Qara Əhmədov
Qara Əhmədov (azərb. Qara Məhəmməd oğlu Əhmədov; 1928 – 2003) — Azərbaycan tarixçi-arxeoloqu, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü[1].
Qara Əhmədov | |
---|---|
azərb. Qara Məhəmməd oğlu Əhmədov | |
Doğum tarixi | 1928 |
Vəfat tarixi | 2003 |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
Tanınır | AMEA-nın müxbir üzvü |
Azərbaycanda arxeologiya sahəsində ilk elmlər doktorudur.
Həyatı
Qara Əhmədov 1928-ci ildə anadan olub.
AMEA–nın müxbir üzvü idi. Qəbələ və Beyləqan şəhərlərini tədqiq etmişdir. Arxeologiya sahəsində Tarix elmləri doktoru adını almış ilk Azərbaycanlı alimdir. Arxeologiyaya dair monoqrafiyaları, elmi, elmi-kütləvi kitabları var.[2]
2003-cü ildə vəfat etmişdir.
Fəaliyyəti
Örənqala ekspedisiyasının işlərini 1959-1968-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunun Örənqala ekspedisiyası Q.M.Əhmədovun rəhbərliyi ilə davam etdirilmişdir.
1979-cu ildə Qara Əhmədovun yazılı qaynaqların məlumatı cəlb olunmaqla, arxeoloji qazıntılardan əldə edilmiş faktik materialların təhlili əsasında yazdığı "Orta əsr Beyləqan şəhəri" adlı monoqrafiyası işıq üzü gördü və bu sanballı tədqiqat əsəri orta əsr Azərbaycan şəhərinin öyrənilməsində arxeologiyanın əhəmiyyətini əyani nümayiş etdirdi.
Əsərləri
- Əhmədov Q.M. Azərbaycanın şirsiz saxsı məmulatı. Bakı, 1959.
- Əhmədov Q.M. 1959-cu ildə Örənqalada arxeoloji qazıntıların hesabatı.
- Əhmədov Q.M. Örənqaladan tapılmış qüllə formalı gil qab. // Azərb.SSR EAM. XVI c., 1960, № 12.
- Əhmədov Q.M. Örənqala (qısa tarixi-arxeoloji oçerk). Bakı, 1962.
- Əhmədov Q.M. Beyləqan şəhərinin sonuncu qala divarı. //Azərb. SSR EA xəbərləri (İE seriyası). 1962, № 6.
- Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri. Bakı, 1979.
- İ.A.Babayev, Q.M.Əhmədov, "Qəbələ" (tarixi-arxeoloji oçerk). Bakı, 1981.
- Əhmədov Q.M. Nadir tapıntı. // Elm və həyat. Bakı, 1985, № 5.
- Əhmədov Q.M. Qəbələnin (Səlbirin) qala divarları haqqında. // AAEESNKM. Bakı, 1992.
- Əhmədov S. Şarkonusvari qabların hərb işində istifadəsinə dair yeni araşdırmalar. // AA. 2000, № l-2.
İstinadlar
- Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- "Görkəmli şəxsiyyətlər: Qara Məhəmməd oğlu Əhmədov (1928-2003)". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.