Qarşılıqsız sevgi
Qarşılıqsız sevgi, qarşılıqsız eşq və ya qarşılıqsız məhəbbət — bir tərəfin digər tərəfdən istədiyini görə bilmədiyi bir sevgi növüdür. Bu, tez-tez insanda kədərli və narahat bir ruh halına səbəb olsa da, depressiya və eyforiya arasında qəfil emosional dəyişikliklərə də səbəb ola bilər.
Qarşılığı alınmayan sevgi nəhayət insanda bir vəsvəsəyə səbəb ola bilər, qarşılıq verməyi rədd edənin istək mənbəyini izləmək və ya ona kin ilə baxmaq tez-tez müşahidə olunur. Bu mürəkkəb vəziyyət sənət tarixindəki bir çox şah əsərin ilham mənbəyi olmuşdur.
Qarşılıqsız sevgi ağrılı bir vəziyyət olsa da, bəzi insanlar üçün xoşbəxtlik mənbəyi ola bilər. Bu vəziyyətdə olan bir insan, kiməsə aşiq olmaq hissinin (cavabsız olsa belə) çəkdiyi bütün əzablara dəydiyini düşünə bilər. Təslim olmaq əvəzinə bu vəziyyətdə qalmağı seçə bilər. Özündən imtina etməyi tələb etdikdə belə, bunu özünü məğlubiyyəti, darmadağın olması kimi hiss edər və təslim ola bilməz.
Uzun müddət, illərlə və hətta on illərlə davam edə biləcək cavabsız sevgi bir neçə fərqli yolla bitir. Əgər fərd sonunda cavab görərsə, onun duyğuları ümumiyyətlə tükənə və hətta sona çata bilər. Bu vəziyyətin əksinə, əgər şəxs cavab görməməyə davam edərsə, nəticədə çıxış yolu kimi intiharı seçə bilər və ya artıq sevgisinə cavab tapa bilməyəcəyini anlayaraq və istəklərini başqa mənbəyə istiqamətləndirər. Bunun sonunun olub-olmaması həmin insanın daxilində bəslədiyi gözəl və saf duyğularla əlaqədardır.