Qara qu quşu (film)
Qara qu quşu (ing. Black swan) — psixoloji triller filmi.
Qara qu quşu | |
---|---|
ing. Black Swan | |
| |
Janr | Psixoloji triller |
Əsas mövzu | perfektsionizm[d], Psixoz |
Rejissor | Darren Aronofski |
Prodüserlər |
Ari Handel Skot Franklin Mayk Medavoy Arnold Messer Brian Oliver |
Əsərin müəllifi | Andres Heinz |
Ssenari müəllifləri |
Mark Heyman Andres Heinz Con McLaughlin |
Baş rollarda |
Natali Portman Vinsent Kassel Mila Kunis Barbara Herşi |
Operator | Metyu Libatique |
Bəstəkarlar |
Klint Mansell Pyotr İliç Çaykovski |
Montajçı | Endrü Vaysblum[d] |
İstehsalçı | Fox Searchlight Pictures |
Distribütor | Searchlight Pictures[d], Netflix |
İlk baxış tarixi | 1 sentyabr 2010 |
Filmin növü | Bədii film |
Müddət | 108 dəq. |
Büdcə | $13 000 000[1] |
Gəlir | $325 378 977[2] |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2010 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York |
IMDb | ID0947798 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
Bakirə, saf və gözəl qız. Bir qu quşunun bədəninə sıxışıb qalıb. Azad olmağa can atır. Sadəcə həqiqi və güclü məhəbbət bu tislimi qıra bilər. Arzusu çin olmağa az qalıb deyərkən şahzadəni qara qəlbli əkizi- Qara Qu quşu yoldan çıxarır. Qu Quşuna vurulan şahzadə daha çıxış yolu olmur. Arzuları qırılan Ağ qu quşu uçurumun təpəsinə çıxıb özünü aşağı atır. Ölüm onu azadlığa qovuşdurur.
Bu bəstəkar Çaykovskinin məşhur "Qu gölü" baletinin qısa məzmunudur. "Qara Qu quşu" (Black Swan) filminə girişi də məşhur rejissor Darren Aronofski məhz bu baletdəki rəqslə başlayır. Filmin qəhrəmanı Nina (Natali Portman) adlı balerin qızdır. O öz rəqibləri arasında hər zaman birinci olmağa can atır. Baletdə baş rolu ifa etmək üçün dəridən –qabıqdan çıxır. Amma o heç ağlına belə gətirə bilmir ki, bu rolu alandan sonra o özündə bu obrazın bütün keyfiyyətlərini tapacaq. O saf, təmiz qızın içində qəddar, amansız biri peyda olacaq. Hadisələr daha da gərginləşməyə başlayır. Çünki Ninanın həqiqi və dəyərli rəqibi Lili (Mila Kunis) meydana çıxır. Nina bütün şər qüvvələrin ondan gəldiyinə əmindir ta ki filmin son akkordlarına qədər. Filmin digər dramatik nöqtəsi Ninanın anası (Barbara Xerşi) ilə olan münasibətləridir. Anası da bir vaxtlar balerina olub amma heç vaxt məşhur səhnələrdə çıxış etməyib. Bunu hər nə qədər arzulasa da, nə cəsarəti, nə də istedadı buna imkan verir. Karyerasını bitirib özünü qızına həsr edir və Ninanın peşəkar balerina olması üçün hər cür fədakarlıq edir. Amma eyni zamanda o bir balerina kimi qısqancdır … içində gizli-gizli, bilmədən, bildirmədən böyüyən qısqanclıq… Rejissorun bütün obrazları kimi Barbara Xerşinin obrazı da təzadlı və sual doludur. Natali Portman Nina obrazı ilə 2010-cu ilə damğasını vurdu. Aldığı mükafatlar bunun ən yaxşı sübutudur. Film boyu onun oyununa, balet rəqsinə heyran qalmamaq mümkün deyil. Bununla yanaşı, filmin möhtəşəm ssenarisi, rejissor baxışı, operator işi də onun uğurunda müəyyən rol oynayır. Ninanin içindəki xeyirlə-şərin bir–birilə mübarizəsi o qədər gözəl, incə və peşəkarcasına çəkilmişdi ki, bəzən hansının həqiqi olduğunu sual etməli olursan. Filmin sonu isə bütün suallara cavab verir. Bir teatr səhnəsində balet oyununu qurmaq asan deyil, Tomas (Vensan Kassel) bunu bacardı. Ninanı bir az vadar, bir az təşviq etməklə. O öz baletinin qəhrəmanını yarada bildi. Bir teatr səhnəsində qurulan balet oyununu kinoya gətirmək də asan bir iş deyil. Çünki ssenarinin daha çox mesaj vermək və vurucu olması vacibdir. Səhnə dekorasiyasının, aktyor oyununun inandırıcı olması əsas məsələdir. Amma Darren Aronofski bunu sözün həqiqi mənasında bacardı. Natalia Portman bu filmdəki roluna görə 2011-ci il 27 fevral tarixində keçirilmiş 83-cü Akademiya mükafatlarının verilməsi mərasimində, Ən yaxşı qadın aktrissa nominasiyasına layiq görüldü.
İstinadlar
- Zeitchik, Steven. "Darren Aronofsky's 'Black Swan' a feature film of a different feather". Los Angeles Times. September 17, 2010. 2012-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2010.
- "Black Swan (2010)". Box Office Mojo. 2010-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 09, 2011.