Qalisiya Atlantik Adaları Milli Parkı

Qalisiya Atlantik Adaları Milli Parkı (qalis. Parque Nacional das Illas Atlánticas de Galicia; isp. Parque Nacional de las Islas Atlánticas de Galicia) — İspaniyanın muxtar birliklərindən biri olan Qalisiyada yerləşən yeganə milli park. Həmçinin Qalisiyanın ilk milli parkıdır. Qalisiya Atlantik adaları Siyas arxipelaqından, eləcə də, Ons, Salvora və Korteqada adalarından ibarətdir. Milli park sahəsinin 1.200 hektarı quru, 7.200 hektarı su ərazisidir. Qoruq ərazisi İspaniyanın ən çox ziyarət olunan 10-cu milli parkıdır. İspaniyada qurulmuş 13-cü milli parkdır.

Qalisiya Atlantik Milli Parkı
qalis. Parque Nacional das Illas Atlánticas de Galicia
isp. Parque Nacional de las Islas Atlánticas de Galicia
Siyas adaları
Siyas adaları
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 84,8 km2 ha
Yaradılma tarixi 1 iyul 2002
Ziyarətçi sayı 2009
İdarəetmə orqanı İspaniya Ətraf Mühit Nazirliyi
Florası 200-dən çox dəniz yosun növü
Faunası dəniz mərcanı, balıqqulağı, qağayı, qaqarka, kayra və delfin
Yerləşməsi
42°22′50″ şm. e. 8°55′59″ q. u.
Ölkə  İspaniya
Vilayət Qalisiya Qalisiya
Rayon Pontevedra
La-Korunya
Yaxın şəhər Viqo
magrama.gob.es
Qalisiya Atlantik Milli Parkı xəritədə
Qalisiya Atlantik Milli Parkı
Qalisiya Atlantik Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Flora və fauna

Siyas adalarının Ferro dağından görünüşü.

Milli parkda dəniz və dəfnə meşəsi ekosistemləri mövcuddur. Burada 200-dən çox dəniz yosunu növü aşkarlanmışdır. Milli parkda xeyli balıqqulağı, mərcan və əsmə növü qeydə alınmışdır. Bundan başqa, Qalisiya Atlantik Adaları Milli Parkında qağayı, maxorka, qaqarka, kayra və delfin görmək mümkündür.

Tarixi

Burada Dəmir dövrünə qədər uzanan insan fəaliyyəti izləri aşkarlanmışdır. Həmçinin Qədim Roma dövrünə aid olan keramikalar tapılmışdır. Orta əsrlərdə adalar dini məqsədlər üçün istifadə olunmuşdur, kilsə buraya sahiblik etmişdir. Zadəganlar adaların sahillərində qəfil hücumlar üçün bazalar qurmuşdular. XVIII əsrə qədər adalarda insanlar məskunlaşmışdılar, lakin quldur basqınlarına görə adalar tərk edilmişdir.

1980-ci ildə Siyas adaları təbiət parkı elan edilmişdir. Siyas adaları həmçinin quşlar üçün Xüsusi Qoruq Ərazisi idi. 13 iyun 2002-ci ildə Qalisiya Atlantik Adaları Milli Parkı qurulmuşdur, Amma 6 aydan sonra "Prestige" neft tankerinin qəzası nəticəsində milli parkın sahilləri neftə bulanmışdır. Təkcə Korteqada adası ziyan görməmişdir. Gələcəkdə milli park ərazisinə Loberiras və Sisarqas adalarının daxil edilməsi planlaşdırılır.

Qalereya

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.