Qarağac küçəsində qarabasma (film, 1984)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 1980-cı illərin məşhur qorxulu, sleşer filmlərindən biridir. Film 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilmişdir. "Qarağac küçəsində qarabasma" filmi 1985-ci ildə Avoriaz Fantastik Film Festivalında tamaşaçılar tərəfindən mükafatlandırılmışdır.
Qarağac küçəsində qarabasma | |
---|---|
ing. A Nightmare on Elm Street | |
| |
Janr |
Qorxu filmi Sleşer filmi |
Əsas mövzu | seriyalı qatil[1], yuxugörmə[1], Gerçəklik[1] |
Rejissor | Ues Kreyven |
Prodüserlər |
Robert Şey Con Berrouz Robert Dyudelson Sara Rişer Cozef Vulf |
Ssenari müəllifi | Ues Kreyven |
Baş rollarda |
Robert Enqlund Hezer Lencenkemp Conni Depp Nik Korri Amanda Uiss Roni Blekli Con Sekson |
Operator | Jak Etkin |
Bəstəkar | Çarlz Börnşteyn |
Rəssamlar |
Qreqq Fonseka Dena Liman Enn X. Arens |
İstehsalçılar |
The Elm Street Venture Media Home Entertainment New Line Cinema Smart Egg Pictures |
Distribütor | New Line Cinema, Netflix |
İlk baxış tarixi |
9 noyabr 1984 6 mart 1985 29 avqust 1985 24 may 1986 27 iyun 1986 19 noyabr 2008 |
Filmin növü | Sleşer filmi |
Müddət | 92 dəqiqə |
Büdcə | $1,8 milyon |
Gəlir | $25,5 milyon |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1984 |
Əvvəlki film | yoxdur |
Sonrakı film | Qarağac küçəsində qarabasma 2: Freddinin qisası |
Rəng | Rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID0087800 |
Filmin B filmləri kateqoriyasına daxil olmasına baxmayaraq, böyük müvəffəqiyyət qazanmışdır. Filmin büdcəsi 1,8 milyon[2], gəliri isə 25,5 milyon ABŞ dollarıdır.[3] Bu film tənqidçilər tərəfindən müsbət qarşılandı və onun davamı olaraq bir sıra teleseriallar və filmlər çəkilir.[4] Bu film qorxu filmi janrında çəkilmişdir. Ayrıca filmin qəhrəmanı Freddi kino tarixində ən çox tanınan pis xarakter oldu. Həm tənqidçilər həm də Ues Kreyven filmin müvəffəqiyyətində sleşer növündə olan (gənclərin psixopat bir ardıcıl qatil tərəfindən qətl edildiyi filmlərə deyilir) və qorxu filmlərinin qızıl çağını başladan Hellouin filminin əhəmiyyətli rol oynadığını ifadə edirdilər. Filmdə insanların yuxu dəhşətini yaradan qorxunc Freddi Krügerdən danışılır. Freddi insanları yuxuya çəkərək, onları dəhşətli formada öldürür. Bunu başa düşən Nensi isə onunla mübarizə aparmağa başlayır.
Filmdə Robert Enqlund, Conni Depp, Nik Korri, Con Sekson kimi aktyorlar, Amanda Uiss, Hezer Lencenkemp, Roni Blekli kimi atrisalar iştirak edir. Bu film Conni Deppin çəkildiyi ilk film olmuşdur. Film çəkiləndən sonra bütün film heyətləri, aktyorlar və aktrisalar böyük məşhurluq qazanmışdılar. Filmdə iştirak edən Nik Korri daha çox "Hyu Qarsiya" adı ilə məşhurdur.
Filmin əsas şüarı
- Onun adı Freddidir. Freddi Krüger (ing. His name is Freddy. Freddy Krueger)
Məzmun
Hadisələr Ohayo ştatının Sprinqvud şəhərinin Qarağac küçəsində baş verir. Bu küçədə yaşayan insanlar qorxulu yuxu görürlər. Onlar çirkin üzlü, çirkin şlyapalı və əlində iti ucları olan əlcəkli bir adamın onlara yaxın gəldiyini görürlər. Yuxuda olan adamların bəziləri sağ qalır, bəziləri isə yuxuda olan zaman ölürlər…
Bıçaqları olan bir əlcək geyinən çirkin insan tərəfindən qaranlıq bir alov qazanı dairəsində izlənilməkdədir. Tam tutulduğu zaman Tina qışqıraraq oyanır. Amma Tina bundan əvvəlki gecələrdə də həminki yuxunu görmüşdür. Ertəsi gün məktəb yoldaşı Nensinin də eyni yuxunu gördüyünü öyrənir. Həmin gecə Nensi və məktəb yoldaşı Qlen Tinanın özünü daha yaxşı hiss etməsi üçün orada qalmağa qərar verərlər. Daha sonra Tinanın ağıldan məktəb yoldaşı Rod onlara qatılır. Rod və Tina birlikdə yataq otağına çəkilirlər. Tina yuxuya getdiyində kabus görməyə başlayır. Yuxuda bu səfər çirkin adam Tinanı tutur və doğramağa başlayır. Tinanın yataqda təpinməsiylə Rod oyanır. Tinanın görünməz bıçaq tərəfindən qarınının deşildiyini və tavana doğru süründürüldüyünü görür. Otaqda başqa kimsə olmadığı üçün bunu Rodun etdiyindən şübhələnirlər və sabahısı gün isə Rod polislərdən qaçmağa başlayır. Rod polislərdən qaçsa da, onu Nensinin atası leytenant Donald Tompson həbs edir. Lakin tutulan zaman Rod günahı boynuna almır və deyir ki, otaqda başqa biri də var idi.
