Qan damarları

Qan damarlarıheyvanlarıninsanların bədənində elastik boru birləşmələri, qanorqan vasitəsilə ritmik bir şəkildə büzülən ürək və ya pulsasiya edən damarın gücü ilə həyata keçirilir: arteriyalar, arteriollar, kapillyarlar vasitəsilə orqanlara və toxumalara, onlardan ürəyə — venalar və damarlar vasitəsilə.

İnsan bədənində qan damarları

Qanın hərəkətini həyata keçirən sistemə ürək, arteriyalar, venalar və kapilyarlar daxildir. İnsanda qan dövranı qapalıdır. Qanın hansı sürətlə hərəkət etməsindən asılı olmayaraq bu prosesdə əsas yeri ürəkdə əmələ gələn təzyiq, damar divarlarındakı əzələlərin ritmik təqəllüsü və bir çox xarici amillər tutur. Lakin ümumi götürdükdə qan dövranı orqanlarının fəaliyyətinə həm daxili sekresiya vəziləri, həm də sinir sistemi nəzarət edir.

Damarlar quruluşuna və funksiyalarına görə arteriyalara, venalara və kapilyarlara bölünür. Ürəkdən orqan və toxumalara qan aparan damarlara arteriyalar deyilir. Ürəkdən çıxan ən böyük damar aorta damarı adlanır. Bu damarlar bütün orqan və toxumalara getməklə onları oksigen və qida maddələri ilə təmin edir. Arteriyalar orqan və toxumalara çatdıqda daha nazik şaxələrə ayrılır ki, onlar kapilyarlar adlanır. Kapilyarların arteriyalara yaxın hissəsi arteriola adlanır. Oradakı incə deşiklərdən qandakı qida və oksigen hüceyrəarası mayeyə ötürülür. Maddələr mübadiləsi nəticəsində hüceyrədə əmələ gəlmiş çöküntü məhsulları və karbon qazı hüceyrəarası mayedən kapilyarların venulla adlanan hissəsinə yığılır, orda isə postkapilyar venalara, kiçik və böyük mənfəzli venalara, aşağı və yuxarı boş venalara və nəhayət ürəyin sağ qulaqcığına tökülür. Qeyd etməliyik ki, qanın damar sistemi quruluşca müəyyən qədər oxşar olsa da, fərqli cəhətləri də çoxdur. Oxşar cəhətləri odur ki, həm arteriya, həm də venaların hamısı eyni saylı qatlardan ibarətdir. Xaricdən sıx birləşdirici toxuma qatı, onun altında saya əzələ qatı, daha sonra isə elastiki liflər qatı və daxili hüceyrə qatı var. Kapilyarlar isə tək qatlı yastı hüceyrələr qatından ibarətdir. Arteriya, vena və kapilyarlar qeyri-iradi olaraq fəaliyyət göstərir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.