yaşamağa qərar verir. O gündən bura Qaracaəmir adlanır. Sonralar formalaşıb qaracəmirli olur. Bu oykonim "Qaraca Əmirin nəsli" mənasındadır.
Digər fərziyəyə görə kəndin adı keçmişdə maldarlıqla məşğul olan Gülüklü, Qapanlı və Koltəknəli adlı kiçik məntəqələrin sakinlərinin ümumi adı olan Qaracəmirli icmasının adı ilə bağlıdır[1].
Coğrafiyası və iqlimi
Rayon mərkəzi ilə məsafəsi 25 km-dir. İqlimi subtropikdir. Yay İsti, qışı mülayim rütubətlidir. Kür çayından 10 km aralı, Gəncə-Qazax düzənliyindədir.
Orta tempratur qış aylarında 3 dərəcə, yay aylarında isə 30 dərəcədir.
Əhalisi
Təxminən 6000 min nəfərdən artıq əhalisi var
Şəxsiyyətləri
Qaracəmirli kəndinin əhalisi 72 nəsildən ibarətdir. Qaracəmirli ziyalılar, elmlər doktorları, tarixcilər, müəllimlər yurdudur.
- Aşıq Qasım – XIX əsr Azərbaycan aşıqlarındandır[2][3].
- Şəmkirli Aşıq Hüseyn – XIX əsr görkəmli Azərbaycan aşıqlarındandır.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.21.
- Azərbaycan Aşıqları və El Şairləri II, Bakı, 1984, s. 109-112
- Telli Saz Ustadları, Bakı, 1964, s. 95-97.