Qarabağ xan sarayı (dəqiqləşdirmə)
Qarabağda xan ailəsi üzvlərinə məxsus saraylara verilən ümumi addır. Bu ad daha çox Pənahəli xanın sarayına aid edilsə də, bəzən xan ailəsinə aid digər saraylar da belə adlandırılırdı.
- Qarabağ xan sarayı və ya Pənahəli xanın sarayı — Şuşa qalasının cənub-şərq hissəsində yerləşən saray kompleksidir. Qarabax xanlarının əsas iqamətgahı olmuşdur.
- İbrahimxəlil xan sarayı — Şuşa qalasında yerləşmiş tarixi saray olmuşdur. Dövrümüzə çatmamışdır.
- Qaraböyük xanım sarayı — Şuşa qalasının cənub-şərq hissəsində yerləşən saraydır. 1768-ci ildə inşa edilmişdir. Yaxşı vəziyyətdə XX əsrə kimi çatmışdır.
- Məhəmmədhəsən ağa sarayı — Şuşa qalasının cənub-şərq hissəsində yerləşən saraydır. İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən ağa üçün inşa edilmişdir. Ağaməhəmməd şah Qacar Şuşada olduğu vax bu sarayda yaşamış və öldürülmüşdür.
- Xan qızı Natəvanın evi — Şuşada Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın sifarişi ilə inşa edilmiş saraydır.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.