Qaraarça çayı
Qaraarça, Qaraarçaçay (özb. Qoraarcha «Qara arça (giləmeyvə)») — Özbəkistanın Daşkənd vilayəti Bostanlıq rayonu ərazisində yerləşən çay. Ağbulaq çayının sol qolunu təşkil edir.
Qaraarça çayı | |
---|---|
özb. Qoraarcha | |
Ölkə | Özbəkistan |
Mənbəyi | |
• Yüksəkliyi | 2800 m |
Mənsəbi | Çatkal |
• Yüksəkliyi | 1032 m |
Uzunluğu | 17.52 km |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
Qaraarça çayı iki bulağın birləşməsindən əmələ gəlmişdir. Bu bulaqlar Karanqur dağının ətəklərindən başlayır[1]. Yuxarı axarlarda ensiz və dərin yataqla şimal-şərq istiqamətində axır. Orta axarlarda çay çoxlu qol qəbul edir. Buradan isə çay istiqamətini qəfl qərbə istiqamətlənir. Çay orta axarlarda qayalı kanyondan keçdiyindən qarşıda Böyük Çinqan asanası yerləşir. Aşağı axarlarda çay sərhəd sonasından keçir.
Qaraarça çayının və onun qollarının üzərində çoxlu sayda şəlalə vardır. Burada tektonik qalxmalar bərk materillardan ibarət olduğundan çoxlu şəlalələrə rast gəlinir[2]
Qaraarça çayı il boyu qurumur. Bununla belə çayın maksimal səviyyəsi yazın əvvəllərində müşahidə edilir. Bu anlar çay olduqca təhlükəli olur. Xüsusi ilə çayın sərt döngələri olduqca təhlükə doğurur. Bu hissələrdə insan ölümü qeydə alınmışdır. Çay öz başlanğıcını 2800 metrdən götürür. Mənsəbi 1032 metr yüksəklikdə yerləşir. Çayın uzunluğu 17,52 km təşkil edir.
Qolları
Qaraarça çoxlu sayda qol qəbul edir. Onlar daimi və müvəqqəti axara malikdir. Sol qolları Minciliki və Car, silsilələrindən götürür. Sağdan gələn qollar isə Qaraqur silsiləsindən və Pulatxan platosundan götürür.
Çayın ən böyük qolu Çolmirob və Aynovkursaydır. Onların ikisidə sol qollardır.
Bitkilər və heyvanlar aləmi
Qaraarça çayı Uqam-Çatkal milli parkı ərazisindən axır. Butada çoxlu sayda balıq növləri yaşayır: forel, marnika, osman[3]. Qaraarça çayı orta və aşağı axarlarda alma və alça ağlarından ibarət təbii meşəlikdən ibarətdir. Üstəlik burada yabanı üzüm və giləmeyvələr yetişir. İnsanların bölgəyə az müdaxilə etməsi və qida ehtiyatının çoxluğu səbəbindən burada Tyanşan qonur ayısı yayılmışdır.,Orta və aşağı axarlarda ağcaqayın cəngəlliyindən axır.
Başlanğıcını 2500 metrdən götürür. Özünün ekosisteminə malik bir regionu əmələ gətirir. Yaz ayları burada sıx alp çəmənlikləri yerləşir. Burada zanbaq və göbələklər belə bitir. İnsanların ayağı dəymədiyi yerdə iri canlıları müşahidə etmək olar. Əsas canlıları gəmiricilərdir.
İnsan tərəfindən mənimsənilməsi
Çayın yuxarı axarlarında yerləşən ərazilərdə atçılıq inkişaf etmişdir. в верхнем течении, производится выпас скота. Orta və aşağı axarlarda təbiət öz ilkin gözəlliyini olduğu kimi saxlamışdır. Turislər bura gəlmək üçün Taxta aşırımı ilə hərəkət etməli olurlar. Bura həmdə iki çay Qaraarça və Çolmirob arasında su ayrıcı keçir. Bura gediş bölgənin sərhəd bölgəsində yerləşməsidir.
İstinadlar
- Шабанова Н.С. Салихов А.Ф. 1988 г. 13 с
- Крыленко В.И., Крыленко И.В., Крыленко В.В., Дзагания Е.В. 2006
- Шабанова Н.С. Салихов А.Ф. 1988 г. 15 с