Tinanın ölümündə sonra Nensi üç dəfə dəhşət verici kabus yuxusu görür. Hamısında da Tinaya hücum edən qorxunc adam vardır. Nensi sonuncu dəhşətli yuxusundan sonra Tinanın necə öldürülməsi haqqında Rod ilə danışmaq üçün həbsxanaya gedir. Rod gördüyünü yuxuları və Tina haqqında izah edəndə Nensi kabus yuxularındakı çirkin adamın Tinanı öldürdüyünü anlamağa başlayır.
Nensi Tompson evdə yatan zaman yuxuda çirkin bir adamın Rodun üzərinə necə gəldiyini görür. Nensi yuxudan ayılandan sonra bu barədə Qlenə xəbər verir. Gecə vaxtı Nensi və Qlen Rodun qaldığı həbsxanaya gedirlər. Artıq gec idi. Rod tavandan asılmış halda qalmışdı. Nensidən başqa hamısı, hətta Qlen də Rodun intihar etdiyini düşünürlər. Nensi başa düşür ki, məktəb yoldaşları Tina və Rodu həm Tinanın, həm də Rodun yuxuda gördükləri çirkin adam öldürüb.
Rodun ölümündən sonra Nensinin anası Marc Tompson onu yuxu pozulması üzrə klinikaya aparır. Nensi klinikada yatan zaman yuxuda həminki çirkin adamı görür və onunla mübarizə aparır. Həkimlər Nensini ayıltdıqdan sonra Nensinin çarpayısında bir papaq və Nensinin qolunda bir kəsik peyda olur. Nensi yuxuda mübarizə aparan zaman çirkin adamın başındakı papaq çarpayıya düşmüşdür. Bu hadisədən sonra Nensi bu barədə anası Marca danışır. Nensi anasına bu barədə xəbər verəndə anasının nədənsə narahat olduğunu başa düşür. "Çirkin adam" adını çəkəndə isə anası Marc "O artıq ölüb" deyərək bundan kifayətlənir. Amma anası Marc bu barədə bildiyi hər şeyi Nensidən saxlaya bilmir. Məlum olur ki, əvvəllər 20-dən uşağın və insanların yuxuda ölümünə səbəb olan bu çirkin adamın adı Freddi Krügerdir. Məhkəmədə Freddiyə qarşı dəlil olmadığından, sərbəst azadlığa buraxılır. Lakin Freddinin valideynləri onu cəzalandırmaq üçün özləri qərar qəbul edirlər. Onlar Freddini içi alovlu olan qazanın içinə ataraq, öldürürlər. Nensi bu barədə Qlenə xəbər verir. Onlar birlikdə Freddini öldürmək üçün bir plan qururlar. Lakin Qlen yuxuya gedir və yuxusunda öldürülür. Qlenin ölümündən sonra Nensi başa düşür ki, o yeganə adamdır ki, Freddini qarşısını ala bilər. Nensi Freddi üçün tələ hazırlayıb onu yuxudan çıxarır. Freddi yuxudan çıxan zaman Nensinin anasını boğmaq istəyir. Nensi və onun atası anasının otağına girən zaman Freddi yox olur. Lakin Freddi Nensinin onun üçün qurduğu hiyləgər tələsinə düşür və Nensi onu yandıraraq öldürür. Bu hadisədən sonra Nensi həmişəki kimi dostları ilə birlikdə məktəbə gedir. Filmin sonu müxtəlif variantlarla bitir.
Rollarda
Maraqlı faktlar
- Bu film çəkilməmişdən əvvəl New Line Cinema kompaniyası krizis içində idi.
- Tina adı filmdə 39 dəfə təkrar edilir.[5]
- Adolf Hitler üçün İkinci dünya müharibəsi illərində cavan əsgərləri hazırlayan generalın adı Freddi Vihelm Krüqer olub. Bundan Freddi rolunu ifa edən Robert Enqlund xəbərsiz idi.
- Rodun rolunu ifa edən Nik Korri "Hyu Qarsia" adı ilə məşhur olub.
- Film cəmi 30 günə çəkilib.
- Freddinin əlində olan əlcək Qarağac küçəsində qarabasma 2: Freddinin qisası filmində də var idi. Lakin film çəkiləndən sonra oğurlanmışdır.
- Qarağac küçəsində olan evin sahibi Enci Hill aktyorlardan çox razı qalmışdır. Lakin evin nömrəsini (No:1428) kimsə oğurlamışdı.
- Qarağac küçəsində ABŞ prezidenti Con Kennedi öldürülmüşdür.
- Ues Kreyvenin (filmin rejissoru) məktəb yoldaşını Freddi adı ilə çağırırdılar. Ona görə ki, o, sinifdə hamısını ələ salırdı.
