Qar adamı
Qar adamı, yeti, saskvoç və ya biqfut (ing. big - böyük, foot - ayaq) — Yerin müxtəlif hündür dağ və meşə ərazilərində rast gəlinən , əfsanəvi varlıqdır. Bir çoxları onu gördüklərini desələr də , amma hələ onun mövcudluğunun tam təsdiqi tapılmayıb. Fikirlər var ki, bu müqəddəs(bəzi yerlərdə elə sayılır) hominid məməlilərə aid olan, insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Karl Linney onu Homo troglodytes (mağara adamı) kimi təyin etmişdir.
Bu məqalə Qar adamı haqqındadır. Qardan adam haqqında oxumaq üçün Qardan adam səhifəsinə baxın. |
Qar adamı | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Xarici görünüşü
Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əllləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub orda yaşayırlar. Etnoqrofik baxışdan müxtəlif yerlərdə qar adamları haqqında təəssüratlar maraqlıdır. Böyük qorxulu adam surəti müxtəif xalqlarda qaranlıqdan qorxu nəticəsində, naməlumluqlar haqqında, sirli qüvvələrə olan münasibət kimi formalaşa da bilər. Ola bilsin ki, qar adamı sadəcə olaraq bədənləri tüklə örtülü və ya vəhşiləşmiş insanlar kimi qəbul olunsun.
Əgər bu varlıqlar mövcuddurlarsa, onda onlar qruplar və ya ailə cütlüyü şəklində yaşayırlar. Arxa ətrafları üstündə hərəkət edə bilirlər. Hündürlüyü 1 −2,5 m arasında(bir çox hallarda 1,5–2 m) dəyişir. Bildirilir ki, daha böyüklərini Mərkəzi Asiyada(yeti) və Şimali Amerikada (saskvoç) görüblər. Sumatra ,Kalimantan və Afrikada bir çox hallarda boy 1,5 m-i keçməyib. Ehtimal edilir ki, bu varlıqların ən azı 3 olmaqla bir neçə növləri var.
Rus mediasının verdiyi xəbərə görə, artıq axtarışlar üçün xüsusi mütəxəssislərdən ibarət qrup yaradılıb. Qrup Kemerova və Sibirdəki bütün mağaraları gəzərək, yarı insan, yarı heyvan olan və "qar adam" olaraq tanınan canlını axtaracaq.
Sözügedən canlının varlığına dair çoxlu sayda hekayələrin olduğu bildirilir. Məsələn, amerikalı Roger Pattersonun 1967-ci ildə Kaliforniya meşələrində lentə aldığı dişi "qar adam"ın varlığı ABŞ alimləri tərəfindən təkzib olunsa da, sovet mütəxəssisləri görüntülərin doğru olduğunu bildirmişdilər. Bu cür canlını gördüyünü iddia edən ən tanınmış şəxs isə ABŞ prezidentlərindən Teodor Ruzveltdir. Ovçuluğa meylli olan Ruzveltın yazdığına görə, 1903-cü ildə İdaho ştatında, Salmon çayı sahilində 2 ovçu qorxunc bir canlının hücumuna məruz qalıb.
ABŞ-nin Şimali Karolina ştatındakı Rezerford kəndinin yaxınlığında nəhəng meymun-adam və ya "qar adam" kimi tanınan məxluq gözə görünüb. Vyetnam müharibəsinin veteranı Tomas Bayersin dediyinə görə, həmin gün kənd ətrafındakı meşəlikdə ova çıxmışdılar. "Dostum Karolin Rayt da yanımda idi. Qəflətən yolu nəhəng məxluqun keçdiyini gördük. O, bizi görəndə boğuq səslə mırıldadı və tələshik yolu keçərək meşəyə daldı. Qorxmadıq. O məxluqa tərəf atəş açdım. Əminəm ki, qarşımıza çıxan nəhəng məxluq "qar adam" idi. Şimali Amerikanın sıx meşələrində bu məxluqların yaşaması barədə çox eşitsəm də, onlardan birini belə görməmişdim", — Bayers deyib.
ABŞ-də çəkilən kadrlar bu əfsanənin doğru olduğunu sübut edə bilər. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda iki yeniyetmənin gəzinti zamanı çəkdikləri görüntülər bütün ölkədə sensasiya yaradıb. Mobil telefonla çəkilən görüntülərdə heç nədən xəbərsiz gənclər sonradan videoya baxarkən bir qaraltı onların diqqətini çəkib. Görüntüləri diqqətlə izləyən gənclər bunun indiyədək əfsanə hesab edilən Qar Adamı olduğunu görüblər. Kadrlarla bağlı mütəxəssislərdən hələ heç bir açıqlama gəlməsə də, indidən bununla bağlı çox sayda şərhlər verilir
Bundan əlavə, Amerika Tuson "kriptozooloji" (biologiyada mövcud olmayan və ya əfsanəvi qəbul edilən heyvanları araşdıran elm) Dərnəyi "qar adamı"ın ölüsünü gətirənə 100 min, canlısını ələ keçirənə isə bir milyon dollar verəcəyini açıqlayıb.