Qara panter

Qara panter — bəbir (Panthera pardus) və yaquarın (Panthera onca) melanistik rəng variantıdır. Hər iki növün qara panterləri qara piqmentlərə malikdirlər, lakin onlarda tipik xallar da mövcuddur. Onlar əsasən tropik meşələrdə yaşayırlar. Qara bəbirlərə əsasən Keniya, Hindistan, Şri-Lanka, Nepal, Tailand, Qərbi malayziya və Yava, qara yaquarlara isə Meksika, Panama, Kosta-RikaParaqvayda rast gəlmək mümkündür. Bəbirlərdəki melanizmə ressesiv allel, yaquarlarda kı melanizmə isə dominant allel səbəb olur. allel səbəb olur.

Bəbir

Nagarhole Milli Parkında melanist bir Hindistan bəbiriArizona Kamp Verdedəki Afrika Çöl Təbiət Parkında melanist bir bəbirKromdraaidəki "Rhino və Lion" Təbiət Qoruğunda bir dişi qara bəbir üzərindəki xallar

1788-ci ildə fransız araşdırmaçı Jan Klod Delametri Benqaliyadan gətirilmiş və London qəsrində saxlanılan qara bir bəbirdən bəhs edir.[1] 1794-cü ildə Fridnix Albreçt Anton Meyer isə Hindistan bəbiri olan bu pişik üçün Felis fusca elmi adını təklif etdi.[2][3] 1809-cu ildə isə Jorj Küvye Yavadan gətirilmiş və "Ménagerie du Jardin des plantes" botanik bağında saxlanılan qara bəbirdən bəhs edir. Küvye həmin Yava bəbirinə Felis melas adını verməyi təklif etdi.[4][3] 19-cu əsrin sonlarında, Hindistanda müxtəlif səmtlərində eyni nəsildən qara və xallı bəbir balalarının görülməsi dəfələrlə baş verdi. Qara bəbirlərin ölkənin digər bölgələrinə nisbətən daha çox Travankor və cənub hissəsindəki təpələrində yayıldığı düşünülür.[5] Myanmanın cənubunda da qara bəbirlərə tez-tez rast gəlinir.[6] 1929-cu ildə isə Londondakı Təbii Tarix Muzeyinə də Cənubi Afrika, Nepal və Hindistanın Assam və Kanara bölgələrindən toplanmış qara bəbir dəriləri yığılmağa başladı.[7] Qara bəbirlərə Malay yarımadasıYavada rast gəlmək mümkündür.[8]Şimali Afrikada tünd qara Afrika bəbirlərinin olduğu bildirilir.[9] 1989–1990-cı illərin qışında Keniya dağının alp zonasında qara bəbir görüldü.[10]

Keniyanın Laikipiya əyalətində 2007 və 2018-ci ildə "kamera trap" ilə qara bəbirlərin fotoşəkili çəkildi. Əyalətin tropik və subtropik çəmənlikləri, savannalar və kolluqlarının təqribən 50 km (31 mil) şərqində dişi subadult (alt-yetişkin) qara bəbir qara xallı bəbir ilə birlikdə bir neçə dəfə görüldü.[11] Hindistanın Qərbi Qat dağ silsiləsində də qara bəbirlərin fotolarının çəkilməsinə nail olundu — 2010 və 2012-ci ildə Kaas Yaylası Qoruq Meşəsində, 2012-ci ildə isə Bhadra Vəhşi Təbiət Qoruğunda onlar görüldü və fotoşəkili çəkildi.[12] 2015-ci ildə Maxaraştranın Satara yaxınlığındakı bir magistral yolunda ölü bir qara bəbir tapıldı[13] 2012-ci ilin may ayında da Nepalın Kanchenjunga Qoruma Bölgəsində 4,300 m (14,100 fut) yüksəkliyində qara bir bəbirin fotosu çəkildi.[14]

