Qarındeşən Cek

İçalatçı[1] və ya Qarındeşən[2] Cek (ing. Jack the Ripper) - 1888-ci ilin ikinci yarısında Uaytçapeldə və Londonun ətraf rayonlarında cinayətlər törədən naməlum qatilə və ya qatillərə verilmiş şərti addır. Cek adı Mərkəzi polis bürosuna qətli törətdiyini iddia edən bir şəxsin göndərdiyi məktubdan götürülmüş və London qəzetlərində cinayət işlərilə bağlı nəşr olunan yazılar sayəsində məşhurlaşmışdır.

Qarındeşən Cek
Aaron Kosminski
1888-ci ilin 13 oktyabr tarixində Londonda nəşr olunmuş Qarındeşən Cek təsviri.
1888-ci ilin 13 oktyabr tarixində Londonda nəşr olunmuş Qarındeşən Cek təsviri.
Digər adı Uaytçapel qatili
Doğum tarixi
Doğum yeri Polşa,Klodava
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri London
Vəfat səbəbi Adi ölüm
Dəfn yeri London
Atası Abram Jozef Kozminski
Anası Golda nee Lubnowska
Milliyyəti Yəhudi (Polşalı Yəhudi qarışığı təxmin edilir)
Fəaliyyəti Seriyalı qatil Bərbər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hamısı fahişə olan qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən öz təsdiqini tapmışdır. Ancaq Qarındeşən Cekin törətdiyi güman olunan təxminən iyirmiyə yaxın cinayət vardır. Cek qeyb olduğuna görə bu cinayətlərin heç birinin üstü açılmamışdır. Bu gün ingilis detektivlər və elm adamları müasir texnologiyanın köməyilə həmin cinayətlərin üstünü açmağa çalışırlar. Günümüzə qədər çatmış tək fiziki dəlil, qurbanlardan birinə aid olduğu iddia edilən şaldır.

İstintaq

Son cinayəti işləməsindən 126 il sonra qatilin şəxsiyyəti müəyyənləşdi. Həm də bizə gəlib çatmış son dəlil olan şal bu sirri açmağa əsas səbəb olmuşdur.

DNT mütəxəssisi Jari Louhelaynen 1988-ci ildə İngiltərənin paytaxtı Londonda işlənmiş cinayəti araşdırmağa başlayır. Məşhur mütəxəssis silsilə qətllər törətmiş Qarındeşən Cek tərəfindən öldürülən Katerina Eddovesin qanlı şalı üzərində etdiyi testlər nəticəsində qatilin Polşadan olan mühacir, bərbər Aaron Kosminski olduğunu müəyyən edib.

İş adamı Rassıll Edvardsın 2007-ci ildə İngiltərədəki hərrac evlərinin birindən satın aldığı şalı araşdıran alim İngiltərənin "Mail on Sunday" qəzetinə bildirib: "Əldə etdiyim nəticədə şübhəyə yer yoxdur".

Qeyd edək ki, Londonun şərqindəki Uaytçapel şəhərində bir bərbər dükanı işlədən Kosminski "Skotland Yard" tərəfindən sorğulanan şübhəlilərdən biri idi. Ruhi xəstə olan Kosminski kifayət qədər dəlil olmaması səbəbi ilə sərbəst buraxılmışdı.

Aaron Kosminski

Aaron Kosminski Polşada anadan olub. Atası Abram Jozef Kozminski dərzi idi. Anası Golda nee Lubnowska evdar qadın idi. 1881-ci ildə O ailəsi ilə birlikdə İngiltərəyə köçdü. Onun psixiologiyasında problemlər var idi. Qarındeşən Cek hadisələrində şübhəli olsa da, psixi durumu səbəb alınaraq Qarındeşən Cek olmadığı əsas gətirilmişdir.

İstinadlar

  1. "Bəşəriyyət tarixinin 5 böyük sirri - FOTO". ailem.az. lent.az. 2014-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  2. "Qarındeşən Cekin kimliyi müəyyən edilib". trend.az. Trend. İstifadə tarixi: 21 sentyabr 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.