Qarabağlar nekropolu II

Qarabağlar nekropolu IINaxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndində Qalacıq yaşayış yerindən cənubda Son Tunc və İlk Dəmir dövrünə aid arxeoloji abidə.

Tarixi

Daş qutu tipli və torpaq qəbirlər xarakterikdir. Tədqiqatlar zamanı nekropolda insan skeletinin qalıqlarına, at və qoç formalı qəbirüstü abidələrə təsadüf edilmişdir. Axtarışlar nəticəsində gil məmulatı (kasa, küpə, çaydan tipli qablar), tuncdan hazırlanmış bəzək şeyləri (bilərzik, üzük, boyunbağı, sancaq) tapılmışdır. Tapıntılar içərisində ucları və yuxarı hissəsi qoç başı ilə tamamlanan yüksək sənətkarhqla hazırlanmış tunc sancaq diq- qəti cəlb edir[1].[2]

İstinadlar

  1. Novruzlu Ə. İ., B a xş əliyev V. B. Şərurun arxeoloji abidələri. B., 1993.
  2. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 247–248.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.