Qarabağ vulkanik yaylası

Qarabağ vulkanik yaylası[1][2][3] (azərb. Qarabağ vulkanik yaylası, erm. Ղարաբաղի բարձրավանդակ) — Qarabağ vulkanik yaylası Kiçik Qafqazın şərqində, Zəngəzur silsiləsi ilə Qarabağ silsiləsi arasında yerləşir. Qarabağ vulkanik yaylasından başlayan çaylar əsasən Araz çayı hövzəsinə aid olsa da, iri Tərtərçayı Kür çayı hövzəsinə aiddir. Ermənistan yaylasının tərkib hissəsini təşkil edir[4].

Qarabağ vulkanik yaylası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3616 m
Süxurları metamorfik
Yerləşməsi
39°35′02″ şm. e. 46°10′33″ ş. u.
Ölkələr
Qarabağ vulkanik yaylası xəritədə
Qarabağ vulkanik yaylası
Qarabağ vulkanik yaylası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yayla üzərində çoxlu sayda sönmüş vulkan konusları vardır. Yaylanın ən hündür nöqtəsi Dəlidağ zirvəsidir (3616 m). Əsasən vulkanik dağ süxurlarından təşkil olunmuşdur. Ərazisi palıd meşələri və dağ çölləri ilə örtülür. Azərbaycanın LaçınKəlbəcər rayonlarını əhatə edir. Burada əhali əsasən heyvandarlığın maldarlıq və qoyunçuluq sahələri ilə məşğul olurlar.

İstinadlar

  1. Армения: Общегеографическая карта / сост. и подгот. к изд. ПКО "Картография" в 2001 г.; гл. ред. Г.В. Поздняк; ред. Г.Ф. Кравченко, Н.Н. Рюмина. — Испр. в 2004 г. — 1:500 000, 5 км в 1 см. — М., 2005 (М.: ПКО "Картография"). — ISBN 5-85120-196-7
  2. Азербайджан: Общегеографическая карта / сост. и подгот. к изд. ПКО "Картография" в 2005 г.; гл. ред. Г.В. Поздняк; ред. Г.Ф. Кравченко, Н.Р. Монахова. — 1:750 000, 7,5 км в 1 см. — М., 2005 (М.: ПКО "Картография"). — ISBN 5-85120-235-1
  3. Инструкция по русской передаче географических названий Азербайджанской ССР. — М., 1972. — С. 14.
  4. Армянское нагорье / География. Современная иллюстрированная энциклопедия. — М.: Росмэн. Под редакцией проф. А. П. Горкина. 2006. стр.42 (624) ISBN 5353024435, 9785353024439
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.