Qansporlular dəstəsi
Qansporlular dəstəsi (lat. Haemosporidia ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə.
Qansporlular dəstəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Qansporlular dəstəsi |
||||
Beynəlxalq elmi adı | ||||
Haemosporidia | ||||
|
Haqqında
Qansporlular dəstəsi 100-ə qədər növü birləşdirib, məməlilərin, quşların və sürünənlərin hüceyrədaxili parazitləridir. Həyat tsikli koksidilərdə olduğu kimi şizoqoniya, qametoqoniya və sporoqoniya mərhələlərinin növbələşməsi ilə baş verir. Koksidilərdən fərqli olaraq, rüşeym möhkəm örtük əmələ gətirmir və xarici mühitə düşmədən bir sahibdən digər sahibə keçir. Beleliklə çoxalma 2 sahibdə gedir. Koksidilərdə qansporlular qohumluq əlaqələri olduğunu ilk dəfə 1887-ci ildə İ. İ. Meçnikov qeyd etmişdir. Onlar arasında başlıca fərq qansporlularda hərəkətli amöbvari şizontların olması və sporların olmamasıdır . Qansporluların Piroplasmoidea yarımdəstəsindən olan növlərinin də böyük təsərrüfat əhəmiyyəti vardır. Bu dəstənin Babesiidae və Theileriidae fəsilələrinin nümayəndələri məməli heyvanlarda, əsasən qaramalda, piroplazmoz adlanan bir sıra ağır xəstəliklər törədirlər. Onurğalı heyvanların orqanizmində qırmızı qan hüceyrələrində armudşəkilli babeziidlər qeyri-cinsi yolla çoxalırlar. Bu parazitlər bir sahibdən digərinə iksodes fəsiləsindən (Ixodoida) olan gənələr vasitəsilə keçir. Boophlius gənəsi xəstə heyvanın qanını sorarkən, eritrositlər birgə parazit də onun orqanizminə keçir. Parazit gənənin bağırsağında qeyri-cinsi yolla çoxalıb hüceyrəyə daxil olur, daha sonra bütün daxili orqanlara yayılır. Əmələ gəlmiş sporozoitlər gənənin yumurta hüceyrələrinə keçərək, qeyri-cinsi yolla çoxalmasını davam etdirir. Beləliklə, parazitə yoluxmuş gənə infeksiyanı öz gələcək nəslinə ötürür. Theileriidae fəsiləsindən olan qansporluların qeyri-cinsi yolla bölünməsi iribuynuzlu heyvanların orqanizmində, xüsusən limfa düyünlərində baş verir. Bölünmənin məhsullarının bir qismi dalaq hüceyrələrinə, digər qismi eritrositlərə daxil olur. Teyleriidlərin də keçiriciləri iksodes gənələridir. (Ripicephalus, Hyalomma). Ehtimal olunur ki, gənələrin orqanizmində əmələ gələn qametlər kopulyasiya olunaraq ziqotaya çevrilir. Tüpürcək vəzilərində ziqotadan sporozoitlər inkişaf edərək, sağlam heyvanlar üçün təhlükə yaranır. Babeziidlər və teyleriidlərin bütün nümayəndələri qaramalın, atların, donuzların, itlərin, digər məməli heyvanların eritrositlərində parazitlik edərək, təhlükəli xəstəliklər törədirlər və heyvandarlığa böyük ziyan vururlar. Babesia bigemina — iribuynuzlu heyvanlarda "texas istəməsi" xəstəliyinin törədicisidir. Bu xəstəlik Şimali Qafqazda, Zaqafqaziyada və Orta Asiyada yayılmışdır. Parazitə yoluxmuş heyvanlar arıqlayır , onlarda qan azlığı müşahidə olunur, sidikləri qırmızı və qonur rəngə boyanır. Qafqazda bu parazitin keçiricisi Margaropus annulatus calcaratus gənəsidir. Nutallia equi növü atların eritrositlərində parazitlik edərək, çox vaxt onların ölümünə səbəb olur. Parazitin keçiricisi Ripicephalus cinsindən olan bir sıra gənələrdir. Piroplasma ovis — qoyunlarda, Babesiella