Qarabel siyənək

Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü.

Qarabel siyənək
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Koqorta:
Otocephala
Dəstəüstü:
Clupeomorpha
Yarımdəstə:
Clupeoidei
Fəsilə:
Yarımfəsilə:
Alosinae
Cins:
Növ:
Qarabel siyənək
Beynəlxalq elmi adı
  • Alosa kessleri[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  551288
NCBI  2934016
EOL  46562379

Yayılması

Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir.

Morfoloji əlamətləri

D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur. Başının çox enli olması ilə növün digər formalarından fərqlənir.

Yaşayış yeri və həyat tərzi

Xəzər dənizində yaşayan və Alosa Kessleri cinsindən olan Xəzər siyənəklərinin ən böyüyü olub, uzunluğu 22–46 sm, kütləsi 170–1200 q olur, 7–8 il ömür sürür. Qarabel siyənək yırtıcı balıqdır. Kilkə, aterina, xul balığı və digər xırda balıqlarla qidalanır. Başqa siyənək növlərindən fərqli olaraq qarabel siyənək keçici balıqdır. Kürü tökmək üçün o, əsasən Volqa, nadir hallarda isə Ural çayına girir. Maraqlıdır ki, yırtıcı balıq olduğuna baxmayaraq, qarabel siyənək və onun körpələri bölgə, sıf, naxa balıqları, bəzi hallarda isə suitilər və balıqtutan quşlar (Qarabattaq, ağ vağ və b.) üçün qida mənbəyidir. Qarabel siyənək qış aylarında Cənubi Xəzərdə su səthində temperaturun 8°C-dən aşağı düşmədiyi sahələrdə yaşayır. O, aprelin əvvəlində suda temperatur 9–13 °C olduqda Xəzərin qərb sahilindən az aralı, Azərbaycan və Dağıstan sahilləri ilə hərəkət edərək Orta Xəzərdə görünməyə başlayır. Aprel, may aylarında isə şimala hərəkət etdikləri vaxt onlar sahilə yanaşırlar.

Çoxalması

Qarabel siyənək digər siyənəklərə nisbətən çox sürətlə böyüyür. Cinsi yetişkənliyə 3–6 yaşında çatır. Keçici balıqdır. Kürüsünü tökdükdən sonra kütləvi sürətdə tələf olur, çox az qismi yenidən dənizə qayıda bilirlər. Çoxalması mayın ortalarında başlayır və avqustun əvvələrinə qədər davam edir. Kürü tökmənin qızğın vaxtı iyunun ortalarında olur. Başqa siyənəklər kimi bu siyənəyin ovu da qiymətli balıq növlərinin tora düşməsi ilə əlaqədar dayandırılıb. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, qarabel siyənək sürüləri azsaylıdır.

Təsərrüfat əhəmiyyəti

Mühüm vətəgə balıqlarındandır. Başlıca olaraq, dənizin Volaq-Xəzər rayonunda tutulur. Hazırda illik ovu 0,2–1,22 min ton arasındadır. Əti çox yağlıdır. Hisə verilmiş və duzlanmış halda istifadə olunur.[2]

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1997.
  2. Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z. "Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003, səh51.

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 82.
  • Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 83 s.
  • Abbasov H. S , Hacıyev R. V. İxtiologiya. Bakı,2007, səh 178.
  • Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981, 168 с.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.