Qalib Cəfərov
Qalib Cəfərov (7 aprel 1989, Temir, Aqtöbe vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazaxıstanlı həvəskar-boksçu, dünya və Asiya çempionu. Qazaxıstan Respublikasının əməkdar idman ustası.
Qalib Cəfərov | |
---|---|
qaz. Галиб Мұсаұлы Жафаров | |
Şəxsi məlumatlar | |
Tam adı | Qalib Musa oğlu Cəfərov |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Temir, Aqtöbe vilayəti, Qazaxıstan SSR, SSRİ |
Boyu | 1.65 sm[1] |
Çəkisi | 57kq[1] |
İdman növü | Boks |
Ağırlıq dərəcəsi | - 57 kq |
Həyatı
Qalib Cəfərov 7 aprel 1989-cu ilda Temir şəhərində azərbaycanlı ailəsində anadan olub.[2] Kudayberqen Jubanov adına Aqtöbə Dövlət Universitetinin "bədən tərbiyəsi və idman" fakültəsini bitirib.
1994-cü ildə gənclər arasında Ümümqazaxıstan oyunlarının qalibi olub.[3]
2001-ci ildə Belfast şəhərində keçirilən dünya çempionatında gümüş, iki il sonra Banqkok şəhərində keçirilən dünya çempionatında isə qızıl medal qazanıb.[3]
2004-cü ildə Asiya çempionu olub.[3]
Asiya Oyunlarının gümüş (Pusan, 2002) və bürünc (2006, Doha) mükafatçısıdır.[3]
2004-cü ildə Afinada, 2008-ci ildə isə Pekində keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısıdır.[3]
2013-cü ildən Uralsk şəhərində olimpiya ehtiyatları hazırlığı mərkəzinin direktoru işləyir
İstinadlar
- "Galib Dzhafarov". Sports-reference.com. 2011-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
- Qazaxıstanda Qalib Cəfərovun şərəfinə yeniyetmələr arasında boks üzrə ənənəvi turnir keçiriləcəkdir // Azertag.az
- Бывший чемпион мира теперь воспитывает молодёжь // Liter.kz
Xarici keçidlər
- Sports-Reference.com saytında profili Arxivləşdirilib 2011-05-20 at the Wayback Machine