Qarabaş

Qarabaş (və yaxud Qarabaşlar[2][3][4]) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd.

Tarixi Zəngəzur əraziləri
Gığı dərəsi
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Mərz: Sünik mərzi
Rayon: Qafan rayonu (1930-1995)
İnzibati mərkəz Qafan
Ləğv edilib 1939 (əhalisi Baharlı kəndinə köçürülüb)
Əhalisi 15[1] ailə
49[2] (1931)

Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb.[1][2]

Adı

Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[3]

Əhalisi

1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir.[2][3] Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir.[1]

1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi farslar kimi göstərilib.[3]

Tayfaları [1]

  • 1. Dərgah uşağı
  • 2. Hacı uşağı
  • 3. Haxı uşağı
  • 4. Həsən uşağı
  • 5. Hüseyn uşağı
  • 6. İsmayıl uşağı

Ailələri [1]

  • 1. Abış Həsənoğlu
  • 2. Dərgah
  • 3. Əbülfəz
  • 4. Əlipənah
  • 5. Həsən
  • 6. Hüseyn
  • 7. Xanəli Hacıyev
  • 8. İbrahim
  • 9. Məhəmməd
  • 10. Məmmədqulu
  • 11. Müsürza Sayadoğlu
  • 12. Mütəllim Hacıyev
  • 13. Nəbi
  • 14. Zeynal
  • 15. Ziyad

Həmçinin bax

İstinadlar

  1. Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 136-137
  2. Akif Muradverdiyev. «Zəngəzur. Tariximizin yaddaşı», Bakı, "Xəzər" nəşriyyatı, 2007. səh. 403
  3. İbrahim Bayramov. «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine, Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 86. ISBN 5-8066-1452-2 Arxivləşdirilib
  4. Musa Urud. «Zəngəzur», Bakı, "Nurlar", 2005. səh. 311.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.