Qarğıdalı gövdə kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi (lat. Pyrausta nubilalis Hb.)-Dişi kəpənəklər erkəklərdən iri olur.
Qarğıdalı gövdə kəpənəyi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb.
|
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Quruluşu
Dişi kəpənəklər erkəklərdən iri olur. Dişilərin qanadları açıq- sarımtıl rəngdədir. Üzərində qəhvəyi rəngdə ləkə və dişli zolaq vardır. Qanadları açılmış halda 27–32 mm, bədəninin uzunluğu isə 13–15 mm-dir. Erkək kəpənəyin ön qanadları açıq- qəhvəyi və ya bozumtul rəngdə olur. Tırtıllar 16 ayaqlı olub, sarımtıl bozdur. Tırtılın beli uzunu tutqun zolaq gedir. Baş, peysər buğumu və axırıncı buğumda qonur rəngli qalxancıqlar vardır. Sonrakı buğumların hər birində 4, çox da iri olmayan qara, qılcıq daşıyan qalxancıqlar olur və bunlar bir cərgədə çəpinə düzülmüşdür. Ikinci döş buğumundan başlayaraq hər iki tərəfdə nisbətən kiçik olan 2 qılcıqdaşıyan qalxancıq vardır. Tırtılın uzunluğu 25 mm-ə çatır. Qarğıdalı gövdə kəpənəyinin tırtılları gövdə içərisində yaşayır və orada qidalanır. Belə qidalanma nəticəsində tırtıl gövdə daxilində yollar açır və qarğıdalı kollarının məhv olmasına səbəb olur. Kiçik yaşlı tırtıllar qıçaların və süpürgələrin əsası ilə qidalanır və nəticəsində onlar ya təmamilə məhv olur, yaxud da zəif inkişaf edir. Kəpənəklər gün batandan sonra və gecələr fəaldır. Gündüzlər onlar sıx bitki örtüyü olan sahələrdə yarpaqlar altında gizlənir. Payızda tırtılların qidalanması dayanır. Onlar diapauza halına keçir.
İnkişafı
İri yaşlı tırtıllar mədəni bitkilərin və bəzi alaq otlarının gövdələri daxilində qəşlayır. Azərbaycanda may ayının ikinci ongünlüyündən başlayaraq gündəlik orta temperatur 15-160 olduqda tırtıllar puplaşmağa başlayır. Puplaşmanın normal getməsi üçün hava yüksək dərəcədə rütübətli olmalıdır ki, gövdələr islana bilsin. Tırtıllarin inkişafı 10-15 gün çəkir. Mayın axırlarında birinci nəslin kəpənəkləri uçmağa başlayır ki, bu da iyul ayının əvvəllərinə qədər uzanır. Ikinci nəslin kəpənəkləri avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər uçur. Bu zərərverici Azərbaycan şəraitində 2 nəsil verir. Onlar uzağa uçmur və pupdan uçduqları yerdə yumurta qoyur. Yumurta qoyma dövrü 15-25 gün çəkir. Yumurtalar sıx bitki örtüyü olan sahələrdə yarpaqların altında topa halında qoyulur. Hər topada 2-7 yumurta olur. Bir dişi kəpənək 250-350-yə qədər yumurta qoyur. Rüşeymin inkişafı 3-10 gün şəkir və yumurtalardan çıxan kiçik tırtıllar təxminən bir saat sakit halda qaldıqdan sonra mənfi fototaksis və müsbət hiqrotaksis əsasında yarpaqlarının damarları, süpürgələrin və s.orqanların içərisinə girir. Tırtılın inkişafı bitki daxilində gedir. Məhsul yığımı zamanı tırtıllar gövdələrin aşağı hissəsinə toplaşmış olur.[1]
Yayılması
Qarğıdalı gövdə kəpənəyinə Azərbaycanın qarğıdalı əkilən bütün rayonlarında təsadüf edilir. Anca o,Lənkəran, Astara, Masallı, Zaqatala, Şamxor və başqa rayonlarda geniş yayılmışdır.
Ədəbiyyat
- S.R.Məmmədova, B.B.Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986
- S.R.Məmmədova, B.B.Xəlilov Meyvə və subtropik bitkilərin zərərvericiləri 1974
- N.H.Səmədov Taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, 1964
İstinadlar
- N.H.Səmədov Taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, 1964