Qaliyev məscidi

Qaliyev məscidi (tat:Гали́ев мәчете́) — Kazanda yerləşən tatar memarlığına aid abidələrindən biri. Məscid 1796-1801-ci illərdə tacir Musa Mamyaşevin dəstəyi ilə XVIII əsr erkən klassisizm üslubunda tikilib. Məscid Qabdulla Tukay küçəsində, Köhnə Tatar qəsəbəsinin şimal hissəsində, keçmiş Saman bazarının yaxınlığında yerləşir. Məscid iki mərtəbəlidir və damının mərkəzində 3 hissəli minarə var.[1]

Qaliyev məscidi
Галиев мәчете
55°46′53″ şm. e. 49°06′41″ ş. u.
Ölkə  Tatarıstan
Şəhər Kazan
Yerləşir Qabdulla Tukay küçəsi 40
Aidiyyatı Cümə məscidi
Sifarişçi Musa Mamyaşev
Tikilmə tarixi 1798-1801
Üslubu Klassizm
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qaliyev məscidi (Tatarıstan)
Qaliyev məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1882-1897-ci illərdə bina cənub və şimal hissələrdən tacirlər, İ.Urazayev, M.Qaliyevin və İ.İmanqulovun maddi dəstəyi ilə daha da genişləndirilib. Məscidin axırıncı mollası Sagitovlar nəslindən olan Məhəmmədyusuf Sagitov olub. Daha sonra məscidə gələnlər pedaqoq islahatçı Qalimzyan Barudini məscidə imam seçirlər. Məhz Barudi məsciddə o dövrdə yeni olan "Məhəmmədiyyə" mədrəsəsini təşkil edir, məscidin yerləşdiyi məhəllə isə Kazan tatarlarının ictimai-siyasi həyatında əsas rollardan birini oynamağa başlayır.

Məscidin təmirdən əvvəlki halı

Məscid illərlə tatar xalqının maarif və təhsil sahəsində önə çıxar ziyalıları yetişdirib. Şiqabutdin Mərcani, Qabdulla Tukay, Qəyyum Nasıyri, Qalimcan Barudi, Qaliaskar Kamal, Nağı İsanbet və digər tatar maarifçiləri daima məscidi ziyarət edib namaz qılıb dualar oxuyublar.

Sovet hökuməti qurulduqdan sonra 30-cu illərdə məscidin minarəsi dağıdılıb. Tatarıstan MSSR-nın Nazirlər Kabineti tərəfindən bina 23 yanvar 1981-ci ildə memarlıq abidəsi kimi qeydə alınıb. 1992-ci ilə qədər məsciddə mehmanxana, kolxozçu evi və müxtəlif kommunal xidmətlər yerləşib. 1998-ci ildən binada Rusiya İslam Universiteti daha sonradan isə Məhəmmədiyyə qadın yataqxanası fəaliyyət göstərib.[2]

Restavrasiya olunan məscidin interyerini bərpa etmək mümkün olmayıb. Buna səbəb illərlə məscidin təyinatına görə istifadə olunmamasıdır. Buna görə də təmirdən sonra məscidin interyeri daha müasir görünüş alıb. 22 dekabr 2015-ci ildə restavrasiyadan sonra məscidin açılışı baş tutur. Açılışı tədbirində respublikanın prezidenti Rüstəm Minnexanov, Tatarıstan müftisi Kamil həzrət Samiqullin, respublika bölgələrinin imamları və digərləri iştirak ediblər.[3]

Həmçinin bax

İstinadlar

  1. "Галеевская мечеть (Пятая соборная)" (rus. ). kazan-guide.ru. 23 yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2020.
  2. "Галеевская мечеть" (rus. ). naslediekazan.ru. 4 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2020.
  3. "Рустам Минниханов: «Возрождение Галеевской мечети – важное событие для всего Татарстана»" (rus. ). dumrt.ru. 22 dekabr 2015. 4 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.