Qalxanqız

Qalxanqız və ya Skyaldmö (q.skan. skjaldmær) — Skandinaviya folklorumifologiyasında qadın döyüşçü. Onları adları adətən «Hervör və Heydrekin saqası» və «Danların əməlləri» kimi saqalarda çəkilir. Qalxanqızlar digər german xalqlarında (qotlar, kimvrlar, markomanlar) da mövcud idilər. Mifik valkiriyaların qalxanqızlara əsaslanmaları ehtimal olunur.[1]

Hervör qotlar və hunların döyüşündən sonra ölməsi. Peter Nikolay Arbo tərəfindən təsvir edilmişdir.

Tarixi mövcudluq

Qalxanqızların tarix mövcud olmaları sərt şəkildə mübahisəlidir. Nil Prins[2] kimi alimlər onların mövcud olduqlarını irəli sürür, Yudif Ceş kimi tarixşünaslar isə təlim almış və ya nizamlı qadın döyüşçülərin olması barədə yetərli dəlilin olmadığını iddia edir.[3][4]

Tarixi mənbələr

Vikinqlər dövründə qadınların döyüşdə iştirakı barədə az sayda attestasiya var. Buna baxmayaraq, Bizans tarixçisi İohann Sklitsa I Svyatoslav 971-ci ildə indiki Bolqarıstan ərazisində bizanslara hücum edən zaman qadınların da döyüşlərdə iştirak etdiyi barədə məlumat verir. Varyaqlar Dorostolonun mühasirəsində məğlubiyyətə uğrayan zaman qaliblər həlak olmuş döyüşçülər arasında qadınların da olduğunu öyrənəndə təəccüblənmişdilər.[5]

Qrenlandların saqasında Leyf Erikssonun hamilə olan ögey bacısı Freydis Eyriksdottir Vinlandda olarkən əlinə qılınc alıb skrelinqləri qovduğu barədə məlumat verilir,[5] ancaq burada Eyriksdottirə qalxanqız olaraq müraciət edilmir.[6]

Sakson Qrammatik qalxanqızların 750-ci ildə gerçəkləşən Brovalla döyüşündə danların tərəfində vuruşduqları barədə məlumat verir.[7]

Arxeologiya

Arxeoloqlar tərəfindən qadın kəndçilərin içərisində silahlar olan məzarları tapılmışdır, ancaq tarixşünaslar bunu necə qəbul etməli olduqları barədə bir-birləri ilə razı deyillər.[8] Skandinaviyalı köçkünlərin İngiltərədəki məzarları və qalıqların kimyəvi təhlili ər və arvadların, eləcə də bəzi qadınların məzarlarında bərabər şəkildə silah yerləşdirildiyini sübut edir.[9][10] Nil Prins qalxanqızların varlığını sübut etmək üçün Birka şəhərində tapılan və 1970-ci illərdə üzərində qazıntı işləri aparılan bir məzarın içərisində çoxlu silahın və iki atın sümüklərinin olduğunu nümunə olaraq göstərmişdir.[2] 2017-ci ildə aparılan bir DNT analizində bu fərdin qadın olduğu (Birka qadın vikinq döyüşçüsü) sübut edilmişdir.[11] Yudif Ceş kimi vikinqlər üzrə ixtisaslaşan tarixşünasların qərarın çox tez alındığına inanır.[12]

Populyar mədəniyyətdə

Qadın döyüşçülərə fentezi janrında tez-tez rast gəlinməsinə baxmayaraq, onlara adətən qalxanqız deyə müraciət edilmir. Bəzi qalxanqızlara C.R.R. Tolkinin "Üzüklərin hökmdarı" əsərindəki EovinNensi Farmerin "Trollar dənizi" trilogiyasındakı Torgil personajı aiddir.

İlk dəfə 2013-cü ildə yayımlanan Vikinqlər teleserialında əfsanəvi vikinq qalxanqızı olan Lagerta rolunu Ketrin Vinnik canlandırır.

İstinadlar

  1. The article Sköldmö Arxivləşdirilib 2019-01-08 at the Wayback Machine in Nordisk familjebok (1917).
  2. "Secrets of the Vikings: Shield Maidens". www.history.com. History Channel. 25 yanvar 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2019.
  3. Ceş, Yudif. "Viking women, warriors, and valkyries". blog.britishmuseum.org. Britaniya muzeyi. 19 aprel 2014. 3 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2019.
  4. Anderson, Kristina. "A Female Viking Warrior? Tomb Study Yields Clues". nytimes.com. The New York Times. 14 sentyabr 2017. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2019.
  5. Svensson, K. Vikingaliv. Varnamo: Fälth & Hässler. 2007. səh. 71. ISBN 978-91-27-35725-9
  6. Torsson, Ö. The Sagas of the Icelanders. Penguin Books. 1997. Anyway a mention of a single woman picking up a sword once can not be considered evidence of actual trained female warriors.
  7. Elton, Oliver. "THE DANISH HISTORY, BOOKS I-IX by Saxo Grammaticus". Project Gutenberg. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2019.
  8. Foss, Arild S. "Don't underestimate Viking women". sciencenordic.com. Science Nordic. 2 yanvar 2013. 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2019.
  9. McLeod, Shane. "Warriors and women: the sex ratio of Norse migrants to eastern England up to 900 AD". Early Medieval Europe. Wiley. 19 (3): 332–353. doi:10.1111/j.1468-0254.2011.00323.x. 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
  10. Verqano, Den. "Invasion of the Viking women unearthed". USA Today. 19 iyul 2011. 2015-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
  11. Hedenstiyerna-Conson, Şarlott; Kuellström, Anna; Zaxrisson, Torun; Krzevinska, Maya; Sobrado, Veronika; Prins, Nil; Günter, Torsten; Yakobsson, Mattias; Göterström, Anders; Stora, Yan. "A female Viking warrior confirmed by genomics". American Journal of Physical Anthropology. 2017. doi:10.1002/ajpa.23308.
  12. Anderson, Kristina. "A Female Viking Warrior? Tomb Study Yields Clues". nytimes.com. The New York Times. 14 sentyabr 2017. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2019.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.