Qandak çayı
Qandak çayı (Нараяни; nep. कालीगण्डकी नदी, hind. कालीगण्डकी)- Nepal və Hindistan arasında çay. Nepalın ən iri dörd çayından biri.
Qandak çayı | |
---|---|
nep. कालीगण्डकी नदी, hind. कालीगण्डकी | |
Ölkələr | |
Mənbəyi | Dhaulagiri |
• Yüksəkliyi | 6000 m |
Mənsəbi | Qanq |
• Yüksəkliyi | 44 m |
Uzunluğu | 630 km |
Su sərfi | 1.760 ± 0,001 m³/s |
Hövzəsinin sahəsi | 46300 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Yuxarı axarlarında çay Kali-Qandak adını daşıyır. Himalay dağlarından başlanğıc götürür. Belə ki, Kali-Qandak Muztanq-Kxola və Kyuqoma-Kxola ilə də birləşir. Çayın hövzəsi Nepalın mərkəzi hissəsini əhatə edir. Çayın mənbəyində Mustanq krallığı yerləşir ki, oda Tibetə daxildir. Çay Qanq çayına Patnı rayonu yaxınlığında tökülür. Belə ki, çay boyu ticarət yolu Nepal və Hindistan arasında mövcuddur. Çay həmçinin Himalay dağlarının 8000 m-dən hündür silsilələrindən olan Annapurna və Daulaqirini kəsir. Zirvələr arası məsafə-35 km-dir. Çay bu dağlar arası 2540 metr məsafədə axır. Belə ki, Kaliqandak çökəkliyi dünyada ən dərin çökəkliklərdəndir.
Turizm
Vətəndaş müharibəsi dövrandə ərazilər maoistlərin nəzarəti altına keçirdi. Bu ərazilərdən turist marşrutları da keçirdi. Maoistlərlə turistlər arasında münaqişə baş verməsin diyə onlar turistlərdən 5-10 dollar haqq alırdılar.
Qaleriya
- Fiziki coğrafi xəritədə Qandak çayı
- Muktinatx şəhərindən Qandak çayının görünüşü
- Munstanq rayonunda Qandak çayı
- Annapurno və Dxaulaqiri arasında Qandak çayı