2003-cü ildən 2004-cü ilə qədər davam edən bir illik "kamera tutma" araşdırma marafonu zamanı Tailandın Kaeng Krachan Milli Parkı qarışıq yarpaqlı meşəsində də qara bəbirin fotosu çəkildi.[15] 1996 və 2009-cu illər arasında Kra bərzəxi cənubundakı 16 bölgəsində qeydə alınan bəbirlərin çoxu qara bəbir idi ki, bu da Malayziya yarımadasında qara bəbirlərin demək olar ki, "sabitləndiyini" göstərirdi.[16] Bəbirlərin Melanizmin sıxlığı 11%-dən yüksəkdir. Bəbir populyasiyalarının yayılmasına dair datalar melanizmin vəhşi təbiətdə beş alt növdə meydana gəldiyini göstərir: Hindistan bəbiri, Afrika bəbiri, Hind-Çin bəbiriSeylon bəbiri. "Kamera trap"-larından əldə olunan mənbələrə görə melanist bəbirlər daha çox tropik meşə və subtropik nəmli meşələrdə mövcuddur.[17]

Bəbirlərdə melanizm ressesiv alleldən asılıdır.[18]Melanizmin işıq səviyyəsinin daha aşağı olduğu sıx meşə ərazilərində daha çox yayılması səbəbindən müəyyən şərtlər altında seçici bir üstünlüyə malik olduğu düşünülür. İlkin tədqiqatlar melanizmin immunitet sistemindəki faydalı mutasiyalarla əlaqəli ola biləcəyini də göstərir.[19] Tipik ləkəli işarələr mövcuddur, lakin "xəyal rozetləri" adlanan həddindən artıq qara piqmentlər səbəbindən gizlənir. Tipik xallar isə "xəyali rozetlər" kimi də adlandırılan qara piqmentlərdə gizlidir.[20]

Tutulmuş (captivity animal) qara bəbirlərin taksonomik statusu və "Javan" bəbiri ilə digər bəbir alt növləri arasındakı hibridləşmə dərəcəsi qeyri-müəyyəndir. Bu səbəbdən, Avropa və Şimali Amerika zooparklarında qara leoparlar üçün koordinasiya olunmuş damazlıq proqramları mövcud deyil.[21] Qara leoparlar nəsli kəsilməkdə olan bəbir alt növlərinin yetişdirilməsi üçün lazım olan yeri əhatə edir və Şimali Amerika Növlərin Yaşam Planına daxil deyildir.[22][23] 2017-ci ildə qara Uzaq Şərq bəbiri San-Dieqo Zooparkında "Qara gözəllik" adı ilə sərgilənmişdir.[24]

Psevdo-melanist leopardın normal fon rəngi var, lakin xalları həmişəkindən daha sıxdır və birləşərək qızıl-qəhvəyi fon rəngini (bədən-dəri rəngi) gizlədir. Böyürlərində və digər yanlarında olan xallar adət edilmişdən fərqli olaraq müəyyən qıvrımlar və zolaqlar üzrə "toplanmamış" və bununla belə müəyyən qıvrımlar və zolaqlar əmələ gətirməməklə birlikdə qeyri-adi dərəcədə xeyli kiçik və bir-birindən uzaqdır.[25]

Yaquar

Melanist yaquarHenry Doorly Zooparkı və Akvariumunda melanist yaquar

1801-ci ildə ispanyalı səyyah və təbiət alimi Feliks de Asara Paraqvayda Parana çayı yaxınlığında yerli əhali tərəfindən görülmüş qara yaquar barədə məlumat verdi.[26] 2004-cü ildə Meksikanın Sierra Madre Occidental bölgəsində qara dişi yaquar qeydə alındı.[27] Qara yaquarın ilk fotosunun çəkilməsi 2009-cu ildə Kosta-Rikanın Alberto Manuel Brenes Bioloji Qoruğunda "trap kamera" vasitəsilə reallaşdı.[28] 2013-cü ildə Barbilla Milli Parkında da qara yaquara rast gəlindi.[29] 2010–2019 illəri arasında Cordillera de Talamanca dağlarında toplam 104 qara yaquar aşkar edildi, onlardan 26-sı melanist yaquar idi.[30] 2016–2018 illəri arasında Panamanın şərqində əsasən yaşlı, sıx meşələr olmaqla Mamoni Çayı Vadisi ərazilərində bir neçə dəfə fotoları çəkildi.[31] Yaquarlarda melanizm melanokortin 1 reseptor genindəki silinmələr və dominant bir allel təsiri ilə əlaqədardır.[32]

