Qarabaldır (Qax)
Qarabaldır — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Qarabaldır | |
---|---|
41°24′ şm. e. 46°43′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Oykonim qara (burada "böyük" məna-sında) və baldır (çıxıntı) sözlərindən ibarət olub, "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və s. kimi sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur. Tərkibində baldır komponenti olan toponimlər Tovuz rayonunda da mövcuddur (Ağbal- dır dağı, Qarabaldır dağı). Deməli, kənd öz adını dağ adından almışdır. Araşdırmalar göstərir ki, baldır qədim türk dillərində sırf coğrafi termin kimi "dağ çıxıntısı" mənasında işlənmişdir.[1]
Əhalisi
- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qarabaldır kəndində milli tərkibi muğallardan ibarət 59 ailə yaşayırdı.[2] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
- Kənd əhalisi etnik azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışır.
- 13–22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Tasmalı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2391 nəfər (1185 nəfəri kişilər, 1206 nəfəri qadınlar) əhali yaşayırdı.[3]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Qarabaldır kəndində 97 təsərrüfatda hər iki cinsdən toplam 409 nəfər əhali yaşamaqdadır.[4]
İstinadlar
- Qarabaldır (Qax) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu
- Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.