Qarağat rəvəndi
Qarağat rəvəndi və ya bəzi bölgələrdə uşqun (lat. Rheum ribes)[2] - Qırxbuğumkimilər— (Polygonaceae Juss.) fəsiləsi, rəvənd cinsinə aid bitki növü.[3]
Qarağat rəvəndi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Dəstə: Fəsilə: Yarımfəsilə: Polygonoideae Cins: ???: Qarağat rəvəndi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. [4][5]
Qısa morfoloji təsviri
50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır.[5][6]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir.[5][6]
Yayılması
Naxçıvan düzənliyi (Duz dağ), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu-Biçənək və Kükü kəndləri, Vəlidağ, Darıdağ, Təkəlikdağ). [5][7]
Sayı və tendensiyası
Populyasiyanın ehtiyatı azdır. Mənfi amillərə həssaslıq göstərir. [5]
Məhdudlaşdırıcı amillər
Antropogen amillər (infrastrukturun inkişafı, sahilboyu ərazilərin tikintisi), areallarının çiçərlik və Cavan zoğları erkən yazda kütləvi toplanılır və antropogen təsirə məruz qalır.[4] [5][8]
İstinadlar
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 372.
- Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
- "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.
- Флора Азербайджана, 1952
- Naxçıvan MR-nin Qırmızı kitabı; 2010
- İbadullayeva S.C.et-all.