Qantəpər

Qantəpər (lat. Cephalaria)[1]dipsacaceae fəsiləsinə aid bitki cinsi.[2]

Qantəpər
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Campanulids
Yarımfəsilə:
Cins:
Qantəpər
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  500190
NCBI  183558
EOL  61979

Qantəpər təbii halda Azərbaycanda geniş yayılmış dərman bitkisidir.Qantəpərin növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir.

Qantəpərin dünyada 60 növünə təsadüf olunur ki, onun da 12-si Azərbaycanda bitir. Respublikamızda ən çox yayılmış qantəpər növləri Nəhəng qantəpər, Koçi qantəpəri və Naxçıvan qantəpəridir. Bu bitkilər Culfa, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Laçın, Kəlbəcər, Şuşa, Zaqatala, Şəki, Quba, Dəvəçi, Şamaxı, İsmayıllı və Lənkəran rayonlarında geniş yayılmışdır.

Bitkinin çiçək və köklərindən xalq təbabətində geniş istifadə olunur. Bitkinin çiçəklərindən dəmləmə (çay) şəklində qədimdən bəri soyuqdəymədə, daxili qanaxmalarında və eləcə də ürək-damar və böyrək-sidik yolu xəstəliklərində istifadə olunur. Çox güman ki, bitkiyə qantəpər adı da məhz bu səbəbdən verilmişdir.

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.