Qanadlı raket
Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.

"Tomaqavk" qanadlı raketi uçuş zamanı
Qanadlı raketlər trapesiya formalı qanadı orta hissədə yerləşən monoplan və raketdən ibarətdir. Qanadlı raket təyyarə mərmi də adlanır. Hazırda dünyanın bir çox ölkələrində istehsal olunan müasir qanadlı raketlərdən strateji hücum vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur. Məsələn, uçuş uzaqlığı 2500 km olan "Tomaqavk" qanadlı raketi sualtı qayıqlardan və gəmilərdən, AGM-86A tipli qanadlı raket isə strateji bombardmançı təyyarələrdən buraxıla bilər. Öz mühərrikinin köməyi ilə uçan qanadlı raketlər də var. Qanadlı raketin əsas xüsusiyyəti onun alçaq uçmaq (30–100 m) və hədəfi dəqiq vurma qabiliyyətidir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.