Qarabağ Universiteti

Qarabağ UniversitetiAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində yerləşir.[1]

Qarabağ Universiteti
Qarabağ Universiteti
39°49′39″ şm. e. 46°45′49″ ş. u.
Əsası qoyulub 2023
Tip Dövlət
Şəhər Xankəndi
Ölkə

Tarixi

Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyəti dayandırmışdır.[1]

2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi.[2] Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilmişdi.[1] Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15 sentyabr tarixindən başlanması nəzərdə tutulur.[3]

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub.[4]

15 fevral 2024-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.[5]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.