Qar uçqunu
Qar uçqunu və ya Çığ— dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qopması və sürüşərək hərəkət edərkən kiçik qar hissələrinin böyüyüb nəhəng qar topasına çevrilməsi ilə digər obyektləri özü ilə aparması.
Qar uçqunları iki növdə olur: quru (qış)qar uçqunu və yaş (yaz)qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80-100 m/san, yaş qar uçqununun sürəti isə 10-20 m/san olur.
Qar uçqunlarının yaranmasının səbəbləri
Qar uçqunlarının başvermə səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən başlıcası qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud havanın temperaturunun artması ilə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir.Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40-50 sm-dən artıq olduqda baş verir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır.
Yamaclarda insanın fəaliyyəti də qar uçqununa səbəb ola bilir. Yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar və.s qar uçqunlarına təsir edən canlı faktorlardır. Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər.
Qar uçqunları fəlakətli güclü dağıdıcı və ölüm hadisələrinə də səbəb olur. Qar uçqunları çay kənarlarında, dağarası çökəkliklərdə olan yaşayış məntəqələri, yolları, kommunikasiya xətlərini, turizm və istirahət mərkəzlərini, meşələri və s. dağıdaraq yararsız vəziyyətə salır. Güclü qar uçqunları lokal xarakterli yer titrəyişlərinə, müvəqqəti və daimi su hövzələri və göllərin əmələ gəlməsinə səbəb olur. Böyük dağ uçqunları zamanı uçqundan əvvəl onun hava dalğası daha təhlükəli olub tikintiləri dağıdır, ağacları, meşəni yıxır
Qar uçqunun yaranmasının səbəbi uzun müddət yağan qar, intensiv qar əriməsi, dağ və hava titrəmələri ilə nəticələnən zəlzələ, partlayışlar və digər insan fəaliyyətidir. Qar uçqunu binaların, mühəndis qurğularının dağılmasına səbəb ola, qarın altında qalmış yollar və qar cığırları örtülə bilər. Qar uçqununa məruz qalmış dağ kəndlərinin əhalisi, turist, alpinist, geoloqlar və digər kateqoriyadan olan insanlar zədələr alıb, qalın qar altında qala bilərlər. Uçqunlar isə ölkəmizin bütün yüksək dağlıq sahələrində, xüsusən Balakən, Qax, Kəlbəcər, Ordubad və bir sıra digər rayonlarda müşahidə edilir.Bəzən güclü marxallar həcmi milyonlarla m³ çatan qar uçqunu şəklində geniş ərazini əhatə edib çoxlu maddi zərərə, tələfatlara səbəb olur. İri ölçüdə qar uçqunu düşdükdə, məsələn, həcmi 100 min m³ olduqda, onun çəkisi 70 min ton ola bilər. Uçqun dayandıqda, qar o qədər sıxlaşır ki, hətta onu güclü buldozerlə təmizləmək mümkün olmur.
Qar uçqunlarının növləri
Qar uçqunlarının 3 növü vardır:
- Qarlı uçqun - onun müəyyən düşmə kanalı olmur. Çox zaman bir neçə yüz metr ölçüsü olan qarlı yamac qopub, aşağıya sürüşür.
- Novlu qar uçqunları meşəsiz oyuqlar, çökəkliklərlə mütləq bir məcra ilə hərəkət edir.
- Atlanan qar uçqunları- qayaların, buzluqların çıxıntılarından sərbəst sürətdə dərənin dibinə düşür.
Qar uçqunlarının yaranması
Yenicə yağmış qar bizə çox yüngül görünür, amma onun bir m³-i 50-60 kq çəkiyə malikdir. Çoxdan yağmış qarın bir kubmetrinin çəkisi isə 300-400 kiloqramdır. Yazda qar örtüyünə su hopur, bu da çəkinin bir neşə dəfə artmasına səbəb olur. Dağlara gedən istənilən insan qar uçqunu təhlükəsinin əsas əlamətlərini bilməlidir. Köhnə qar süxurlardakı əyrilikləri doldurur, kolluqları yerə yatırdıb hamar, sürüşkən səth əmələ gətirir. Köhnə qarın hündürlüyü nə qədər çoxdursa, qar uçqunu ehtimalı da bir o qədər çoxdur.