- Tibb bacısı rolunu ifa edən aktrisa Mimi Kreyven əslində bu film rejissoru Ues Kreyvenin həyat yoldaşıdr.
- Film iştirak edən aktyorların heç biri "Qarağac" küçəsi adını işlətmir.
- Filmin gəliri $25,5 milyon dollardır.[3]
- Filmin büdcəsi $1,8 milyon dollardır.[2]
- Nensi Tompson rolu üçün 200 aktrisadan (Demi Mur kimi məşhur aktrisadan) yalnız Hezer Lencenkemp seçilmişdir.
- Nensi yatmamaq üçün Qorxunc ölülər filminə baxır. Əslində bu "Qorxunc ölülər" filminin reklamıdır.
- Filmin sonuna yaxın Nensi rolunu ifa edən Hezer Lencenkemp Freddidən qaçan zaman ayağını əzmişdir.
- Nensi Tompsonun vanna qəbul etməsi səhnəsi 12 saata çəkilmişdir. Həmçinin, Robert Enqlundun əlləri vannada 12 saat qalmışdır.
- Ues Kreyven Şon Kanninqemə Cümə, ayın 13-ü filmini çəkmək üçün ona kömək etmişdir. Şon Konnenqem də öz növbəsində ona filmi çəkmək üçün yardım göstərmişdir.
- Ues Kreyven qəzetdəki uşaqların yuxuda ölməsindən ilhamlanaraq filmin ssenarisini hazırlamağa başlamışdır.
- Qlen yatmamışdan əvvəl, televiziya kanalı öz adını deyir: KRGR (KRQR). Bu ifadəni oxuyan zaman bəlli olur ki, ifadədə Freddi Krügerin soyadı vardır.
- Nensi Qlen ilə danışarkən deyir: "Amanallah, mən bütün 20 görsənirəm". Filmdə həqiqətən də, Hezerin 20 yaşı olur.
Filmin hazırlanması
Ərəfə
"Bu LA Times məqalələrindən idi, immiqrasiya edən ailələrdən olan və qarabasmaların ortalarında ölmüş, Cənub-Şərqi Asiyadan gələn adamlar haqqında üç kiçik məqalə və kağız heç vaxt əlaqəli deyildi və qarabasmaların ortalarında ölmüşlərdən heç vaxt deyilmədi, "Hey, biz bu kimi başqa hekayəyə malik olmuşuq"" |
— Film yaradılan zaman Ues Kreyven[6] |
Filmindəki fikrin ifadəsi, rejissor Ues Kreyvenin uşaqlığında da ola bilər. Ues Kreyven "LA Times" qəzetindəki müxtəlif məqalələrdən ilhamlanaraq filmin məzmununu yaratmışdır. "LA Times" qəzetində Amerikaya qaçan bir qrup Kambocalı mühacirdən bəhs edilirdi. Mühacirlərin uşaqları qorxunc kabuslar görürdülər və yata bilmirdilər. Tibbi müalicələrinə başlanan zaman uşaqlar yatdıqdan qısa müddət sonra öldülər. Buna əlavə olaraq bir gecə, gənc Ues Kreyven pəncərədən yaşlı bir adam gördü. Adam dayandı və Ues Kreyvenə baxdı. Sonra da çıxıb getdi. Bu adam Freddi Krüger yaratmaq üçün bir ilham qaynağı olmuşdur.[7]
Ues Kreyven ayrıca filmin anlayışını şərq dinləri üzərində çalışaraq inkişaf etdirdiyini ifadə etmişdir. Başqa qaynaqlar isə 1968-ci ildə Ues Kreyven Klerkson Universitetindəki şagirdlərinin etdiyi bir film proyektindən təsirləndiyini söyləyir.Və Potsdam, Nyu-Yorkda Qarağac Küçəsində çəkilmişdi. Filmdə Potsdam şəhərinin adı tərsdən yazılaraq Madstop olaraq dəyişdirilmişdi. Ayrıca, təsadüfən olaraq, 1957-ci ildə 3 uşağın qatili olaraq həbsə atılan, Kanadalı qatil Piter Vudkok, 1982-ci ildə adını rəsmi olaraq "Devid Maykl Krüger" olaraq dəyişdirmişdi. Psixiatrik xəstəxanaya göndərilən Vudkok, burada dördüncü cinayətini işləmişdir. Bununla birlikdə Ues Kreyven, Freddi Krügerin xarakterinin bu qatillə əlaqəsi olmadığını söyləmişdir. Kreyven, bu adın uşaqlıq illərindən gəldiyini ifadə edir. Məktəbdə Freddi Krüger adlı bir uşaq tərəfindən narahat edilən Kreyven, xarakterin adının buradan gəldiyini söyləyir. Ayrıca daha əvvəlki filmində (Soldan axırıncı ev, 1972) təcavüzçünün adı Krüger idi.[8][9][10]
Ues Kreyven, Freddi Krüger görünüşünü uşaqkən özünü qorxutmaq üçün deyilən qırmızı-yaşıl süveterli evsiz bir adama oxşatmışdır. Başlanğıcda uşaq istismarçısı olaraq düşünülən xarakter daha sonra uşaq qatili olaraq dəyişdirilmişdir. Ues Kreyven filmin ssenarisini 1981-ci ildə yazmağa başladı. Ssenarini müxtəlif film şirkətinə təqdim edir. Kompaniyaların hamısı isə fərqli səbəblərlə bağlı olaraq filmin çəkilməsini öz öhdəliklərinə götürməmişdilər.