Qansoranlar
Qansoranlar lat. Hippoboscidae-Yetkin mərhələdə möhkəm bədən örtüyünə malikdirlər.
Qansoranlar | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb.
|
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Quruluşu
Yetkin mərhələdə möhkəm bədən örtüyünə malikdirlər. Baş kiçikdir, xortum sancıcı-sorucu tipdədir və sakit halda önə doğru uzanmışdır. Parazitliklə əlaqədar olaraq bədən formasında nəzərəçarpacaq dərəcədə dəyişiklik baş vermişdir. Yastı və enli bədəni və onun üzərinə sıx oturmuş qanadlar heyvanların tük örtüyündə, quşların lələklərində sərbəst hərəkət etməyə yaxşı uyğunlaşmışdır. Ayaqları möhkəmdir və uzun diş-diş caynaqlarla təchiz olunmuşdur. Qansoranlar yaxşı uça bilmirlər və bəzi növlərinin də qanadları olmur.
Həyat tərzi
Qansoranlar məməlilərin və quşların parazitləridirlər. Yumurtanın inkişafıı dişinin bədənində gedir və puplaşmağa hazır olan bir sürfə doğulur ki, o da tezliklə puplaşır. Təkamül nöqteyi- nəzərindən qansoran milçəklər öz mənşəyini üzvi tullantılarda və sairdə inkişaf edən və parazit olmayan formalardan almışdır. Qansoranlar ev heyvanlarında parazitlik etməklə, bəzən heyvanlara nəzərəçarpacaq dərəcədə zərər verirlər. Qansoranların 100-dən çox növü məlumdur.
Xarakterik nümayəndəsi
Zərərverici növlərindən biri qoyunlarda parazitlik edən Melophagus ovinus L. növüdür. Bu növ qanadsızdır və xarici görünüşcə otlaq gənəsinə oxşayır. Dişi fərd 20-30 sürfə “doğub” qoyunun yununa yapışdırır. Bir müddətdən sonra yetkin mərhələyə keçirlər. Bəzən bir qoyunun üzərində bir neçə yüzə qədər qansoran milçək olur. qansoran milçəklərin müntəzəm olaraq qan sorması nəticəsində qoyun arıqlayır və dərisi xarab olur. Fəsilənin Hippobosca equina L. növü atlarda , H.variegata inəklərdə, H.Camelina itlərdə Lipoptenacevri növü isə marallarda parazitlik edir.[1]
Ədəbiyyat
- B.İ. Ağayev Ümumi Entomologiya, Bakı 2004, səh 186
- A.Ə.Əliyev, L.M,Rzayeva Zərərvericiləri məhv edən xeyirli həşərat, Bakı 1971
- H.Ə.Əliyev, X.N.Həsənov, Ş.B.Xəlilov, Ə.R.Əliyev, Kənd təsərrüfatı və təbiəti mühafizə, Bakı 1980
İstinadlar
- B.İ. Ağayev Ümumi Entomologiya, Bakı 2004, səh 186