bovis — inəklərdə, priplazmoz xəstəliyini törədir. Hər iki parazitin keçiricisi it gənəsidir. (Ixodes ricinus). Piroplazmoz xəstəliyinin qarşısını almaq məqsədilə bu xəstəliyin keçiriciləri olan gənələrə qarşı bir sıra profilaktiki tədbirlər həyata keçirilir. Bu məqsədlə dezinfeksiyaedici maddələrdə heyvanlar gənələrdən təmizlənir. Sürünü başqa otlaqlara aparmaqla, həmin otlaqlarda gənələr məhv edilir. Həmçinin piroplazmozla yoluxmuş heyvanların başqa rayonlara aparılması qadağan edilir və s. Qansporlular içində Plasmodium cinsindən olan sporlular daha böyük praktiki əhəmiyyət kəsb edərək, insanlarda malyariya xəstəliyini törədir. Malyariya plazmodisinin 4 növü məlumdur. Plasmodium vivax, P.malariae, P.falciparum, P.ovale. P.vivax - üçgünlük isitmə xəstəliyini törədir, hər 48 saatdan bir titrətmə baş verir. P.malariae — 72 saatdan bir titrətmə verən dördgünlük isitmə xəstəliyini törədir. P.falciparum — malyariyanın daha ağır forması olan tropik malyariya xəstəliyini törədərək, qeyri müntəzəm və uzunsürən titrətmə verir. P.ovale — Afrika və Asiyada yayılaraq 48 saatdan bir titrətmə ilə nəticələnən malyariyanın törədicisidir. Malyariya parazitinin qeyri-cinsi yolla çoxalması və qametositlərin əmələ gəlməsi prosesi insanın qanında, qametlərin formalaşması kopulyasiyası və sporozoitləri əmələ gəlməsi isə malyariya ağcaqanadının bağırsağında baş verir. Malyariya plazmodisinin əsas inkişaf mərhələsini Plasmodium vivax növünün misalında nəzərdən keçirək. Malyariya paraziti mikroskopik ölçülü kiçik orqanizm olub, inkişafının müəyyən mərhələsini insanın bədənində müəyyən mərhələsini və ağcaqanadın bədənində keçirir. Parazit təhlükəli malyariya xəstəliyinin törədicisi olmaqla üçgünlük isitmə verirlər. Malyariya parazitinə yoluxmuş Anopheles cinsinə mənsub olan ağcaqanad insanı sancarkən sporozoit şəklində paraziti insanın qanına keçirir. Sporozoitin uzunluğu 10–15 mikron, eni isə bir mikron ölçüdədir. Bədən forması iynəşəkillidir və bir nüvəsi vardır. Qana düşmüş sporozoit qanla hərəkət edərək qaraciyərin qan damarlarına gəlir və burada qaraciyərin hüceyrələrinə daxil olur. Parazit burada böyüyür, inkişaf edir və iri şizonta çevrilir. Şizontun nüvəsi çoxlu miqdarda bölünərək , sitoplazma ilə əhatə olunur və merozoitlər əmələ gəlir. Şizontun belə çoxalması şizoqoniya prosesi adlanır . Merozoitlər yenidən qaraciyərə toxuma hüceyrəsinin qan damarlarına daxil olurlar. Qaraciyərdə bu proses bir və bir neçə dəfə təkrar olunaraq merozoitlərin sayı 10000 -ə qədər artır. Bu parazitin toxuma və ya eritrosit qabağı mərhələsi adlanır. Qaraciyərdəki çoxalma prosesindən sonra merozoitlər qanın plazmasına keçərək, qırmızı qan, cisimcikləri olan eritrositlərə daxil olurlar . Burada merozoitlər girdələşir və daha kiçik şizontlara çevrilirlər. Cavan şizontlar hərəkətli olub, eritrositin daxilində amöbşəkilli hərəkət edirlər. Şizontlar eritrositlə xüsusilə hemoqlobinlə qidalanaraq qidalanmanın məhsulu olan və qana zəhərləyici təsir göstərən qara rəngli melanin piqmenti əmələ gətirirlər . Merozoitin eritrositə daxil olmasından təqribən 40 saat sonra şizontun