Qarabağlar qalası

Qarabağlar qalasıNaxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndindən şimal-qərbdə, Damlama yaşayış yerinin yaxınlığında arxeoloji abidə.

Tarixi

O, üç tərəfdən şimal, cənub və qərbdən sıldırım qayalarla əhatələnmiş dağın üzərində yerləşir. Yaşayış yeri şimal tərəfdən iri daşlardan bərkidici məhlul olmadan hörülmüş divarla əhatə edilmişdir. Yerüstü tapıntılar çəhrayı və boz rəngli qab sınıqlarından ibarətdir. Abidəni (e.ə. 1-ci) minilliyin əvvəllərinə aid etmək olar[1].

İstinadlar

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 246–247.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.