[11] Hətta ssenari uşaqlar üçün müxtəlif cizgi filmləri hazırlayan məşhur kompaniya olan Volt Disneyə də təqdim edilmişdir. Paramount Pictures isə bu ssenarinin həmin müddətdə çəkdiyi Yuxudan qaçma filmiylə bənzərlikləri olduğundan Ues Kreyvenin filmini çəkməkdən imtina etmişdir. Sonda film New Line Cinema adlı yeni, müstəqil bir şirkət tərəfindən qəbul edildi. Bu filmin şirkət tarixində əhəmiyyətli yeri vardır. Bu zaman kompaniya krizis içində idi. Filmin az büdcəli filmlər siyahısına daxil olacağı təsəvvür edilirdi. Lakin filmin istehsalı başlandıqdan sonra ABŞda ümumi gəliri $25,5 milyon ABŞ dolları olur. Bu məbləğ isə az büdcəli film üçün böyük uğur idi. Bu səbəbdən film New Line Cinema studiyasının "Freddinin düzəltdiyi ev" olaraq xatırlanmasına səbəb olmuşdur.[12][13][14]
Çəkiliş
Filmdə istifadə edilən küçə ünvanı 1428 Qarağac Küçəsidir. Küçənin əsl adı Kaliforniya ştatının Los-Anceles şəhərindəki "1428 North Genesee" küçəsidir. İstehsal əsnasında 500 qallondan çox saxta qan xüsusi effektlər üçün istifadə edilmişdir. Tinanın ölümündə istifadə edilən dönən otaq səhnəsi, Qlenin ölümündəki qan səhnəsi üçün də istifadə edildi. Kamera bu səhnələr üçün tərsinə olaraq qurulmuşdur. Bu səhnələr üçün süni qan yerinə qırmızı sudan istifadə edilmişdi.[15]
Freddinin Nensiyə hücum etdiyi vanna səhnəsində Nensinin suyun altında üzdüyü səhnədə Hezer Lencenkempin yerinə dublyordan istifadə edilmişdi. Nensinın yuxusunda gördüyü əriyən nərdivan isə tort ilə hazırlanmışdır.[16]
Ues Kreyvenin filmin sonunun daha fərqli olmasını planlayırdı. Nensi, Freddini öldürəcək, sonra oyanacaq və baş verən hadisələrin uzun bir qarabasça yuxu olduğunu anlayacaqdır. Amma New Line Cinema kompaniyası başqa cür son istəyirdi. Bu bitməyə görə, Freddi yoxa çıxacaq, hər şey bir yuxu olaraq görünəcəkdir. Bu zaman Freddi avtomobil ilə Nensini əsir götürəcəkdir. Həm də Freddi, Nensinin anasını qapının pəncərəsindən içəri doğru çəkəcəkdir. Hər iki bitmə səhnələri çəkilmişdir. Nəticədə, New Line Cinema kompaniyasının istədiyi səhnədən istifadə edildi. Daha sonra filmin davamının çəkilməsini istəməyən Ues Kreyven, filmin ikinci seriyası olan Qarağac küçəsində qarabasma 2: Freddinin qisası filminə rejissorluq etmir.
1987-ci ildə isə filmin üçüncü seriyası olan Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri filmi üçün ssenarinin yazılmasına kömək etmişdir. Ardınca filmin digər seriyalarına da ssenaristlərdən biri olaraq çalışmışdır.[17]
Kadr
Film heyəti Robert Enqlund və Con Sekson kimi köhnə aktyorların yanında Conni Depp və Hezer Lencenkemp kimi tanınmamış gənc oyunçuları da saxlayır. Aşağı büdcə üzündən filmdə böyük adlar oynadıla bilmədi və oyunçuların çoxu xeyli aşağı ödənişlə çalışdılar.[18][19]
Ues Kreyven, Nensi rolu üçün Hollivud tərzi birini yox, çox sıravi görünüşlü birini axtarırdı. Hezer Lencenkemp bu istəyini qarşılamışdı. Lencenkemp, aktrisa olmadan əvvəl qəzet çap işində çalışırdı. 1983-cü ildə "Atılmışlar" filmi üçün bir rol axtarıldığını elanını görmüşdü. Bunu çox əhəmiyyət vermədi amma daha sonra bu film üçün seçmələrə qatıldı və 200-dən çox adamı keçərək Nensi Tompson rolu üçün seçildi. Hezer Lencenkemp 1987-ci ildə Nensi olaraq Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri filmi üçün geri döndü. 1994-cü ildə Ues Kreyvenin yeni qarabasması filmində öz rolu kimi oynadı.[20][21][22]
- Hezer Lencenkemp (Rolu: Nensi Tompson): Nensi son zamanlarda yuxularına girən yaşıl-qırmızı paltarlı, qorxunc bir adam tərəfindən narahat edilən gənc, ağıllı bir qızdır. Daha sonra bu adamın Freddi Krüger olduğunu öyrənəcəkdir.[23][24][25][26]
- Freddi Krüger (ifa edir: Robert Enqlund): Krüger bir uşaq qatilidir. Ən azı 20 uşağı öldürmüşdür. Hirsli valideynlər tərəfindən yandırılaraq cəzalandırılmışdır. İndi intiqam üçün geri dönür. Kreyvenə görə Enqlund, Freddi Krüger rolu üçün ilk seçki deyildi. Rolu bir dublyorun oynamasını istəyirdilər. Amma daha sonra İnqlunda ssenarinin bir kopiyası göndərildi. O da oynamağı qəbul etdi.[27]
