Qaraçay rayonu

Qaraçay rayonu (abq. Къарча район, kab.-çərk. Къэрэшей район / Къэрэшей куей, qaraç.-balk. Къарачай район, noq. Карашай район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qaraçayevsk şəhəridir (rayon ərazisinə daxil deyildir).

Qaraçay rayonu

43°29′53″ şm. e. 42°00′05″ ş. u.


Ölkə
İnzibati mərkəz Qaraçayevsk
Tarixi və coğrafiyası
Yaradılıb 12 yanvar 1957
Sahəsi
  • 3.916 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 31.697 nəf. (2019)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87879
Rəsmi sayt
Qaraçay rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Qaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimal-şərqdə Maloqaraçaevsk rayonu, şərqdə Kabarda-Balkariya Respublikası, cənubda Gürcüstan, şimalda Ust-Cequtinski, qərbdə Zelençuk rayonu. Rayonun ərazisi 3917,24 km²-dir (2010-cu ildən bəri)[2]. Rayon respublikanın dağlıq hissəsində Baş Qafqaz və Skalistı silsilələri arasında yerləşir. Ən yüksək nöqtəsi Elbrus dağıdır (5642 m). Qərbi Qafqazın ən yüksək nöqtəsi olan Dombay-Ulgen zirvəsi (4046 m) rayonda yerləşir.

Tarixi

1943-cü ildə Qaraçay Muxtar Vilayətinin ləğvi və qaraçayların sürgün edilməsi ilə əlaqədar, təqribi olaraq indiki Qaraçay rayonuna uyğun iki rayon (Mikoyanovski və Uçkulan) Gürcüstan SSR-ə verildi və burada Kluxor rayonunu təşkil olundu.

14 mart 1955-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Kluxor rayonu Gürcüstan SSR-dən Stavropol diyarına birləşdirilir.

12 yanvar 1957-ci ildə Kluxor rayonu Qaraçay olaraq adlandırıldı. Elə həmin gün Çərkəz Muxtar Vilayəti Stavropol diyarının bir hissəsi olaraq Qaraçay-Çərkəz Muxtar Vilayətinə çevrildi. Bu zaman Stavropol diyarının Zelençuk, Qaraçay və Ust-Cequtinski rayonları muxtar vilayətə birləşdiridi[3].

1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençukskaya aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Cequtinski aulu), Xabez (mərkəzi Xabez aulu)

12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır[4]:

  • Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikubanski və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.

Əhali

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır[5]:

  • 2024 — 31,36 min nəf.
  • 2035 — 29,38 min nəf.
Urbanizasiya

Şəhər şəraitində rayon əhalisinin 20,77 % yaşayır.

Milli tərkib
Xalq2002[6]2010[7]
Qaraçaylılar22 127 (84,3 %)25 882 (85,7 %)
Çərkəzlər1 121 (4,3 %)1 526 (5,05 %)
Osetinlər1 388 (5,3 %)1 484 (4,91 %)
Ruslar1 135 (4,3 %)1 015 (3,36 %)
Abazinlər109 (0,4 %)46 (0,15 %)
tatarlar43 (0,2 %)29 (0,10 %)
ermənilər26 (0,1 %)27 (0,09 %)
ukraynalılar41 (0,2 %)21 (0,07 %)
balkarlar16 (0,1 %)16 (0,05 %)
noqaylar12 (<0,1 %)15 (0,05 %)
milliyyətini bildirməyənlər237 (0,9 %)138 (0,46 %)

İstinadlar

  1. http://www.gks.ru/free_doc/doc_2019/bul_dr/mun_obr2019.rar.
  2. "Карачаево-Черкесская Республика. Общая площадь земель муниципального образования". 2018-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  3. "Сборник «Промышленность Ставропольского края в архивных документах (1945—1991 гг.)" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-24.
  4. "Об изменениях в административно-территориальном делении Ставропольского края". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
  5. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-24.
  6. Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
  7. "Итоги Всероссийской переписи населения 2010 года. Том 3. Национальный состав и владение языками, гражданство". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.