Qamışlı (Kəlbəcər)

QamışlıAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Qamışlı
40°12′23″ şm. e. 46°11′41″ ş. u.
Ölkə
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Qamışlı xəritədə
Qamışlı
Qamışlı
Qamışlı xəritədə
Qamışlı
Qamışlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi

Kənd Qamışlı çayının sahilində, Dağətəyi ərazidədir. Yerli məlumata görə, keçmişdə Qaryagin qəzasinın (indiki Füzuli rayonu) Mərcanli kəndindən Qazixan adlı bir şəxsin burada binəsi olmuşdur. Sonralar onun övladları həmin yerdə daimi məskən salmışlar. Kənddəki nəsillərdən biri indi də qazixanli adlanır. Qamişlı kəndi Qamişlı çayının adi ilə adlanmışdır.[2]

Kənd yerləşdiyi ərazinin üst (yuxarı) hissəsində, ətrafında qamış bitən balaca bir göl var. Ona görə də kənd Qamışlı adlanır.[3]

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 22 evdə 183 şiə kürd yaşayırdı.[4]

Qamışlı çayı

Kəlbəcər rayonu ərazisində çay. Tərtər çayının qoludur. Çay sahillərində çoxlu qamiş bitməsi ilə əlaqədar belə adlanmışdır. Çayın sahilində Qamışlı kəndi salındiqdan sonra qamişlığın çox hissəsi təmizlənmişdir. Lakin çayin q. sahili yaxinliginda göl yeri adlanan qamişliq qalmaqdadir.[2]

Şəkillər

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Qamışlı (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
  4. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.