nüvəsi bölünərək 12–24 merozoit əmələ gətirir. Nəticədə eritrosit partlayır, merozoitlər və onunla birlikdə melanın qanın plazmasına tökülür. Merozoitlər yenidən sağlam eritrositlərə daxil olur, melanın isə, qana zəhərləyici təsir göstərərək malyariyanın tutmasına səbəb olur. Bu proses merozoitin eritrositə daxil olmasından 48 saat sonra baş verir. Beləliklə, parazitin qeyri-cinsi çoxalmasına hər 48 saatdan bir tamamlanaraq müntəzəm təkrar olunur və qanda parazitin miqdarını artıraraq xəstəliyi dahada gücləndirir. Qeyri-cinsi çoxalma bir neçə dəfə təkrar olunduqundan sonra insanın qanında cavan şizontdan çox da fərqlənməyən və qametositlər adlanan cinsi fərdlər əmələ gəlir. Eritrositə daxil olan merozoitlərin bir qismi mikroqametositə, bir qismi də makroqametositə çevrilir. Beləliklə, qametoqoniya prosesi başlayır və bununla da cinsi hüceyrələr əmələ gəlir. Belə ki, mikroqametlərə, makroqametositlər isə dişi cinsi hüceyrələr olan makroqametlərə başlanğıc verirlər. Mikroqametositlər ölçülərinə görə makroqametositlərdən kiçik olurlar. Eritrositdə mikro və makroqametositlər nisbətən böyüyür və artıq inkişaf edə bilmirlər. Qametositlərin gələcək inkişafı ağcaqanadın bədənində başa çatır. Belə ki, ağcaqanad malyariya parazitinə yoluxmuş insanın qanını sorarkən qanla birlikdə mikro və makroqametositləri də götürürlər. Ağcaqanadın bədənində mikroqametositlər bölünərək 6–8 ədəd qamçıya bənzər çıxıntısı olan hərəkətli mikroqametlərə çevrilir.
Makroqametositlər isə bölünmür və dəyişilərək makroqametlərə çevrilirlər. İnkişafın sonrakı mərhələsində mikroqametlər hərəkət edərək makroqametlərə daxil olur, onunla birləşərək mayalanma prosesi baş verir və ziqota əmələ gəlir. Ziqota oval formada olub, hərəkətlidir və ookineta adlanır (ookineta yunan sözü olub, oon-yumurta, kinein – hərəkət deməkdir). Ookineta hərəkət edərək ağcaqanadın mədəsinin epitelisində örtük əmələ gətirir oosistaya çevrilir. Koksidilərdən fərqli olaraq, bu örtük ağcaqanadın toxuması hesabına əmələ gəlir. Oosista , mədənin əzələli divarında inkişaf edir və böyüyür . Nəticədə nüvə 10000 — ə qədər bölünür və sitoplazma ilə əhatə olunur. Sonra oosista partlayır , sporozoitlər ağcaqanadın hemolimfasına tökülür və oradan tüpürcək vəzilərinə gəlirlər. Belə ağcaqanad insanı sancdıqda sporozoit şəklində qana keçir. Malyariya paraziti inkişaf sürəti temperatur şəraitindən asilı olaraq 17–18 ̊ C temperaturda parazitin inkişafı üç həftə, 25–27̊ ̊ C –də bir həftə müddətində tamamlanır. Temperatur 15–17̊̊̊̊ ̊ C – dən aşağı olduqda parazit normal vəziyyətdə inkişaf edərək ookineta əmələ gəlir, ancaq sporozoitlər formalaşa bilmir . Deyilənlərdən məlum olduki, malyariya paraziti öz inkişafını iki sahibdə başa çatdırır. Biri insan, digəri isə ağcaqanaddır. Parazitin qeyri-cinsi çoxalması insanda getdiyi üçün insan onun aralıq sahibi, cinsi çoxalması ağcaqanadın bədənində getdiyi üçün o əsas sahib hesab olunur.[1]
Mənbə
B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh
Həmçinin bax
Xarici keçidlər
İstinad
- B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, "Təhsil" 2008, 568 səh