Qapıçay (Qax)
Qapıçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Qapıçay | |
---|---|
41°29′ şm. e. 46°46′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 168 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə kərpic zavodunun fəhlələri üçün salınmışdır. Qəsəbə Qapıçayın mənbəyində yerləşdiyinə görə həmin çayın adı ilə adlanmışdır.[1]
Coğrafiyası və iqlimi
Kənd Qapıçayın mənbə hissəsində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə hər iki cinsdən toplam 340 nəfər əhali yaşayır.[2]
Kənddə (1 ailə istisna olmaqla) özünü pars adlandıran qaraçılar yaşayır. [3][4]
İqtisadiyyatı
Kənddə 74 təsərrüfat mövcuddur.
İstinadlar
- Qapıçay (Qax) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 16. ISBN 978-9952-34-156-0.
- Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr (Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat) Arxivləşdirilib 2016-03-12 at Archive.today
- "Qapıçay qaraçıları". 2014-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-30.
- "Dilənmək bizimkilərin qanında var". Archived from the original on 2016-06-21. İstifadə tarixi: 2015-03-30.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.