Qar bəbiri mükafatı
Qar bəbiri mükafatı — çox təcrübəli alpinistlərə verilən SSRİ alpinizm mükafatı. Mükafat hələ də Müstəqil Dövlətlər Birliyində tanınır. Mükafatı əldə etmək üçün keçmiş SSRİ-də yerləşən yüksəkliyi 7000 metrdən çox olan beş zirvənin hər biri fəth edilməlidir.[1]
Qar bəbiri mükafatı | |
---|---|
Ölkə | |
Statistika | |
Təsis tarixi | 12 oktyabr 1967 |
summitpost.org/the-snow-… |
Bu zirvələrdən üçün Tacikistanın Pamir dağlarında yerləşir: İsmayıl Samani zirvəsi (keçmiş adı Kommunizm zirvəsi) 7,495 m, Korjenevskiy zirvəsi 7,105 m və Qırğızıstan-Tacikistan sərhəddində yerləşən İbn Sina zirvəsi (keçmiş adı Lenin zirvəsi) 7,134 m. Digər iki zirvə isə Tyan-Şan dağlarında yerləşir: Jeniş Çokusu (keçmiş adı Pobeda zirvəsi və ya Qələbə zirvəsi) 7,439 m və Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşən Xan-Tenqri zirvəsi 7,010 m.[2]
Xan-Tenqri zirvəsinin geoloji hündürlüyü 6,995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7010 metrə çatır. Bu səbəbə görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7000 metrlik zirvə sayılır.
1961-ci ildən 2013-cü ilə qədər 628 nəfərə bu mükafatı qazanıb.[3]
Rekordlar
İstinadlar
- "История появления жетона «Покоритель высочайших гор СССР» («Снежный барс»)". www.alpklubspb.ru. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-18.
- "A travel to "the master of the sky"". kobler-partner.ch. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-18.
- "SNOW LEOPARDS (SNEZHNY BARS)". russianclimb.com. 2016-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-18.
- "Sněžný leopard na ex-SSSR sedmitisícovky v rekordním čase". 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-15.