Dağ meşələri, sıx kolluqlar, iri qayaların saxlayıcı təsiri hamıya məlumdur. Kiçik qayalar qarın aşağı qatlarının yumşalmasına və onun süxurlara yapışmasına səbəb olur. Qar yağmanın intensivliyi, müəyyən bir vaxt ərzində yağan qarın miqdarı ilə müəyyən edilir. Qarın 10-12 saat müddətdə 50 santimetr artması qar uçqununa səbəb olur. Qarın çökməsi qar örtüyünün sabitləşməsinə səbəb olur. Sürəti saniyədə 7-8 metrə çatan külək qar lövhələrindən uçqunlara səbəb olur. Qışda qar örtüyünün temperaturu mənfi qalır. Havalar isindikdə günəş radiasiyası qarın üst qatını əridir. Yaranan su qar qatının daxilinə nüfuz edir və onu ərimə nöqtəsinə qədər qızdırır. Belə olduqda sərbəst su qar örtüyündə sürtgü yağı rolunu oynayır, qar uçqununun yaranmasını asanlaşdırır. Bundan başqa, qar uçqununa heyvanlar, yüksək səs, silah səsi və insan da səbəb ola bilər. Uçquna düşməmək üçün dağlara gedərkən, öncə xəritədə qar uçqunu təhlükələri ilə tanış olmaq, mütəxəssislə məsləhətləşmək lazımdır. Çoxlu qar yağdıqda dağlara çıxış 2-3 gün təxirə salınmalıdır, qar uçqunu düşənə və ya qar çökənədək gözləmək məsləhətdir. Qar uçqunu təhlükəsi elan olduqda dağlara çıxmağı tamamilə təxirə salınmalıdır.
Qar uçqunlarına qarşı qabaqlayıcı tədbirlər
Qar uçqunu ərazilərində əsas davranış qaydalarına əməl edilməlidir:
- qar yağan zaman və tutqun havada dağlara çıxmayın;
- dağlarda olan zaman hava dəyişkənliyini diqqətlə müşahidə edin;
- dağlara çıxan zaman getdiyiniz rayonun yollarını və mümkün qar uçqunu yerlərini dəqiqləşdirin. Mümkün qar uçqunu ərazilərindən uzaq durun. Onlara əsasən meylliliyi 300 və daha çox ola ərazilərdə rast gəlinir. Əgər yamacda ağac və kol yoxdursa bu hal meyllilik 200 –dən çox olduqda da baş verə bilər. Meyllilik 450 –dən çox olan yerlərdə isə qar uçqunu demək olar ki, hər dəfə qar yağandan sonra baş verir.
Qar ucqunu baş verdiyi ərazilər
Şimali Osetiya MR ərazisində 2002-ci ilin sentyabr ayında qar uçqunu faciə ilə nəticələnərək bir neçə kiçik kənd və burada kinofilm çəkən adamların bir qrupu qar-buz uçqunu altında qalmış, 15 nəfər həlak olmuş və ya itkin düşmüşdür. Azərbaycanda qar uçqunları Böyük və Kiçik Qafqaz dağları yamaclarında və dərələrində baş verir.
Qar uçqunları ilə mübarizə məqsədilə qar uçqunlarına qarşı xüsusi xidmət təşkil olunmuşdur. Dik yamaclarda qarın böyük kütləsinin toplanmasını gözləmədən artilleriya qurğularının kömək ilə dağıdıcılıq yaratmayan kiçik qar uçqunları törədilir. Yazda qar uçqunları daha çox bas verdiyi dövrdə bir sıra dağ yollarında hərəkət qadağan olunur.
2003-cü il sentyabrın 2-də Qax rayonunda Kürmükçayın sol qolu Hamaçayın orta axarında, kükürdlü isti su çıxan, insanların müalicə üçün gəldiyi «Hamam» deyilən yerə 20-30 m qalmış hələ yaz ayında düşən hələ sentyabra qədər hamisi əriməyən qar uçqunu mövcud idi. Qar uçqunu dar dərədə yolu kəsdiyindən yerli sakinlər qarı deşərək tuneli xatırladan oyuq açmışlar.