Qara qarğa

Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.

Qara qarğa
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Australaves
Klad:
Eufalconimorphae
Klad:
Psittacopasserae
Klad:
Eupasseres
Yarımdəstə:
İnfradəstə:
Corvides
Fəsiləüstü:
Corvoidea
Fəsilə:
Yarımfəsilə:
Corvinae
Cins:
Növ:
Qara qarğa
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  559494
NCBI  30422
FW  365952

Təsnifat

Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır.

Bəzən boz və qara qarğaları eyni növə aid edirlər. Buna görədə onlar iki ayrı yarımnöv olaraq təsvir edilirlər — qara qarğa lat. Corvus corone corone, boz qarğa Corvus corone cornix. Uzaq şərqdə yayılmış qarğaları isə ayrı növ olaraq Corvus orientalis adlıandırırlar.

Bu minvalla dörd yarımnövə bölünürlər

  • Corvus corone cornix Adi boz qarğa
  • Corvus corone sharpii Şərqi boz qarğa
  • Corvus corone corone Adi qara qarğa
  • Corvus corone orientalis Şərqi qara qarğa

Təsviri

Lələklərinin növləri
Qara qarğanın kəllə sümüyü

Qara qarğaların lələkləri yaşıl və ya bənövşəyi əks olunmalara sahib qara rəngdədir. Bu yaşılı parlaqlıq baxımından Zağcalardanda fərqlənirlər. Ayaqları və dimdikləri də qara rəngdə olur. Qara qarğalar quzğunlardan ölçülərinə (48–52 sm uzunluğunda), boz qarğalardan rənginə görə fərqlənirlər. Bununla belə onları tez-tez zağcalarla səhv salırlar. Qara qarğaların dimdikləri daha enli olduğundan nisbətən qısa görünür. Üsləlik burun dəliklərinin ətrafı lələklə örtülü olduğu halda yaşlı zağcalarda lələk olmur.

Yayıldığı ərazilər

Səmada

Bu növə aid qarğalar Qərbi və Mərkəzi Avropada yuvalayırlar. Şərqi Avrasiyada yayılmış qara qarğalar ayrı yarımcinsə auid edilir. Bu yarımnövlər arasında fərliliyin son buzlaşma dönəmnində meydana gəlməsi ehtimal edilir. Bu iki yarımnöv arasında olan boşluq məkanı isə boz qarğalar doldurmuşdur. Bu qarğa növlərinin arealının toqquşduğu ərazidə hibritlər meydana gəlir. bu iki növə aid hibridlərə şimal-qərbdə rast gəlmək mümkündür.

Davranışları

Albinos

Zağcalar bir qayda olaraq sürü halında, qarğalar isə tənha yaşayırlar. Bəzən Zağcalarla eyni arealı paylaşa bilirlər. Qış ayları Qara qarğalar qruplar təşkil edə bilirlər. Bu zaman Zağçaların yuvalarını istiifadə edə bilirlər. Zağcanı qarğadan fərqləndirən ən asan yol onların səsləridir. Zağcalar kaaa, qarğalar isə kraa kimi səslər çıxarırlar.

Qara qarğalar nisbətən səs-küylü canlılardır. Ağacların başlarında duraraq 3 və ya dörd dəfə müəyyən fasilələrlə qarıldayırlar.

Bəzən 2–3 qarğa tənha qartalın üzərinə şığıya bilir. Hətta Berqutların üzərinə hücum çəkmələri belə görülür. Onlarla və hətta yüzlərlə başdan ibarət qarğa sürüsü bir aqresorun üzərinə hücüm çəkməsi belə olur.

Qidalanması

Bütün növ leşlərlə qidalansalarda, onların cücü, qurd, kiçik məməlilər və tullantıllarlarla da qidalanması mümkündür. Onlar bir leş yeyəndirlər. Bu səbəbdən insanların kompakt yaşadığı ərazilərdə üstünlük təşkil edə bilir və tullantılarla qidalanırlar. Yırtıcı quşlar və tülküləri ox əsnasında müşahidə edib, qıda qalıqlarını yemələri müşahidə edilir. Aktiv şəkildə ov edir və bəzən qruplar təşkil edə bilirlər.

Çobanların sözlərinə görə qış ayları qarğalar bəzən iribuynuzlu heyvanların üzərinə qonaraq dərilərini yararaq ətindən qoparmağa çalışırlar.

Yuvalaması

Böyük bir qarğa yuvası adətən uzun bir ağacda, həm sıldırımlarda, köhnə tikililərdə və sütunlarda inşa edilir. Yuvalar bəzən yerdə belə qurula bilir. Yuvalar görünüşünə görə quzğunların yuvasına bənzəyir. Yuvada 17–19 gün ərzində 4–6 yumurta üzərində qırt yatan dışı bu müddət ərzində erkək tərəfindən bəslənilir. Yumurtalar mavi və yaşıl rəngdə olmaqla yanaşı qəhvəyi ləklələrə sahibdir. Tüklənmə 32–36 gün sonra görünür.

Çox vaxt əvvəlki yetkin balalar yumurtadan yeni çıxmışların böyüdülməsində iştirak edirlər. Onlar çütlüklər qurmaq əvəzinə, valideynlərinə yeni balaları bəsləməkdə köməklik edirlər.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.