Qara siçovul

Qara siçovul (lat. Rattus rattus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli növüdür.

Qara siçovul
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qara siçovul
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180362
NCBI  10117
EOL  328447
FW  232003

Xarici görünüşü

Bir sıra morfoloji əlamətlərinə görə boz siçovuldan fərqlənir. Quyruğu həmişə bədənindən uzun olur. İrəli qatlanmış girdə qulağı gözünü örtür. Bədəninin uzunluğu 190, quyruğu 228 mm-ə qədərdir. Sifəti ensizdir. Quyruğu sıx tüklərlə örtülmüşdür. Qulağının uzunluğu 28, arxa pəncəsi 41 mm-dir. Çəkisi 250 q-a çatır. Xəzinin rəngi belində saf-qaradan bəzən yaşılımtıl-metal parıltılı noxudu-boz-qonura qədər, qarnında isə qara-bozdan sarımtıl-ağa qədər dəyişir.

Yayılması

Demək olar ki, bütün dünyada yayılmışdır. Cənubi Asiya, Malay arxipelaqı adaları və Aralıq dənizi ətrafı isə onun qədim yaşayış vilayətləridir. Arealın Zaqafqaziya hissəsində bir çox şəhərlərdə və başqa yaşayış məntəqələrində başlıca olapraq dəmir, şose və su yolları boyunca rast gəlinir. Dəyişkənliyi öyrənilməmişdir. Azərbaycanda qara siçovulun vəhşi populyasiyaları yarımsəhraaran meşələrinin ayrı-ayrı sahələrini tutur (Lənkəran ovalığı, Alazan- Əyriçay vadisi, Kür-Araz ovalığının kiçik bataqlaşmış massivləri).

Həyat tərzi

Aran meşələrində geniş yayılmış, ancaq lokal məskunlaşan və azsaylı, yarımsəhrada isə nadir növdür. Qara siçovul boz siçovuldan daha az hidrofildir. Yabanı təbiətdə yuvalar qazır, ağac koğuşlarında yaşayır və ya budaqlardan kürəşəkilli yuvalar qurur.

Çoxalması və yaşama müddəti

Boz siçovula nisbətən daha az intensiv çoxalır. Təbii şəraitdə yaşayan heyvanlarda artıq oktyabrda boğaz dişilərin sayının kəskin azalması müşahidə edilir. İldə 2-3 nəsil verir, hər nəsildə orta hesabla 6 bala olur. Ölüm faizi 91-97 % olub, təbiətdə yaşama müddəti 1 ildir. Qapalı şəraitdə 4 ilə qədər yaşayır.

Qidalanması

Meyvələr, pöhrələr və qabıqla qidalanır. Boz siçovulla müqayisədə heyvani yem az rol oynayır.

Sayı və insan üçün əhəmiyyəti

Qara siçovul geniş yayılmış və çoxsaylı növdür. İnsanın təsərrüfat fəaliyyəti bu növü sığınacaqlarla, qida ilə və məskunlaşma imkanı ilə təmin etməklə onun geniş yayılmasına səbəb olmuşdur. Bununla bərabər, son 200 ildə qara siçovulun Avropanın mülayim qurşağındakı arealı kəskin kiçilmiş və parçalanmışdır. Hesab edilir ki, boz siçovul qara siçovulu sıxışdırır. Vurduğu ziyan boz siçovulda olduğu kimidir. Xüsusən narinci və limon plantasiyalarında ağacların gövdələrini, budaqlarını zədələyir, meyvələrin lətini yeyir.

Ədəbiyyat

  • Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978
  • Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar.Bakı, Elm nəşriyyatı, 2004.

Xarici keçidlər

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.