- Qlen Lants[28] (ifa edir: Conni Depp): Qlen, Nensinin sevgilisi. O da qorxunc yuxular görməsinə baxmayaraq, buna çox əhəmiyyət vermir. Depp seçmələrə qatılaraq müvəffəqiyyətli olmuşdu və filmdə rol almağa haqq qazanmışdı.[29][30] Wes Cravenin dediyinə görə Deppin seçilməsində qızının və onun yoldaşının təsiri olmuşdu. Conni Depp ayrıca sərinin altıncısı olan Freddi ölüdür: Sonuncu dəhşət filmində kiçicik bir rolda görünməkdədir.[19][31]
- Tina Qrey (ifa edir: Amanda Uiss): Tina Nensinin ən yaxşı yoldaşıdır. Filmin yalnız birinci hissəsində iştirak edir. Tina gecə vaxtı qarabasmalar görür. Yuxuların birində Freddi Krüger tərəfindən öldürülür. Amanda Uiss seriyanın davam filmlərində hər hansı bir rol almayan yeganə oyunçudur.
- Rod Leyn (ifa edir: Nik Korri): Tinanın kişi yoldaşı. Tina öldürülərkən yalnız o yanında olduğu üçün cineyetle mühakimə olundu. Nik Korrinin Ues Kreyvenin qarabasması filmində kiçik bir rolu var.
- Leytenant Tompson (ifa edir: Con Sekson): Nensinin atası və polis məmurudur. Filmin birinci seriyasında qızı Nensini Roddan qorumağa çalışır. Seriyanın üçüncü və yeddinci filmində də iştirak edir. Üçüncü hissədə Freddi Krüger tərəfindən öldürülür.
Freddi üçün şeir
"Freddi üçün şeir" Qarağac küçəsində qarabasma film seriyaları üçün uydurulmuş şeirdir. Bu şeirin dəqiq tərcüməsi belədir:
|
Qarağac küçəsində qarabasma 5: Yuxu övladı filmi üçün:
|
Digər dillərdə
Ölkə | Dil | Adı |
Azərbaycan | Azərbaycan dili | Qarağac küçəsində qarabasma |
ABŞ | İngilis dili | A Nightmare on Elm Street |
Böyük Britaniya | İngilis dili | A Nightmare on Elm Street |
Argentina | İspan dili | Pesadilla |
Fransa | Fransız dili | Les Griffes de la nuit |
Braziliya | Portuqal dili | A Hora do Pesadelo |
Polşa | Polyak dili | Koszmar ulicy wiazowej |
İtaliya | İtalyan dili | Nightmare dal profondo della notte |
Almaniya | Alman dili | Nightmare: Mörderische Träume |
Finlandiya | Fin dili | Painajainen Elm Streetillä |
İspaniya | İspan dili | Pesadilla en Elm Street |
Venesuela | İspan dili | Pesadilla en la calle del infierno |
Macarıstan | Macar dili | Rémálom az Elm utcában |
Rusiya | Rus dili | Кошмар на улице Вязов |
Türkiyə | Türk dili | Elm Sokağı Kâbusu |
Yaponiya | Yapon dili | エルム街の悪夢 (Erumu gai no akumu) |
Çexiya | Çex dili | Noční můra v Elm Street |
Meksika | İspan dili | Pesadilla en la calle del infierno |
Xorvatiya | Xorvat dili | Strava u ulici Brijestova |
Kanada | Fransız dili | Les griffes de la nuit |
Serbiya | Serb dili | Strava u ulici Brestova |
Litva | Litva dili | Kosmaras Guobu gatveje |
Danimarka | Danimarka dili | Morderisk mareridt |
Kolumbiya | İspan dili | Pesadilla sin fin |
Ölkələrdə çıxış tarixi
Ölkə | Çıxış tarixi |
ABŞ | 9 noyabr 1984 |
ABŞ | 16 noyabr 1984 |
Fransa | 6 mart 1985 |
AFR | 29 avqust 1985 |
Yaponiya | 24 may 1986 |
Finlandiya | 27 iyun 1986 |
Türkiyə | 26 oktyabr 1990 |
Polşa | 19 noyabr 2008 |
Macarıstan | 11 yanvar 1990 |
İsveç | 15 mart 1985 |
Niderland | 11 sentyabr 1986 |
Cənubi Koreya | 23 mart 1985 |
Filippin | 13 iyul 1985 |
Portuqaliya | 10 noyabr 1985 |
Avstraliya | 1 avqust 1985 |
Saundtrek
Filmin musiqiləri Çarlz Börnşteynnə məxsusdur.[32][33] Saundtreklər xüsusi olaraq Çarlz Börnşteyn tərəfindən Ues Kreyvenin 1984-cü ildə çəkdiyi "Qarağac küçəsində qarabasma" filmi üçün hazırlanmışdır. Həmin saundtreklər sayəsində film çox gözəl çəkilmiş və tamaşaçılar tərəfindən bəyənilmişdir. 1984-cü ildə "Qarağac küçəsində qarabasma" filminin saundtrekləri filmin 1985-cı ildə çəkilən ikinci hissəsindən fərqlənir. Filmin ikinci hissəsinin saundtreklərini Kristofer Yanq hazırlamışdır.[34] Saundtreklərin nisbətən yaxşı olmasına baxmayaraq filmin birinci hissəsindəki saundtreklər yaxşı ifa tərzində olmasından heç də həmin saundtreklərdən geri qalmır. Filmin ikinci hissəsindən fərqli olaraq birinci seriyada mahnılar səslənmir. İkinci seriyada çoxlu sayda ifaçıların mahnıları vardır.
