Qaqauziya gerbi
Qaqauziya gerbi — mavi fonda üzərində yeni doğan qızılı günəş təsvir edilmiş heraldik qalxandan ibarətdir. Qalxan üzərinə Qaqauziya bayrağının sarıldığı qızılı sünbül dəstəsi ilə əhatələnib. Qalxanın aşağı qismində üzüm yarpaqları və budaqları təsvir edilib. Bu respublikanın əsas məhsulunun göstəricisidir. Üç qızılı beş güşəli ulduz isə qalxanın üst hissəsində bərabərtərəfli üçbucaq formasında təsvir edilib. Gerbin müəllifi rəssam Fedor Dudoqludur. Gerb 1994-cü ildə təsdiq olunub.[1]
Qaqauziya gerbi | |
---|---|
(gag: Gagauz Yerin gerbi) | |
Detallar | |
Armiger | Qaqauziya |
Təsis edilib | 1994 |
Təsdiq edilib | 1994 |
Gerbin lövhəsi | Üzərində doğulan qızıl günəş təsvir edilmiş heraldik qalxan |
Tərəfkeş | Üzüm budaqlarından və sünbüllərdən ibarət qövs |
Dayaq (heraldika) | Üzüm budaqları və sünbül dəstəsi |
Digər elementlər | 3 sarı ulduz, Qaqauz bayrağının təsviri və üzərində "Gagauz Yeri" yazısı |
Vikianbarda əlaqəli mediafayllar |
Həmçinin bax
İstinadlar
- "Legal code of Gagauzia (Gagauzia yeri)" (PDF) (ing. ). worldstatesmen.org. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 may 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.