Qanuni oğru
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil.
Tarixi
Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib. Belə ki, bununla əlaqədar terminlər də rus mənşəlidir. Hətta Stalinin bu amildən siyasi məqsədlərlə yararlandığını da deyirlər. Məlumatlar var ki, o vaxt o, həbsxanalarda qayda-qanun yaratmaq üçün belə bir təşkilatlanmaya nəinki mane olub, əksinə, rəvac verib. Məhz bu təşkilatlanmadan sonra "obşak" adlandırılan mexanizm qurulub[1].
"Obşak" mexanizminin öz özəllikləri var. Burada hər şeyin könüllülük əsasında baş verməsi çox mühüm amildir. Bəzi hallarda isə "obşak"ın rəyi ilə zor tətbiq olunması qərarı da verilə bilər. Bir çox ölkələrin təcrübəsinə əsaslanan ekspertlər korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir. Bir çox varlı adamların vaxtaşırı "obşak" üçün "qref" etməsi, yəni müəyyən vəsait ayırması həmin şəxslərin "obşak" tərəfindən toxunulmaz hesab olunmasına səbəb olur[1].
Nəticədə, 1930-cu illərdə, SSRİ-də mövcud olan ağır repressiya illərində "Qanuni oğrular" meydana gəliblər. Onların yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. İddialarına görə, ağır siyasi vəziyyətdə və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə "Oğru dünyası" çox lazım idi. O, bu vasitədən istifadə edərək asanlıqla siyasi məhbuslara nəzarət edirdi. Yaranan aləmdə, "oğrular" qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər.
Lakin Rusiyada kriminal aləmin təşkilatlanmasının əsasən Stalin dövrü ilə bağlı olmasıynan razılaşmayanlar da var. Məsələn, başqa bir iddiaya görə, çar II Nikolayın dövründə də həbsxanalarda kriminal avtoritetlər olub. Azərbaycanda isə həmin dövrdə bu tip insanlar "qoçu" kimi tanınırdılar[1].
Böyük Vətən müharibəsi illərində bəzi "qanuni oğrular" Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların "qanunpərəstlər" tərəfindən xəbərçi mənası verən "qancıq" adlandırılmasına səbəb olur. Beləliklə, oğru dünyası 2 hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin "qanuni oğrular" öz ənənələrini qoruyub saxlaya bilirlər.
"Qara zon"
Sonralar "oğru" olaraq adlandırılan şəxslərdən əsasən dövlətin qoyduğu qanunları tanımır, daha çox özlərinin tərtib etdikləri "yabanı" qanunlara istinad edir, onlara tapınırdılar. Bu ənənə sonralar daha da kəskinləşdi. Amma ilk yarandığı illərdə Stalin və o dövrün repressiv SSRİ-si məhz bu siyasətlə qanunları inkar edən müxalif düşüncəli insanları kəşf edir, sonra isə onlar üçün türmədə daha "rahat" dünya yaradırdı. Həmin "dünya" bu gün də "Qara zon" adlanır.
"Qara zon"lar "mujiklər", "brodyaqalar" və "qanuni oğrular"dan ibarətdir.
El arasında işgüzar adama bu gün də "mujik" deyirlər. Bu yanaşma "zon"larda da eyni qaydada işlədilir. "Mujiklər" demək olar ki, "zon"un bütün ağırlığını çiyinlərində daşıyırlar. Onlar təkliflər verir, söhbətlərdə iştirak edir, hətta hökm belə verirlər. Amma "qanuni oğru"ların məsələyə qarışması ilə onların "vəzifəsi" və sözləri bitir.
"Brodyaqalar" gələcəyin "oğruları" olmaq üçün çalışırlar. Hesab edirlər ki, "oğru" olmaq onların haqqıdır. Lakin bu bütün "brodyaqalar"a qismət olmur. Bunun üçün gərək o, samballı və dillərə dastan həyat yolu keçsin, qoyulmuş bütün oğru qayda-qanunlara əməl etsin. Onun ilk addımı cinayət törətməkdir. Bu cinayət həm də sanballı olmalıdır. Bundan əlavə, heç bir zaman sözün bütün mənalarında qulluq etməmək, partiyalılıq, təşkilat və başqa quruluşlarda olmamaq, ailə və övlad sahibi olmamaq, xarakter və xasiyyət baxımından şəxsiyyətə çevrilmək kimi ağır şərtlər mütləq yerinə yetirilməlidir. Onun üçün həyatı "oğru qanunları"ndan bütün ağır şərtlər altında bu "qanunları" diktə etməlidir.
"Oğrular" ümumi xəzinəyə gələn pullara da nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün "zon"a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar "oğru" adına layiq olanları öz aralarına cəlb etmək, artıq özlərindən söz etdirmiş "brodyaqa"ları nəhəng "oğru" ailəsinə dəvət etmək hüququna da malikdirlər. Bundan başqa, onlar "oğru" adına ləkə gətirmiş şəxslər barəsində də layiqli hökm çıxara bilərlər. Bir həqiqət də ondan ibarətdir ki, vaxtı ilə oğru adını almış birisi üçün necə deyərlər geriyə yol yoxdur: oğrunun titulundan məhrum olunması ölümdən betərdir. Söhbət həm də ondan gedir ki, "qanuni oğru" "oğru qanunlarına" xəyanət etmiş şəxslərə qarşı amansızlıq nümayiş etdirərək onların həyatlarına ibarəli dildə desək, "krest" qoya bilərlər.