Saundtrelər ilk dəfə 1985-ci ildə vinil və audio-kassetlərdə çıxmışdır. Filmin saundtrek leyblı Varèse Sarabande musiqi firması idi.[35] 12 oktyabr 1993-cü ildə "Freddy’s Favorites: Best of A Nightmare on Elm Street" adlı albom-kompilyasiyaların tərkibində çıxmışdır.[36] 1995-ci ildə Filmin birinci və ikinci seriyalarının saundtrekləri birlikdə olaraq çıxmışdır. Ayrıca olaraq saundtreklər rəsmi şəkildə CD disklərində 11 oktyabr 2005-ci ildə çıxmışdır.
Treklərin siyahısı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | Prologue | 0:33 | |||||||
2. | Main Title | 3:32 | |||||||
3. | Laying the Traps | 2:06 | |||||||
4. | Dream Attack | 1:20 | |||||||
5. | Rod Hanged/Night Stalkin | 4:44 | |||||||
6. | Jail Cell | 1:13 | |||||||
7. | Confrontation | 1:41 | |||||||
8. | Sleep Clinic | 2:25 | |||||||
9. | Terror in the Tub | 0:59 | |||||||
10. | No Escape | 2:15 | |||||||
11. | School Horror/Stay Awake | 4:02 | |||||||
12. | Lurking | 1:02 | |||||||
13. | Telephone Terror | 1:08 | |||||||
14. | Fountain of Blood | 1:03 | |||||||
15. | Evil Freddy | 0:50 | |||||||
16. | Final Search | 3:58 | |||||||
17. | Run Nancy | 1:04 |
Mükafatlar və Nominasiyalar
Mükafatlar
İl | Mükafat | Layiq görülüb | Kateqoriya |
1985 | Avoriaz Fantastik Film Festivalı | Ues Kreyven | Tənqidçi mükafatı |
1985 | Avoriaz Fantastik Film Festivalı[37] | Xizer Lancenkamp | Hərəkət etmək üçün xüsusi xatırlatma mükafatı |
Nominasiyalar
İl | Mükafat | Layiq görülüb | Kateqoriya |
1985 | Elmi Fantastika Akademiyası, Fantaziya və Qorxulu filmlər[38] | Qarağac küçəsində qarabasma | Ən yaxşı qorxu filmi |
1984 | Elmi Fantastika Akademiyası, Fantaziya və Qorxulu filmlər[39] | Nik Korri | Ən yaxşı cavan aktyor |
2007 | Elmi Fantastika Akademiyası, Fantaziya və Qorxulu filmlər | Qarağac küçəsində qarabasma | Ən yaxşı klassik DVD buraxılışı |
1985 | AFI versiyasına görə 100 ilin ən yaxşı 100 Amerikan kəskin süjetli filmi[40] | Ues Kreyven | Kəskin süjetli film |
1985 | AFI versiyasına görə 100 ilin ən yaxşı 100 Amerikan qəhrəman və yaramazları[41] | Freddi Krüger | Yaramaz #40 |
1985 | AFI versiyasına görə 100 ilin ən yaxşı 100 Amerikan film sitatları[42] | Qarağac küçəsində qarabasma | Bir , iki … Freddi götürəcək səni! |
Filmin remeyki
"Qarağac küçəsində qarabasma" filminin ilk remeyki 1993-cü ildə çəkilən Hindistan filmi "Mahakaal" filmidir. Çəkilən filmdə "Qarağac küçəsində qarabasma" filminin digər seriyasından da bir sıra epizodlara uyğun səhnələr çəkilmişdir. 2010-cu ildə Qarağac küçəsində qarabasma filminin eyniadlı remeyki çəkilir.[43] Filmin rejissoru Seymuel Bayerdir. Freddinin rolunu isə Ceki Erl Heyli ifa edir.[44][45][46][47][48] Filmin böyük uğur qazanmasında baxmayaraq 1984-cü ildə çəkilən "Qarağac küçəsində qarabasma" kimi məşhur olmamışdır.
