Qanunnamə (Qoş)
Qanunnamə – müəllifi Qafqaz Alban tarixçisi Mxitar Qoş olan və Alban hüquq elminin böyük əhəmiyyətə malik abidələrindən sayılan əsər.
Mənbə haqqında
Qanunnamədə o dövrün hüquq normaları kristallaşmış, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapmışdır.
Lakin erməni müəllifləri birmənalı olaraq Qanunnaməni erməni cəmiyyətinə aid edirlər. Vaxtilə Z. M. Bünyadov Qoşun bu əsərinin başlığı barədə belə bir qənaətə gəlir ki, bu əsər əlyazmahalında "Datastanaqirk" – Qanunnamə adı ilə tanınır; naşirlər onun adına "Xayots" – erməni sözünü əlavə edərək yeni ad yaratmışlar: "Darastanaqrik Xayots" yəni Erməni Qanunnaməsi. Buna, habelə Qoşun öz qanunnaməsini alban kilsəsinin alicənab başçısı ,Qafqaz Albaniyasının katalikosu III Stepanosun təkidi və xahişi ilə yazması barədə artıq təsdiq olunmuş fakta, eləcə də Qanunnamənin Roma imperiyası və Qafqaz Albaniyasının kilsə kanonları əsasında yazılmasına istinad edən Z. M. Bünyadov belə bir nəticəyə gəlmişdir ki, Mxitar Qoşun Qanunnamə əsəri qədim erməni dilində(qrabar) yazılmış alban ədəbiyyatı abidəsidir.
Ziya Bünyadovun çıxardığı nəticəni təkzib etməyə çalışan A. Ş. Mnatsakanyan etiraf etməyə məcbur olub ki, Qoşun əlyazması Mxitar Qoşun Qanunnaməsi kimi tanınıb və V. Bastamyans (Qoşu nəşr edən) əsərin adındakı erməni (xayots) sözünü mətnə sonradan …düzgün olmayaraq əlavə edib.
- Mxitar Qoşun Qanunnaməsi yalnız albanlar üçün nəzərdə tutulmuşdu vəbu heç bir şübhə doğurmamalıdır. Məlum olduğu kimi ermənilərin özlərinin hüquqşqnqslıqla bağlı qədim kitabları var:VIII əsrdə Odznetsinin yazdığı "Erməni kononları kitabı"(Kononaqirk), XIII əsrdə Smbat Sparapet tərəfindən yaradılmış Qanunnamə. Smbat Sparapetin istifadə etdiyi əsas mənbələrdən biri də Qoşun Qanunnaməsidir. Məlum olduğu kimi erməni tarxşünaslarının hamısı Mxitar Qoşun Qanunnaməsini özlərininki sayırlar . Onda sual oluna bilər ki, XX əsrə qədər erməni xalqının ehtiyaclarına cavab verib onu mənəvi cəhətdən tamm təmin edən Odznetsinin Kanonaqirki olduğu halda XII əsrdə yeni bir Qanunnmə (Qoş) yaratmağa nə ehtiyac vardı? Qeyd edilməlidir ki, Qoş öz əsərini yazdıqda başqa mənbələrlə yanaşı Kanonaqirkdən də istifadə etmişdi. Mühüm bir fakt da odur ki, A. A. Papovyan Qoşun Qanunnaməsini rus dilinə tərcümə edərkən mətnin alban kanonları olan böyük hissəsini buraxmış və kitaba daxil etməmişdir.
