Qarabağ qəbiristanı

Qarabağ qəbiristanıOrdubad şəhəri ərazisində son orta əsrlərə aid arxeoloji abidə.

Haqqında

Təbii aşınma nəticəsində torpaq örtüyü dağıldığından, qəbirlər bəzi hallarda çətin izlənilir. Bəzi qəbirlərin (qərbdən şərqə doğru istiqamətlənmişdir) dövrəsinə düzbucalıq formada xırda daşlar düzülmüşdür; bəzilərinin isə baş tərəfi tağvarı formada tamamlannmışdır. Qəbirüstü abidələr müxtəlif daşlardan hazırlanmışdır; yastı mərmər plitələrə rast gəlinir; ərəbdilli yazılar var. Qarabağ qəbiristanı 16-18-ci əsrlərə aid edilir.

Mənbə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 255. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.