Puma

Hələ indiyə qədər həqiqi melanist puma aşkarlanmayıb. Vəhşi təbiətdə öldürülmüş və ya qeydə alınmış, həmçinin tutulmuş (captivity) bir fərd yoxdur. "Şimali Amerika qara panterası" olaraq bilinən təsdiqlənməmiş hallar hal-hazırda qeyri-mütəxəssislər tərəfindən növlərin müəyyənləşdirilməsindəki səhvlər və ölçünün mimetik olaraq şişirdilməsi ilə əlaqələndirilir.[33]

Mədəniyyət və ədəbiyyat

  • Redyard Kiplinqin "Cəngəlliklər kitabı"nda insan qəhrəmanı Mauqliyə köməklik edən Baqira adlı qara Hindistan bəbiri yer almaqdadır.[34]
  • Kornl Vulriçin "Qara Alibi" (1942) romanında, əsirlikdən qaçan və Meksikanın bir qəsəbəsini alt-üst edən qara bir bəbir var[35]
  • Valter Van Tilburq Klərkin "Pişik izi" (1949) novelində yerli bir əfsanədən "qara panter" olduğu iddia edilən qarətçi bir puma yer alır.[36]
  • Cənubi Adelaide Futbol Klubu 1957-ci ildə loqo olaraq qara bir panter qəbul etdi.[37]
  • MFL futbol komandası "Karolina Panterlər" heyvana bənzər bir loqosu ilə qara bir panterin adını daşıyır.
  • Qara Panter Partiyası heyvanın adını daşıyır və ikonası qara panterdir.
  • Penrit Panterlər peşəkar reqbi liqası komandası, heyvan adı ilə qara panter loqoya malikdir.
  • Morninqsayd Avstraliya Futbol Klubu da qara panteri maskot olaraq paylaşır.

