Qarabulaq (Göygöl)
Qarabulaq (əvvəlki adı: Martunaşen) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Martunaşen kəndi Qarabulaq kəndi adlandırılmışdır.[1]
Qarabulaq | |
---|---|
Martunashen | |
40°27′52″ şm. e. 46°23′42″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.029 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Oykonim "gur sulu bulaq" mənasındadır.[2]
Tarixi
XIX əsrdə kənd ərazisində ermənilər məskunlaşdırılmışdır. Buna baxmayaraq Rusiyanın Qafqaz canişinliyi tərəfindən Tiflisdə çap olunmuş (1918-1920) xəritədə kəndin adı Qarabulaq olaraq göstərilir. XX əsrin 50-ci illərində kəndin adı dəyişdirilib erməniləşdirilmiş, inqilabçı A.F.Myasnikovun gizli təxəllüsü (Martini) ilə əlaqədar olaraq Martunaşen adlandırılmışdır.[2] 29 dekabr 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir.
Coğrafiyası
Kənd dağətəyi ərazidə yerləşir və ərazisindən eyniadlı çay axır.
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- Qarabulaq (Göygöl) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 427. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629