Filmin oyun versiyası
"Qarağac küçəsində qarabasma" filminin oyun versiyası ilk dəfə 1989-cu ildə "Nintendo Entertainment System" (NES) videooyun konsolu tərəfindən hazırlanmışdır.[49][50] Həmin ildə yenidən oyunun versiyası "Commodore 64" platforması üçün satışa çıxarılmışdır.[51] Filmin oyununun mobil versiyası 2005-ci ildə Almaniya oyun şirkəti olan "FAKT" tərəfindən istehsal edilmişdir.[52][53]
İstehsal
1984-cü il 4 oktyabr tarixindən başlayaraq kinozallarda göstərilmişdir. Bu filmi 165 kinozal göstərmişdir. İlk həftədə 1 milyon 271 min ABŞ dolları həcmində qazanc əldə etmişdir. Filmin sonrakı gəliri isə 25 milyona çatmışdır. 1985-ci ildən başlayaraq isə filmin kaseti çıxmış və istehsal edilməyə başlanmışdır. Film ayrıca olaraq Çin, Kanada və Avstraliyada göstərilmişdir. 1999-cu ildə Qarağac küçəsində qarabasma filmin 7 seriyasını ehtiva edən DVD hazırlanmışdır.[54] Filmin bütün seriyaları DVD diskində 30 oktyabr 2007-ci ildə çıxmışdır.
Filmin kəsilmiş hissələri
- Tina Freddi ilə görüşməzdən əvvəl əlinə qurdları götürür. Sonra onları əlindən atır.
- Nensi yatmazdan əvvəl sinifdə qısa cümlə işlədilir.
- Rodun qaldığı zindana gələn Nensi atası ilə danışır.
- Tinanın ölümündən sonra Donald və Marc Freddi haqqında çox danışırlar.
- Nensiyə xəstəxanada dərman verməzdən əvvəl kiçik cümlə işlədir.
- Marc leytenant Tompson ilə Freddinin papağı haqqında danışır.
- Nensi və Qlen körpüdə qısa danışır.
- Leytenant Tompson poslis məntəqəsinə gecə vaxtı qayıdır.
- Qlen Nensi ilə görüşmək istəyir.Lakin Qlen fikrini dəyişərək yatağa uzanır.
- Leytenant Tompson Qlenin ölümündən sonra Lants ailəəsi ilə görüşür.
- Leytenant Tompson Mister Lants ilə danışır.
- Nensi Freddi ilə görüşmək üçün zirzəmidə bütün əşyalarını hazırlayır.
- Nensi uçmaq üçün imitasiya edir.
Film sonluğunun versiyaları
- Prokat versiyası: Nensi dostlarının maşınına əyləşir və gedir. Tavan qalxmağa başlayır. Freddi Marcı pəncərədən evə çəkir. Uşaqlar Freddi haqqında şeir oxuyur.
Digər versiyalar:
- Nensi dostlarının maşınına əyləşir və gedir. Mark uşaqların Freddi haqqında şeir oxuduğunu görür. Sonra Freddi onu pəncərədən evə çəkir.
- Nensi dostlarının maşınına əyləşir və gedir. Mark uşaqların Freddi haqqında şeir oxuduğunu görür. Film bitir.
- Nensi dostlarının maşınına əyləşir. Tavan qalxmağa başlayır. Maşın şagirdləri aparır. Freddi Markı pəncərədən evə çəkir. Uşaqlar Freddi haqqında şeir oxuyur. Freddi maşını idarə etməyə başlayır.
Mənbə
- "Kinonun 10 ən yaxşı manyakı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 40–41.
- John Kenneth Muir, "Career Overview" in Wes Craven: The Art of Horror (Jefferson, N.C.: McFarland and Company, 1998), p. 18, ISBN 0-7864-1923-7.
- Collis, Clark. "Too Cool For Ghoul (B-)". In: "Entertainment Weekly" (USA), Vol. 904, 27 October 2006, Pg. 58, (MG)
- Hise, James Van. "Nightmares on Elm Street: The Freddy Krueger Story". Pop Cult, Inc., 1988, Pg. 98, (BK), ISBN 9992002514
- The Rise and Fall of the Slasher Film (1978–1986)" (Adam Rockoff, McFarland & Company, 2002) ISBN 0-7864-1227-5
İstinadlar
- A Nightmare on Elm Street (ing.). 1984.
- Qarağac küçəsində qarabasma filminin büdcəsi haqqında məlumat Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Box Office Mojo Arxivləşdirilib 2012-02-10 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Kinopoisk.ru saytında filmin büdcəsi haqqında Arxivləşdirilib 2009-01-30 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Artículo de Scientific American Arxivləşdirilib 2012-06-29 at Archive.today Yoxlanılıb: 24 sentyabr 2014
- Wes Craven on Dreaming Up Nightmares Arxivləşdirilib 2012-06-29 at Archive.today Yoxlanılıb 22 Noyabr, 2007
- DVD Revire Arxivləşdirilib 2008-05-11 at the Wayback Machine; Yoxlanılıb 2 Noyabr, 2007.
- Qarağac küçəsində qarabasma Arxivləşdirilib 2008-11-18 at the Wayback Machine Pitofhorror.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014
- Caso del "Síndrome de la muerte asiática" Arxivləşdirilib 2022-07-21 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Relaciones con la localidad de Postdam Yoxlanılıb: 24 sentyabr 2014
- A Nightmare on a Elm Street (DVD, 2001) Yoxlanılıb: 24 sentyabr 2014
- Wes Craven interview at Twitch Film Arxivləşdirilib 2005-11-13 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- "Site with a picture of the house". 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-11.