İstinadlar

  1. Delamétherie, J.-C. (1788). "Description d'une Panthère noire" [Description of a black Panther]. Observations et Mémoires sur la Physique, sur l'Histoire Naturelle et sur les Arts et Métiers, və s.. (Fransızca). 33: 45. (#empty_citation)
  2. Meyer, F. A. A. (1794). Arxivləşdirilib 2022-05-27 at the Wayback Machine "Über de la Metheries schwarzen Panther [About de la Metheries black Panther]". Zoologische Annalen (Almanca). Erster Band. Weimar: Im Verlage des Industrie-Comptoirs. səhifə. 394–396. (#empty_citation)
  3. Pocock, R. I. (1930). "The Panthers and Ounces of Asia". Journal of the Bombay Natural History Society. 34 (1): 307–336. (#empty_citation)
  4. Cuvier, G. (1809). "Recherches sur les espėces vivantes de grands chats, pour servir de preuves et d'éclaircissement au chapitre sur les carnassiers fossils". Annales du Muséum National d'Histoire Naturelle. XIV: 136–164. (#empty_citation)
  5. Blanford, W. T. (1888). "Felis pardus. The Leopard or Panther". The Fauna of British India, including Ceylon and Burma. Mammalia: Volume 1. London: Taylor and Francis. pp. 67–71. (#empty_citation)
  6. Mason, F. (1882). "F. pardus, L. The leopard". Burma, its people and productions; or, Notes on the fauna, flora, and minerals of Tenasserim, Pegu, and Burma. 1. Geology, mineralogy, and zoology (Rewritten and enlarged by W. Theobald ed.). Hertford: Chief Commissioner of British Burma. p. 472. (#empty_citation)
  7. Pocock, R. I. (1929). "Black panthers – an inquiry". Journal of the Bombay Natural History Society. 33 (3): 693–694. (#empty_citation)
  8. Pocock, R. I. (1930). "The Panthers and Ounces of Asia". Journal of the Bombay Natural History Society. 34 (1): 65–82. (#empty_citation)
  9. Pease, A. E. (1913). "Of dangerous game". The Book of the Lion. London: John Murray. pp. 46–68. (#empty_citation)
  10. Young, T. P. & Evans, M. E. (1993). "Alpine vertebrates of Mount Kenya, with particular notes on the rock hyrax". Journal of the East African Natural History Society. 82 (202): 54–79. (#empty_citation)
  11. Pilfold, N. W.; Letoluai, A.; Ruppert, K.; Glikman, J. A.; Stacy-Dawes, J.; O'Connor, D. & Owen, M. (2019). "Confirmation of black leopard (Panthera pardus pardus) living in Laikipia County, Kenya". African Journal of Ecology. 57 (2): 270–273. doi:10.1111/aje.12586 Arxivləşdirilib 2021-11-11 at the Wayback Machine (#empty_citation)
  12. Sayyed, A. & Mahabal, A. (2013). "Records of the melanistic Leopard Panthera pardus (Linnaeus) from Western Ghats area of Maharashtra and Karnataka, India". Journal of the Bombay Natural History Society. 110 (2): 151. (#empty_citation)
  13. Sayyed, A. & Mahabal, A. (2015). "Second record of melanistic leopard Panthera pardus (Linnaeus) from Satara, Maharashtra: a case of roadkill". Zoo's Print. 30 (5): 29. (#empty_citation)
  14. Thapa, K.; Pradhan, N. M. B.; Barker, J.; Dahal, M.; Bhandari, A. R.; Gurung, G. S.; Rai, D. P.; Thapa, G. J.; Shrestha, S.; Singh, G. R. (2013). "High elevation record of a leopard cat in the Kangchenjunga Conservation Area, Nepal". Cat News (58): 26–27. (#empty_citation)
  15. Ngoprasert, D.; Lynam, A. J. & Gale, G. A. (2007). "Human disturbance affects habitat use and behaviour of Asiatic leopard "Panthera pardus" in Kaeng Krachan National Park, Thailand" Arxivləşdirilib 2022-05-03 at the Wayback Machine. Oryx. 41 (3): 343–351. doi:10.1017/S0030605307001102 Arxivləşdirilib 2022-05-03 at the Wayback Machine (#empty_citation)
  16. Kawanishi, K.; Sunquist, M. E.; Eizirik, E.; Lynam, A. J.; Ngoprasert, D.; Shahruddin, W. N. W.; Rayan, D. M.; Sharma, D. S. K. & Steinmetz, R. (2010). "Near fixation of melanism in panthers of the Malay Peninsula". Journal of Zoology. 282 (3): 201–206. doi:10.1111/j.1469–7998.2010.00731.x Arxivləşdirilib 2022-04-20 at the Wayback Machine (#empty_citation)
  17. Da Silva L. G., K.; Kawanishi, K.; Henschel P.; Kittle, A.; Sanei, A.; Reebin, A.; Miquelle, D.; Stein, A. B.; Watson, A.; Kekule, L. B.; Machado, R. B. & Eizirik, E. (2017). "Mapping black panthers: Macroecological modeling of melanism in leopards (Panthera pardus)" Arxivləşdirilib 2022-05-02 at the Wayback Machine. PLoS ONE. 12 (4): e0170378. Bibcode:2017PLoSO..1270378D Arxivləşdirilib 2022-04-24 at the Wayback Machine. doi:10.1371/journal.pone.0170378 Arxivləşdirilib 2022-05-02 at the Wayback Machine. PMC 5381760 Arxivləşdirilib 2022-05-02 at the Wayback Machine. PMID 28379961 Arxivləşdirilib 2022-05-02 at the Wayback Machine (#empty_citation)