Qoş Qanunnaməni yaradarkən müxtəlif mənbələrdən istifadə edib. Bu haqqda o özü yazır:Yaxdşı olardı ki, Qanunnamənin tərtibi kilsə məclisininn müzakirəsi ilə hayata keçiriləydi, ya da bu işdə çoxları iştirak edəydi. Mən özüm bunu xahiş etdim, lakin bir çox səbəblər üzündən baş tutmadı…Mən deyənb olmadığına görə həmin çatışmazlığı müqəddəs kitabların yazdıqlarıyla aradan qaldırdıq, onların gücünə və hökmünə xüsusən də həqiqətən də olmuş hadisələrin nəticələri ilə əlaqədar bu kitabda öz əksini tapmış qərarlara əsaslanırıq, hər bir xalqın özünəməxsus doğru və həqiqi qərarlarını əsas götürürük. Və deməli seçdiyimiz qanunları həmin kitablardan və ayrı-ayrı xalqlardan götürdüyümüzə görə günahlardan azad olacağıq.Beləliklə Qoş özü istifadə etdiyi mənbələrin adlarını deyir:-Müqəddəs dini kitablar və başqa xalqların qanunları. Müqəddimənin sonunda isə Qoş mənbələrini daha da dəqiqləşdirir:1) adi hüquq2)xristian xalqlarının hüquq əhəmiyyəti daşıyan rəvayətləri3)müsəlman qanunları4)köhnə və yeni vəsiyyətlər5)erməni kilsə məclislərinin kanonları.
Əlbəttə Qoşun Qanunnaməsi yazılana qədər külli miqdarda orijinal və tərcümə olunmuş kanonki mətnlər var idi:
- İncil, ilk üç ümumdünya kilsə məclisinin kanonları,"müqəddəs atalar"ın(əzəmətli Vasili, İskəndəriyyəli Afanası və b.)kanonları. Sadalanan kanonlar, Şərqin digər kilsələri üçün də eyni olan və ümumiyətlə, bütün xristianlar üçün məcburi olan mənimsənilmiş zahiri kanonlardır. Onlar doqmatik və təşkilati xarakter daşıyır.
- Qafqaz Alban kilsəsi tərəfindən tərtib edilən yerli alban kanonları. Kanonaqirkə gəlincə qeyd edilməlidir ki, onun Qoşun Qanunnaməsi ilə bənzəyişi yalnız zahiri normalarındanıdr. V. A. Akopyan özü etiraf etməyə məcbur olub ki, Qoş Qanunnamədə ermənilərin həyatına aid olan erməni kilsə kanonlarından istifadə etməmişdir. Qoşun Qanunnaməsi albanlara xidmət edirdi, onların ictimai həyat normalarını nizamlayırdı. Bu belə bir faktla da bir daha təsdiq olunurdu ki, Qanunnamə alban katalikosunun, eləcə də alban (Xaçın) knyazlar knyazı Vaxtanqın təkidi ilə yazılmışdı. Onlar Qanunnamədən əməli məqsədlə istifadə etmək istəyirdilər. Qannunnamənin əlyazmalarının biində xüsusi əhəmittətə malik bir haşiyə var(Venesiya mxitaristlərinin kitabxanasında saxlanılır.)Orada deyilir:Allah Qanunnamənin ehkamlarının doğru-düzgün icra olunmasını knyazlar knyazı mömin Həsən oğlu Vaxtanqa tapşırır.
- Qanunnamə sonrakı əsrlərdə də, çox güman ki 1836-cı ilə qədər alban xristianları üçün öz əhəmiyyətini itirməmişdir. O digər xalqlar arasında da yayılmışdı. Gələcəkdə Qanunnaməyə düzəlişlər edilməsi, onun zənginləşdirilməsi barədə Qoşun arzuları çin oldu. XVII əsrin əvvəllərində Qanunnamənin böyük bir hissəsi gürcü çarı Vaxtanqın "Qanunlar toplusu"na daxil edildi və həmin toplu nəinki Gürcüstan Rusiyaya birləşdirilənədək, eləcə də ondan sonra, XIX əsrin ilk onilliklərində Qafqaz vilayətləri üçün rus məhkəmə qanunlarında qüvvədə qalmış və müvafiq olaraq Rusiya imperiyasının Qanunlar məcəlləsinə daxil olmuşdur.
İstinadlar
Mənbə
- Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası", Bakı, 1993.
Həmçinin bax
- Qafqaz Albaniyası
- Qafqaz Albaniyasında xristianlıq
- Mxitar Qoş