Qanşirəli böyürtkən
Qanşirəli böyürtkən (lat. Rubus sanguineus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Qanşirəli böyürtkən | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Rubeae Cins: Növ: Qanşirəli böyürtkən |
||||
Beynəlxalq elmi adı | ||||
|
Təbii yayılması
Qafqazda, Rusiyada, Stavropolda, Kabardın Balkarda yayılmışdır.
Botaniki təsviri
Yarpaqları oval, saplaqlı, mürəkkəb, 3-7 yumurtavari xırda yarpaqlardan ibarətdir, gövdədə növbəli yerləşir. Yarpaq ayasının üstü tünd yaşıl, alt tərəfi ağımtıl, xırda tükcüklərlə örtülmüşdür. Yarpaqların qoltuqlarında qarışıq tumurcuqlar formalaşır. İkinci il onlardan yan budaqlar, salxımvari çiçək qrupunda toplanan ağ öz-özünü tozlanan, diametri təxminən 1 sm olan ikicinsli çiçəklər formalaşır. Çiçəkləmə dövrü iyun-iyulda baş verir və 20-25 gün davam edir. Şaxələnmiş çiçək yatağında tükcüklü, sarı, qırmızı və ya qara rəngli çəyirdək formalaşır.
Ekologiyası
Şaxtaya davamlı, işıqsevən bitkidır. Dəniz səviyyəsindən 2700 metr hündürlüklərdə rast gəlinir. Böyümə və inkişaf üçün 18-250C temperatur optimal hesab edilir. Qar altında -40-450С temperatura dözür. Rütubətli, münbit, drenajlı, ağır olmayan torpaqlara, istiyə tələbat duyur. Quraqlığı və nəmişli pis keçirir.
Azərbaycanda yayılması
Talışda təbii halda rast gəlinir.
İstifadəsi
Yaşıllaşdırmada rast gəlinmir. Tərkibində efir yağı vardır.