Qampaha

Qampaha (sinh. ගම්පහ [ˈgamːpaha]; tam. கம்பஹா [[Beynəlxalq fonetik əlifba|[gam ɭpaha]]]) — Şri-Lankanın Qərb vilayətinin Qampaha dairəsinin əsas şəhəri. Şəhər Şri-Lankanın kommersiya paytaxtı Kolombonun şimal-şərqində yerləşir. Qampaha Qərb vilayətinin Kolombo, Neqombo, Kalutara, Panadura və Avissavella şəhərlərindən sonra ən böyük 6-cı şəhəridir.[2] Qampaha şəhəri Neqombo şəhərindən sonra Qampaha dairəsinin ən böyük ikinci şəhəri hesab olunur. Şəhərin sahəsi 13 kmSuperscript text2 təşkil edir. Burada 75 hökumət institutunun ofisi yerləşir.

Şəhər
Qampaha
sinh. ගම්පහ
tam. கம்பஹா
7°05′30″ şm. e. 79°59′59″ ş. u.
Ölkə  Şri-Lanka
Region Qərb
Rayon Qampaha
Mer Eranqa Senanyake
Tarixi və coğrafiyası
Sahəsi 13 km²
Mərkəzin hündürlüyü 15 m
Saat qurşağı UTC+5:30
Əhalisi
Əhalisi 9 889 nəfər (2011[1])
Milli tərkibi sinqallar
Rəqəmsal identifikatorlar
Telefon kodu +94 33
Poçt indeksi 11000
Nəqliyyat kodu WP
Qampaha xəritədə
Qampaha
Qampaha
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya

Sinhal dilində "Qampaha" (ගම්පහ) "Beş kənd" deməkdir. Bu "beş kənd" İhalaqama, Pahalaqama, Medaqama, Pattiyaqama və Alutqamadır. Amma hazırda Pattiyaqama Qampaha şəhərinin inzibati bölgüsünə daxil edilmir və bu barədə müzakirələr gedir. Qampaha şəhərinin keçmiş adı Henaratqodadır.

Tarix

1815-ci ildən əvvəl Qampaha ərazisində sıx meşə yerləşirdi. Seylonun 5-ci qubernatoru Edvard Barns Neqombo-Kolombo yolunun tikintisinə izləmək üçün etdiyi səfərdə 1825-ci ildə Qampahaya gəlmişdir. Britaniya koloniyaçıları 1864-cü ildə şəhərdə Henaratqoda dəmiryol stansiyasını (indiki Qampaha dəmiryol stansiyası) tikmişdirlər və bu stansiya şəhərin inkişaf etməsinə təkan vermişdir. Şri-Lankanın ilk kauçuk ağacı 1867-ci ildə Henaratqoda botanika bağında əkilmişdir. Britaniya 1828-ci ildə burada Moraqoda kilsəsini tikəndə Qampaha və ətraf ərazilərdə əhalinin sayı az idi. 1920-ci ildə şəhərdə 52 yolun, əsas küçənin, ictimai marketin, xəstəxananın və elektrik generatorunun tikilməsi planlaşdırılmışdır.

Demoqrafiya

2011-ci ilin statistikasına görə şəhərdə 9.889 nəfər yaşayır. 2012-ci ilin məlumatına görə isə Qampaha dairəsinin əhalisi 196.445 nəfərdir.

Etnik qrupƏhali[3] %
Sinhallar194,29298.90%
Şri-Lanka tamilləri9420.48%
Hindistan tamilləri2050.10%
Larakallalar3590.18%
Burqerlər4310.22%
Şri-Lanka malayları1190.06%
Şri-Lanka çettiləri170.00%
Baratalar40.00%
Digərləri760.03%
Cəmi196,445100%

İstinadlar

  1. "District Secretariat Gampaha". 2012-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  2. "A Brief Description of Gampaha Secretariat Division". Gampaha Divisional Secretariat. 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  3. "A6 : Population by ethnicity and district according to Divisional Secretary's Division, 2012". Census of Population & Housing, 2011. Department of Census & Statistics, Sri Lanka. 2016-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.