Qamışlıgöl (Ağdərə)
Qamişlıgöl - Ağdərə rayonunda göl adı. Qamış bitən göl mənasındadır.
İnzibati yeri
Ağdərə rayonu 1930-cu ildə təşkil edilmişdir.Sahəsi 1705 kv.km əhalisi 44.4 min nəfər olmuşdur.İşğaldan əvvəl rayonda 2 şəhər tipli qəsəbə, 57 kənd var idi.Mərkəzi şəhər tipli Ağdərə qəsəbəsidir. Səthi əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. (Asan saflaşır, sənaye əhəmiyyətlidir). Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1997-cı ildə Sərsəng su qovşağı yaradılmışdır.[1]
Həmçinin bax
Ədəbiyyat
- Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
İstinad
- Qamışlıgöl (Ağdərə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.