Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi.[1]
Ərazilər haqqında ümumi məlumat
12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar:
- Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə[2] qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.
- Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[3]
- Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.[4]
- Cəbrayıl rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı, 2-ci Qarabağ müharibəsi nəticəsində isə qalan bütün ərazisi işğaldan azad edilimişdir. 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhərinin işğaldan azad edildiyi Azərbaycan Prezidenti tərəfindən bəyan edilmişdir.
- Zəngilan rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 29.10.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. 2020 Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun inzibati mərkəzi olan Zəngilan şəhərinin işğaldan azad edildiyi Prezidenti Əliyev tərəfindən bəyan edilmişdir.
- Ağdam rayonu — 1993-cü ildə ərazisinin 77 faizi (o cümlədən 23.07.1993 tarixində rayon mərkəzi) işğal olunub. Üçtərəfli bəyanatın şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə[2] qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 22 noyabr tarixində Azərbaycan Ordusu tərəfindən Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edildiyi Prezidenti tərəfindən bəyan edilmişdir.
- Füzuli rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı ərazinin üçdə ikisi (yaşayış məntəqələrinin üçdə biri) işğaldan azad edilmişdir. İkinci Qarabağ müharibəsi nəticəsində isə qalan bütün ərazisi işğaldan azad edilimişdir. 17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun inzibati mərkəzi olan Füzuli şəhərinin işğaldan azad edildiyi Prezident tərəfindən bəyan edilmişdir.
İşğal olunmuş ərazilərin sahəsi və əhalisi
№ | İnzibati ərazi vahidinin adı | Ərazisinin ümumi sahəsi (km2)[5] | Ərazisinin Ermənistan nəzarətinə keçmiş hissəsi, km2 | Ərazisinin Ermənistan nəzarətində keçmiş hissəsi, %-lə | Ümumi əhalisi 1989[6] |
---|---|---|---|---|---|
1 | DQMV | 4388 km2 | 4388 km2 | 100% | 187769 |
2 | Kəlbəcər rayonu | 1936 km2 | 1936 km2 | 100% | 43,713 |
3 | Laçın rayonu | 1835 km2 | 1835 km2 | 100% | 47,339 |
4 | Qubadlı rayonu | 802 km2 | 802 km2 | 100% | 28,110 |
5 | Zəngilan rayonu | 707 km2 | 707 km2 | 100% | 32,698 |
6 | Cəbrayıl rayonu | 1050 km2 | 1050 km2 | 100% | 49,156 |
7 | Füzuli rayonu | 1386 km2 | 462 km2 | 33% | 89,417 |
8 | Ağdam rayonu | 1094 km2 | 842 km2 | 77% | 131,293 |
Cəmi | 13,198 km2 | 12,022 km2 | 91% | 609,495 |
Azərbaycanlılar | Ermənilər | Ləzgilər | Ruslar | Kürdlər | Cəmi | |
---|---|---|---|---|---|---|
Kəlbəcər rayonu | 99,5% (40,329) | 0,1% (49) | 0,1%(30) | 0,1% (46) | 0.1 (4) | 100% (40,516) |
Laçın rayonu | 94,5% (44,665) | 0,1% (34) | 0,1% (23) | 0,1% (28) | 5,2% (2,437) | 100% (47,261) |
Qubadlı rayonu | 95,5% (26,537) | 0,1% (26) | 0.1% (21) | 1,4% (312) | 0 | 100% (26,673) |
Cəbrayıl rayonu | 98,5% (42,415) | 0.1% (41) | 0,1% (33) | 1% (434) | 0 | 100% (43,047) |
Zəngilan rayonu | 97,6% (28,685) | 0.1% (35) | 0,1% (19) | 2,0% (590) | 0 | 100% (29,377) |
Füzuli rayonu | 96,6% (73,464) | 1.1% (833) | 0,1% (39) | 2,0% (1,544) | 0 | 100% (76,013) |
Ağdam rayonu | 99,0% (107,493) | 0.4% (387) | 0,1% (95) | 0,4% (398) | 0 | 100% (108,554) |
Cəmi | 97,9% (363,588) | 0,4% (1,405) | 0,1% (260) | 0,9% (3,352) | 0,7% (2,441) | 100% (371,441) |
İstinadlar
- "Вафа Гулузаде Среди врагов и друзей". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-11.
- "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı −13.10.1992". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
- "Prezident İlham Əliyev: Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq - azertag.az". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- İlham Əliyev. "İlham Əliyevin Tviti" (az.). İlham Əliyev. 2020. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
- Азербайджанская ССР - Административно-территориальное деление (Russian). Baku: Azgoisdat (Азгоиздат). 1979.
- "Демоскоп Weekly - Приложение. Справочник статистических показателей". www.demoscope.ru (rus). 22 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2020.
- "население азербайджана". www.ethno-kavkaz.narod.ru. 28 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2020.
- РГАЭ, ф. 1562, оп. 336, д. 999, 1244, 1565, 1566-д, 1567, 5925, 7879
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.