- House of Horrors Arxivləşdirilib 2007-11-10 at the Wayback Machine Yoxlanılıb: 22 Noyabr, 207.
- Qarağac küçəsində qarabasma Arxivləşdirilib 2012-03-22 at the Wayback Machine Nytimes.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014
- Qarağac küçəsində qarabasma Arxivləşdirilib 2011-11-28 at the Wayback Machine Empireonline.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014
- Qarağac küçəsində qarabasma Arxivləşdirilib 2010-01-10 at the Wayback Machine Dreadcentral.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014
- Kinopoisk.ru saytında filmin qiymətləndirilməsi Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Ficha en Metacrític Arxivləşdirilib 2022-09-05 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Las películas más populares de 1984 según IMDb.com Arxivləşdirilib 2015-06-30 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Qarağac küçəsində qarabasma Arxivləşdirilib 2012-05-30[Timestamp length] at Archive.today Films101.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014
- A Nightmare on Elm Street en Filmsite Yoxlanılıb: 24 sentyabr 2014
- B000GETUDI Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- A Nightmare on Elm Street DVD (2001, New Line Cinema Entertainment) Yoxlanılıb: 24 sentyabr 2014
- Business Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- A Nightmare on Elm Street business statistics Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Variety Arxivləşdirilib 2010-10-22 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Johnny Depp Biography Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Crítica en TV Guide Arxivləşdirilib 2008-06-30 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Crítica en Variety Arxivləşdirilib 2010-10-22 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Ficha en Rotten Tomatoes Arxivləşdirilib 2010-07-22 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Qarağac küçəsində qarabasma filminin saundtrekləri Yoxlanılıb: 24 sentyabr 2014
- Soundtrack de Qarağac küçəsində qarabasma filminin musiqisi MTV Arxivləşdirilib 2013-05-16 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Amazon.com: A Qarağac küçəsində qarabasma I və II: Çarlz Börnşteyn və Kristofer Yanq Yoxlanılıb: 24 sentyabr 2014
- Qarağac küçəsində qarabasma II: Kristofer Yanq Yoxlanılıb: 24 sentyabr 2014
- Amazon.com: Freddy’s Favorites: Best Of A Nightmare On Elm Street: Various Artists: Music Yoxlanılıb: 24 sentyabr 2014
- Qarağac küçəsində qarabasma Rotten Tomatoes saytında Yoxlanılıb: 24 sentyabr 2014
- The Best 1,000 Movies Ever Made Arxivləşdirilib 2012-03-22 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Empire's The 500 Greatest Movies of All Time Arxivləşdirilib 2011-11-28 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Most Popular Feature Films Released in 1984 Arxivləşdirilib 2015-06-30 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- The Best Movies of 1984 by Rank Arxivləşdirilib 2012-05-30[Timestamp length] at Archive.today Yoxlanılıb: 24 sentyabr 2014
- The Greatest Films of 1984 Arxivləşdirilib 2012-07-30[Timestamp length] at Archive.today Yoxlanılıb: 24 sentyabr 2014
- "Nightmare 1 bekommt nach Neuprüfung FSK 16". 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-20.
- Filmin remeyki Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Filmin Remeyki — Freddi geri dönür Arxivləşdirilib 2017-11-27 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Space-view.de Filmin remeyki haqqında Arxivləşdirilib 2009-02-26 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Vergleich zwischen der R-Rated-Version und der Unrated-Version Arxivləşdirilib 2021-07-23 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Vergleich zwischen der R-Rated-Version und der FSK-16-Fassung Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- A Nightmare on Elm Street for NES (1990) — MobyGames Arxivləşdirilib 2012-04-16 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- A Nightmare on Elm Street for NES — GameFAQs Arxivləşdirilib 2016-08-10 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- A Nightmare on Elm Street for Commodore 64 (1989) — MobyGames Arxivləşdirilib 2015-06-15 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- FAKT Software Arxivləşdirilib 2013-09-04 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- I-Mockery.com | A Nightmare on Elm Street — Freddy’s forgotten PC game! Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine Yoxlanılıb: 24 sentyabr 2014
- Qarağac küçəsində qarabasma filmi Arxivləşdirilib 2013-07-31 at the Wayback Machine Nightmareonelmstreetfilms.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014
Xarici keçidlər
- Qarağac küçəsində qarabasma — Internet Movie Database saytında.
- A Nightmare on Elm Street Companion
- Qarağac küçəsində qarabasma Arxivləşdirilib 2011-11-18 at the Wayback Machine
- The Nightmare On Elm Street Companion
- Qarağac küçəsində qarabasma 2: Freddinin qisası — Internet Movie Database saytında.
- Freddi Ceysona qarşı — Internet Movie Database saytında.
- Qarağac küçəsində qarabasma rəsmi sayt
- Elmstreet.co.uk Arxivləşdirilib 2013-04-07 at the Wayback Machine
- Krueger Lair
- AlloCiné
- Qarağac küçəsində qarabasma filmi Beyazperde.com saytında
- Müxtəlif