Qanlı idman (film, 1988)
Qanlı idman (ing. Bloodsport) — 1988-ci ildə Nyut Arnold tərəfindən döyüş janrında çəkilən ABŞ filmidir.
Qanlı idman | |
---|---|
ing. Bloodsport | |
Janr | döyüş filmi[1], döyüş sənətləri filmi[d], bioqrafik film |
Rejissor | Nyut Arnold |
Prodüserlər |
Mark DiSalle Yoram Qlobus Menahem Qolan |
Ssenari müəllifi | Şeldon Lettiç |
Baş rollarda |
Jan-Klod Van Damm Bolo Yen Lea Eyrs Donald Qibb Forest Uitaker Norman Börton Roy Çyao |
Montajçı | Jan-Klod Van Damm |
İstehsalçı | Cannon Group |
Distribütor | The Cannon Group, Netflix, iTunes[d] |
İlk baxış tarixi | 26 fevral 1988 |
Müddət | 92 dəqiqə |
Büdcə | $1.5–2 milyon[2] |
Gəlir | $65 milyon[3] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1988 |
Rəng | rəngli |
Çəkiliş yeri | Honkonq |
IMDb | ID0092675 |
Məzmun
Hərbidə kapitan vəzifəsində çalışan Frenk Dyuks qeyri-qanuni xidmətindən ayrılır və Honq Konqda gizli keçirilən Kumiteyə qatılmaq üçün uşaq vaxtlarından Nincitsu döyüş sənətinin sirlərini ona öyrətməyə çalışan Senzo Tanakadan icazə almaq istəyir. Dyuks Tanakanın evinə gələrkən burada baş verən köhnə hadisələri yada salır. Uşaq olarkən Dyuks və onun dostları Tanakanın evinəki katananı oğurlamaq üçün onun evinə girirlər, dostları səs gəldiyini eşidib qaçırlar və Dyuks katananı qaytarıb yerinə qoyarkən Senzo Tanaka və oğlu Şinqo tərəfindən yaxalanır. Dyuksun düzgünlüyü və qorxmazlığına heyran olan Senzo ona oğlu Şinqo ilə birlikdə məşq etməyə, döyüş elmini öyrənməyə dəvət edir. Şinqonun ölümündən sonra Senzo Dyuksu Tanaka nəslinin bir üzvü kimi qəbul etmiş və Dyuks onun başçılığı altında məşq etməyə başlamışdır.
Senzo Tanaka onun Kumiteyə qatılmasını müsbət qarşılaşır və ruhunun daima onunla olacağına söz verir. Frenk Dyuks müəllimi vidalaşır və Honq Konqa yola düşür. Lakin bu müddətdə "ABŞ Ordu Cinayətləri Komandirliyi"nin iki zabiti olan Helmer və Ravlins fərarilik edən Dyuksun həbs olunması üçün izinə düşürlər. Honkonqa gəldikdən sonra Dyuks amerikalı döyüşçü Rey Cekson və onlar üçün ayrılmış menecerləri Viktor Linlə, həmçinin, Kumiteni araşdırmağa cəhd edən amerikalı jurnalist Canis Kentlə tanış olur. İki Amerikalı Kumite çempionatının ilk günündə Kumite çempionluğunu müdafiə edən və qəddarlığı ilə tanınan Çonq Li haqqında məlumat alırlar. Kumitedə Dyuks Çonq Linin ən sürətli nokaut rekordunu qırır və bu zaman Çonq Linin diqqətini cəlb edir. Turnirin ikinci günündə Rey Cekson və Çonq Li qarşı-qarşıya gəlir. Döyüşün əvvəlində Cekson üstünlük qazansa da, sonda Li tərəfindən məğlub edilir. Cekson xəstəxanaya düşdüyü ilk gündə Dyuks ona intiqamını alacağına söz verir. Bu zaman Canis ona turnirdən çıxmağı təklif edir, lakin Dyuks bundan qətiyyətlə imtina edir.
Turnirin son günündə Dyuks, Helmer və Ravlins tərəfindən sıxışdırılır. Bu zaman Dyuks Honq Konqun polis heyətini üzvlərinin müqavimətini dəf edir. Dyuks onlara turnirin sonunadək özünə vəd verdiyini bildirir və sabahı gün onlarla geri qayıdacağına söz verir. Bir çox döyüş keçirildikdən sonra Kumitenin son döyüşündə Dyuks döyüş mərhələlərində rəqibini öldürən Çonq Li ilə qarşılaşır. Məğlub olacağını başa düşən Li dərman tozunu Dyuksun gözünə atır və Dyuksun gözləri görmədiyindən onunla vuruşmağa çətinlik çəkməyə başlayır. Bu zaman Dyuks müəlliminin ona öyrətdiyi ruhun və bədənin birləşdirilməsi prinsipini xatırlayır. Gözlərinin tutulmasına baxmayaraq rəqibini məğlub edir. Məğlubedilməz çempion Çonq Lini "mate" (təslim olma) sözünü deməsinə məcbur edərək Kumitenin Qərb dünyasından ilk qalibi olur. Sonda Frenk Dyuks, Helmer və Ravlinslə birlikdə ABŞ-yə qayıtmağa hazırlaşır. Bu zaman Canis onu müşahidə etməyə başlayır.
İstinadlar
- http://www.imdb.com/title/tt0092675/.
- "Bloodsport". The Numbers. 2014-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-17.
- "Bloodsport (1988)". Box Office Mojo. 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-08.