Qara xan Ustaclı
Qara xan Mirzə bəy oğlu Ustaclı (?-1517) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi.
Qara xan Ustaclı | |
---|---|
1514 – 1517 | |
Əvvəlki | Xanməhəmməd bəy Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum yeri | Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Mardin, Diyarbəkir bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüş |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Mirzə Bəy Ustaclı |
Həyat yoldaşı | Fatma Sultan bəyim |
Uşağı | Abdulla xan |
Həyatı
Mirzə bəyin ikinci oğlu Qara bəy Ustaclı elinin Təmişli oymağındandır. O, öncə 600 atlının çarxçısı idi. Qardaşı Xanməhəmməd bəy Ustaclı ölümündən sonra xan ünvanı ilə Diyarbəkrə bəylərbəyi təyin olundu.
Qara xan 1517-ci ildə Mardin civarında Osmanlı sərkərdəsi "Bığlı Çavuş" ayamalı Mustafa paşaya qarşı döyüşdə öldürüldü.
Ailəsi
Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Abdulla xan adlı oğlu vardı.
Mənbə
- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.