Qar dənəsi (qorilla)
Qar dənəsi (isp. Copito de Nieve, kat. Floquet de Neu; 1964 — 24 noyabr 2003) — zooloji müşahidələr nəticəsində indiyənə kimi qeydə alınmış yeganə albinos qorilla. Bu erkək qorilla uzun zaman İspaniyanın Barselona zooparkında yaşamışdır.
Qar dənəsi Copito de Nieve | |
---|---|
1964—2003 | |
Barselona zoopakı | |
Doğum yeri | İspaniya Qvineyası |
Vəfat yeri | Barselona |
Sahiblik | |
Doğum tarixi | 1964 |
Vəfat tarixi | 24.11.2003 |
Qar dənəsi Qərb düzənlik qorillası yarımnövünə aid olmuşdur. Rəsmi məlumata görə bu canlı İspaniya Qvineyası ərazisində 1966-cı ildə tutulmuşdur. Sonra isə Barselona şəhərinə gətirilmişdir[1]. İlk əvvəllər onu ovlayan ovçunun dilində (famnq dili) Nfumu Ngui olaraq adlandırılır. Bu sözün hərfi mənası isə "Ağ qorilla" anlamını verir. Qorilla 15 000 pesetaya[2] satın alınır. Bu isə onu ən bahalı canlı olaraq qeydə alınmasına səbəb olmuşdur. Qorilla tutularkən onun cəmi iki yaşı vardı[3]. Bir müddət sonra Qar dənəsi nəyinki İspaniyada həmçinin bütün Qərb dünyasında məşhurluq qazanır:o Barselona zooparkının talismanına çevrilir. Bir çox açıqcalarda təsvir olunur və onun haqqında sənədli filmlər çəkilir.
Ümumən üç dişidən 21 balaya sahib olmuşdur. Ancaq onun balaları arasında heç biri albinos olmamışdır. Araşdırmaçıların qənayətinə görə Qar dənəsi inbridinq olmuşdur[4]. 1980-ci ildə London zooparkının əməkdaşları bu canlıdan sperma toplamağa başlamışlar. Hədəf ondan albinos balaların doğulma ehtimalını araşdırmaq olur. Ancaq araşdırtmalar uğursuzluqla bitir. 2001-ci ildən bu canlı dəri xərçənginin qeyri-adi formasından əziyyət çəkirdi. Buda böyük ehtimalla albinizmlə əlaqədar olmuşdur. 2003-cü ilin noyabrında evtanaziya[5][6] yolu ilə 40 yaşında həyatına son qoyulur (qorillalar ortalama 30—50 il yaşayırlar).
Asteroid (95962) Kapito onun şərəfinə adlandırılmışdır[7].
İstinadlar
- Copito de nieve, el único gorila albino del mundo Arxivləşdirilib 2019-10-20 at the Wayback Machine. El Mundo.es.
- La muerte de Copito de Nieve Arxivləşdirilib 2009-09-18 at the Wayback Machine. En memoria.com.
- Duplaix-Hall, Nicole. The White Gorilla (Gorilla g. gorilla) At Barcelona Zoo // International Zoo Yearbook. Vol. XIII. London: Zoological Society of London. 1967. səh. 196. OCLC 604039131.
- "Snowflake the Albino Gorilla Got White Fur Due to Inbreeding — AOL On". 2014-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-23.
- Staff writers. "Albino gorilla dying of skin cancer". BBC News. 22 September 2003. 7 June 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2013.
- "Dünyada yeganə albinos-qorilla İspaniyada öldü". NTV telekanalı. 25 noyabr 2003. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
- "«Asteroide Copito de Nieve»". 2007-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-23.
Mənbə
- Snowy stardom — avqust 2004 il (ing.)