  18. Robinson, R. (1970). "Inheritance of the black form of the leopard Panthera pardus". Genetica. 41 (1): 190–197. doi:10.1007/BF00958904. PMID 5480762 Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine. S2CID 5446868 (#empty_citation)
  19. Sunquist, F. (2007). "Malaysian Mystery Leopards" Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine. National Wildlife Magazine. 45 (#empty_citation)
  20. Schneider, A.; David, V. A.; Johnson, W. E.; O'Brien, S. J.; Barsh, G. S.; Menotti-Raymond, M. & Eizirik, E. (2012). "How the leopard hides its spots: ASIP mutations and melanism in wild cats" Arxivləşdirilib 2022-06-14 at the Wayback Machine. PLOS ONE. 7 (12): e50386. Bibcode:2012PLoSO…750386S Arxivləşdirilib 2020-11-29 at the Wayback Machine. doi:10.1371/journal.pone.0050386 Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine. PMC 3520955 Arxivləşdirilib 2022-06-14 at the Wayback Machine. PMID 23251368 (#empty_citation)
  21. Gippoliti, S. & Meijaard, E. (2007). "Taxonomic uniqueness of the Javan Leopard; an opportunity for zoos to save it" Arxivləşdirilib 2021-06-25 at the Wayback Machine. Contributions to Zoology. 76 (1): 55–57. doi:10.1163/18759866–07601005 (#empty_citation)
  22. Richardson, D. M. (2001). "A simple analysis of leopard (Panthera pardus) space within EAZA collections". In Hiddinga, B.; Brouwer, K. (eds.). EAZA Yearbook 1999/2000. Amsterdam: EAZA Executive Office. pp. 391–392. (#empty_citation)
  23. Swanson, B.; Fletchall, N. & Shoemaker, A. (2003). Felid Taxon Advisory Group North American Regional Collection Plan 2003–2005. Disney’s Animal Kingdom. (#empty_citation)
  24. Parham, D. (2017). "Black Beauty" Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine. Zoonooz. (#empty_citation)
  25. Gamble, C. (2004). Leopards: Natural History & Conservation. Stillwater, MN: Voyageur Press. ISBN 978–0896586567. (#empty_citation)
  26. Azara, F. de (1801). "L'Yagouarété". Essais sur l'histoire naturelle des quadrupedes de la province du Paraguay. 1. Paris: Charles Pougens. pp. 114–132. (#empty_citation)
  27. Dinets, V. & Polechla, P. J. (2005). "First documentation of melanism in the jaguar (Panthera onca) from northern Mexico". Cat News. 42: 18. 26 sentyabr 2006 tarixində orijinal variantından arxivləndi. (#empty_citation)
  28. Núñez, M. C. & Jiménez, E. C. (2009). "A new record of a black jaguar, Panthera onca (Carnivora: Felidae) in Costa Rica" Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine. Brenesia. 71: 67–68. (#empty_citation)
  29. Sáenz-Bolaños, C.; Montalvo, V.; Fuller, T. K. & Carrillo, E. (2015). "Records of black jaguars at Parque Nacional Barbilla, Costa Rica". Cat News (62): 38–39. (#empty_citation)
  30. Mooring, M. S.; Eppert, A. A. & Botts, R. T. (2020). "Natural Selection of Melanism in Costa Rican Jaguar and Oncilla: A Test of Gloger's Rule and the Temporal Segregation Hypothesis" Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine. Tropical Conservation Science. 13: 1–15. doi:10.1177/1940082920910364 Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine (#empty_citation)
  31. Yacelga, M. & Craighead, K. (2019). "Melanistic jaguars in Panama" Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine. Cat News (70): 39–41. (#empty_citation)
  32. Eizirik, E.; Yuhki, N.; Johnson, W. E.; Menotti-Raymond, M.; Hannah, S. S. & O'Brien, S. J. (2003). "Molecular Genetics and Evolution of Melanism in the Cat Family". Current Biology. 13 (5): 448–453. doi:10.1016/S0960–9822(03)00128–3 Arxivləşdirilib 2022-08-17 at the Wayback Machine. PMID 12620197 Arxivləşdirilib 2022-01-11 at the Wayback Machine. S2CID 19021807 (#empty_citation)
  33. Holbert, C. (2002). "Stranded in the Wasteland: Literary Allusion in The Sharpest Sight". Studies in American Indian Literatures. 14 (1): 3. JSTOR 20737121 Arxivləşdirilib 2022-06-14 at the Wayback Machine (#empty_citation)
  34. Kipling, R. (1910). The Jungle Book (Reprinted ed.). New York: The Century Co. (#empty_citation)
  35. Woolrich, C. (1982). Black Alibi. New York, NY: Ballantine Books. ISBN 0-345-30707-0. OCLC 9160843 Arxivləşdirilib 2021-04-29 at the Wayback Machine. (#empty_citation)
  36. Van Tilburg Clark, W. (1989). The Track of the Cat. Mattituck, NY: Amereon. ISBN 0-88411-389-2. OCLC 18533849 Arxivləşdirilib 2020-07-29 at the Wayback Machine (#empty_citation)
  37. Knuckey, C. K. (1960). History of the South Adelaide Football Club. Adelaide: South Adelaide Football Club. (#empty_citation)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.