Əsas qanunları
Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllə
Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllədəki əsas müddəalar aşağıdakılardır:
- Məhkum qəti şəkildə xəbərçilik etməməlidir. Ən əsası da hakimiyyət təmsilçisinə. Adi bir xəbərçilik həmin məhkumun sonradan "stukaç" ləqəbi ilə ömürlük damğalanmasına səbəb olacaq.
- Dustaq yoldaşları arasında dedi-qodu ilə məşğul olmaq və heç kimə şər atmaq olmaz. Bu çox böyük səhvdir.
- Oğurluq etmək, xüsusən də dustaq yoldaşının ərzağını oğurlamaq olmaz. Ya da ərzaq gizlətmək olmaz. Bu əməli törədənlər "srok"unun sonunacan "krısa" adlanırlar.
- Fiziki gücündən istifadə edərək heç kimə, xüsusən də zəif dustaqlara əl qaldırmaq, özünü "baklanlığa" qoymaqdır.
- Cəza çəkdiyi inzibati binada işləməməlidir. Xüsusən də "ment"lərin görəcəyi işləri görməməlidir. Yoxsa ömrü boyu "kozyol" damğasına sahib olar.
- Qumarda və digər pullu oyunlarda uduzduqda borclu qalmamaq lazımdır. Əks halda hamı onu "fuflo" adlandıracaq.
- Kişi ilə cinsi əlaqədə olmaq olmaz, əks halda "pedor" ayaması ondan əskik olmayacaq. Ümumiyyətlə, "pedor"la heç vaxt kontakt yaratmaq, onlarla oturub-durmaq, onlara əl vermək, salamlaşmaq olmaz.
- Qeyri-insani əməllərdən də çəkinmək lazımdır, yoxsa məhkum yoldaşları onu "qad" deyə çağıracaqlar.
- Məhkumluqda şəxsi rifahı naminə məişət işləri ilə də məşğul olmaq olmaz, yoxsa ona "şustryak", "şnır" deyəcəklər.
Yuxarıdakı göstərdiklərimiz özünəməxsus məcəllədən nümunələrdir. Bu məqamları pozan şəxslər həm də ümumi "Qanun"a qarşı çıxanlardır, onun müddəalarını pozanlardır. Bu hərəkət məhkumlar arasında "fahişəlik" kimi qiymətləndirilir. "Fahişəlik" isə ölümlə belə cəzalandırıla bilər.
Oğru qanunları
- Oğru qanunlarının dəstəklənməsi və ona sadiqlik;
- Hüquq-mühafizə orqanları ilə hər hansı bir əlaqənin qurulmasına yol verməmək;
- Bir-birinə münasibətdə düz olmaq;
- Öz sıralarına yeni üzvləri, xüsusilə gəncləri cəlb etmək;
- Siyasi fəaliyyətlə məşğul olmamaq;
- Kart oynamağı mütləq bacarmaq.
Həbsxana qanunları
- "Obşak"ın payını ayırmaq;
- Qanuni oğruya əl qaldırmamaq;
- Böyüklərə hörmət etmək;
- Valideynlərə hörmət etmək;
- Satqınlara qarşı barışmaz münasibət nümayiş etdirmək;
- Sübutsuz ittiham irəli sürülməsinə qadağa qoyulması;
- Hər hansı bir formada təhqir etməyə qadağa;
- Söyüşə qadağa.
Statistika
1993 | 1994 | 1995 | 1996 | 1997 | 1998 | 1999 | 2010[3][4][5][6][9] |
---|---|---|---|---|---|---|---|
1200 | 1280 | 1420 | 1480 | 1500 | 1560 | 1106 | 149 |
Mənbə
- Vüqar Qurdqanlı. Qanuni oğrular və "oğru qanunları" – ARAŞDIRMA. kulis.az Arxivləşdirilib 2013-06-03 at the Wayback Machine (az.)
İstinadlar
- 7 maddəlik ilk "oğru qanunları" Bakıda hazırlanıb.
- По оценкам сотрудников МВД; приводится по: Криминология: Учебник для вузов / Под общ. ред. А. И. Долговой. 3-е изд., перераб. и доп. М., 2007. С. 522.
- "Криминальные войны: "Воры в законе" собираются на специальную встречу для "разбора полетов" — Новости Украины. Интерфакс-Украина". 2012-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-06.
- "ИА КОМИИНФОРМ | Вор в законе Пичуга из Коми обхаживал депутатов Госдумы, пытаясь внедрить к ним в помощники своих ставленников". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-06.
- "Актуальные комментарии". 2014-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-06.
- "Осенью ряды российских воров в законе основательно проредят". 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-06.
Ədəbiyyat
- А. В. Кучинский "Тюремная энциклопедия" Arxivləşdirilib 2009-01-23 at the Wayback Machine
- Разинкин В., Тарабрин А. Цветная масть: элита преступного мира — Изд. "Вече", М., 1998 г.
- В. Высоцкий, Л. Мончинский. Чёрная свеча — Иркутск: Издание ГП "Иркутская областная типография", 1998 г.
- Gurov, A. I. (1990). Professional Crime Past and Present. Moscow: Iuridicheskaia Literatura.
- Fikenauer, James O; Waring, Elin J. (1998). Russian Mafia in America: Immigration Culture and Crime. Boston: Northeastern University Press. ISBN 1555533744.
- Maga001Khazar,Mafia Group Baku